Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-481/2024 08.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “02” iyul 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək “06” noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 05 sentyabr 2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşuq. Birgə nikahdan 06 noyabr 2014-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Uşağın qayğısına qalmaq, o cümlədən maddi cəhətdən təmin etmək valideyn kimi onun vəzifəsidir. Cavabdeh könüllü olaraq bu vəzifəsinin yerinə yetirmədiyindən uşağımızın saxlanılması üçün ondan məhkəmə qaydasında aliment tutulması zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.1-ci və 185-ci maddələrinə əsaslanmaqla tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, qızı İlahə ilə cavabdeh Yaqubun dayı nəvə və bibi nəvə olduğunu, onların bir-birini sevərək evləndiyini, tərəflərin on bir ildir ailə qurduğunu, onların birgə nikahından bir uşaq olduğunu, son iki ilədək tərəflərin normal yola getdiyini, lakin son zamanlar cavabdehin banklardan öz adına kredit götürüb valideynlərinə verdiyini, buna görə də ailəsinə baxa bilmədiyini, bu səbəbdən də onlar arasında mübahisə yarandığını, Yaqubun ailəsinə qarşı pis rəftarının olmadığını, lakin onun valideynlərinin hərəkətlərinə görə cavabdehin 2024-cü ilin mart ayının 17-dən evi tərk edib getdiyini, ara-bir evə gəlib uşağını gördüyünü, lakin ailəsi ilə maraqlanmadığını, elə son zamanlar ailəsi ilə maraqlanmadığına görə onların ayrıldığını, hazırda qızının Bakı şəhərində həm oxuduğunu, həm də salonda işlədiyini, həmçinin onun kirayədə yaşadığını, nəvəsinin 9 yaşı olduğunu, bu il 5-ci sinfə gedəcəyini, cavabdehin Fövqəladə Hallar Nazirliyində işlədiyini qeyd edərək, yekunda tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X3 adlı ümumi uşağın olması, tərəflərin hal-hazırda ayrı yaşaması və X2 iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, 690116 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X4 arasında nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 178 nömrə ilə qeydə alınması, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 fevral 2014-cü il tarixli, AZ-İV seriyalı, 462144 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından 06 noyabr 2014cü il tarixdə X3 adlı uşağın dünyaya gəlməsi; - iddia tələbindən və işdə iştirak edən şəxsin məhkəmədə verdiyi izahatından tərəflərin ayrı yaşaması və onların evliliyindən olan ümumi uşağın iddiaçının yanında qalması aydın olur. Sonuncu qeyd edilən halla bağlı məhkəmə iddiaçının qeyd etdiklərinə əsaslanması ilə bağlı onu da qeyd edir ki, məhkəmə 03 iyul 2024-cü il tarixli məktubla iddia ərizəsinin surəti cavabdehə göndərərək ona Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən müəyyən olunur ki, yuxarıda qeyd edilən məhkəmə sənədləri cavabdehə 04 iyul 2024-cü il tarixdə təqdim edilmişdi. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə nikahından olan övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 235 (iki yüz otuz beş) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin mübahisəli halının həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunverciliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat miqdarında aliment tələb etsə də, öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş və bunu özünün uşağı ilə birlikdə Bakı şəhərində yaşaması, həmin yaşayış yerinin ehtiyac meyarlarının nəzərə alınmaqla alimentin miqdarının müəyyən edilməsini xahiş etmişdi. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövZəhraudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi sözü gedən qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq işin məhkəmədə baxılmağa hazırlıq ərəfəsində iddiaçının nümayəndəsi ilə işin hallarını müzakirə etmiş və ona baxılan tələb üzrə sübuta yetirilməli faktları, həmçinin onu məhkəməyə təqdim edilməli sübutlar əsasında iddianın uğurluluğu perspektivi barədə məlumatlandırılmışdı. İddiaçı isə 01 avqust 2024-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdi ki, məhkəmə hazırlıq prosesindəki ilkin izahatımda da bildirdiyim kimi iddiamı tam şəkildə müdafiə edərək tələbimin təmin edilməsini istəyirəm. Belə ki, 06 noyabr 2014-cü ildə anadan olmuş X2 təminatı üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat miqdarında alimentin cavabdehdən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsi üzrə mövqeyimə proses zamanı bildirdiniz ki, cavabdehin iş yeri barədə arayış gətirin, yoxsa 150 manat sabit pul məbləğində aliment təyin ediləcək və əlavə olaraq yenidən gələcəkdə artırılma barədə məhkəməyə müraciət etməyimi məsləhət bildiniz. Bildirirəm ki, qeyd edilən mövqe işin hallarına, qanunvericiliyin tələblərinə adekvat deyil. Belə ki, mən iddiaçı tərəf olaraq qanunvericiliyin, ölkə üzrə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun tələblərini, uşağımın yaşayış tələbatını nəzərə alaraq sabit pul məbləğində aliment tələb etmişəm. Çünki iddiamda da qeyd etdiyim, proses zamanı da bildirdiyim kimi uşağımla mən faktiki olaraq Bakı şəhərində kirayədə yaşayıram, uşağımın hazırda 10 yaşı var, odur ki, onun təhsilinin, əyləncəsinin, təminatlarının, yaşam tələbatının və digər mötəbər halların diqqətə alınaraq yaşayış minumumu həcmində aliment barədə iddiam qanunvericiliyin və ölkə üzrə müəyyənləşmiş analoji işlərə dair məhkəmə təcrübəsinə tam uyğundur. Bildirdiyim kimi, cavabdehin əmək haqqısından alimentin tutulması əvəzinə sabit pul məbləğində aliment istəməyimin başlıca səbəbi onun gələcəkdə alimentdən yayınmaq üçün daha aztəminatlı işə keçməsi, hətta işsiz belə qalması ehtimalıdır ki, əgər aliment əmək haqqına yönəldilərsə və qeyd etdiyim hallar baş tutarsa mən əlavə xərclər çəkərək, vaxt sərf edərək yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam ki, bu da süründürməçilikdən başqa nəsə olmayacaq. Onu da xüsusilə qeyd edim ki, mənim sabit pul məbləğində aliment tələb etmək hüququmu qanunvericilik, yəni Azərbaycan Respublikası Ailə Məcəlləsi 78-ci və digər maddələrində tanıyıb. Odur ki, məndən cavabdehin iş yeri barədə arayışın tələb edilməsi, əks halda 150 manat sabit pul məbləğində alimentin təyin ediləcəyi barədə mövqe bildirilməsi mənim, xüsusilə də uşağımın qanunvericiliklə təsbitini tapan hüquqlarımı kobud şəkildə pozur. Bir daha qeyd edirəm iddia aidiyyət qaydasında verildiyi halda mən uşağımla Bakı şəhərində yaşayıram, cavabdeh də həmçinin bizdən ayrı Bakı şəhərində yaşayır. Odur ki, sabit pul məbləği ən azından Bakı şəhəri üzrə formalamış yaşayış tələbatları nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Belə ki, iddia ərizəsində qeyd etdiyim Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində (Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması) qeyd olunur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə(arvada) ödənilməli olan alimentin miqdari məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Bu, ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının “Yaşayış minumumu haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərinin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Qanunun 1-ci maddəsinə əsasən, 2024-cü il üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Sözügedən Qanunun tələbinin və yurisdiksiyasını əsas tutaraq bildirirəm ki, bu Qanunun əhatə dairəsi ölkə üzrə müəyyənləşdirildiyindən, 2024-cü il üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat olması mütləq şəkildə nəzərə alınmalı olduğundan ölkə üzrə yaşayış minimumu, maddi vəziyyətimiz, uşağımın yaşı, cinsi, tələbatları, eləcə də qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehdən tutulan alimentin məbləği övladım üçün 235 manat müəyyənləşdirilməlidir. Onu da xüsusilə vurğulayım ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qərar dərc olunduğu gündən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.” Möhtərəm hakim, işin hallarını, yuxarıda qeyd edilənləri, tətbiqi məcbur olan Yaşayış minimumu haqqında Qanunu, Konstitusiya Məhkəməsinin Qərarını rəhbər tutaraq xahiş edirəm icraatınızdakı işə qanunvericiliyin tələbləri həcmində obyektiv şəkildə baxaraq əsaslı və qanuni iddiamı tam şəkildə təmin edəsiniz. Məhkəmə iddiaçının müraciətində qeyd etdiyi hallara münasibət bildirərək aşağıdakıları bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (Mülki Prosessual Məcəllənin 167-ci maddəsi). Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunverciliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərZəhralərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının nümayəndəsi cavabdehin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləməsini bildirsə də, bu faktı təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan Cavabdeh adına qazanc, gəlir və ya nəqliyyat vasitəsi və ya əmlak olmasına rast gəlinmir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşaqların yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin birbaşa bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Həmçinin bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği təmin etmək bir valideynin vəzifəsi deyil, hər iki valideynin borcudur. Buna görə də məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun Bakı şəhərində yaşamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 180 (bir yüz səksən) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “02” iyul 2024-cü il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12 x 235 =2820) təmin edilmiş hissəsinə (12x180=2160) mütənasib olan 37 (otuz yeddi) manat, 11 (on bir) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflərin birgə nikahından olan 06 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün “02” iyul 2024-cü il tarixdən hesablanmaqla, hər ay Cavabdeh 180 (bir yüz səksən) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh 37 (otuz yeddi) manat, 11 (on bir) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 06 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün “02” iyul 2024-cü il tarixdən hesablanmaqla, hər ay Cavabdeh 180 (bir yüz səksən) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 37 (otuz yeddi) manat, 11 (on bir) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-481/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-481/2024
08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver