Məhkəmə qərarları › İş №e-2(079)-596/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-596/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-596/2024 21.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının vəkil və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “05” sentyabr 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 24 fevral 2008-ci il təvəllüdlü X3, 27 aprel 2009cu il təvəllüdlü X1 və 16 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ərizənin mediasıya təşkilatına verildiyi tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 235 manat məbləğində olmaqla, ümumilikdə üç uşağa görə 705 manat miqdarında alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 13 sentyabr 2006-cı ildə Babək rayonu, Cəhri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Nikah rəsmi olaraq davam etsə də, faktiki olaraq ayrı yaşayırlar. Birgə nikahlarından 24 fevral 2008-ci il təvəllüdlü X7, 27 aprel 2009-cu il təvəllüdlü X5 və 16 yanvar 2017-ci il təvəllüdlü X8 dünyaya gəlib. Ər-arvad kimi faktiki olaraq ayrı yaşayırlar və övladına özü tək baxır, onların maddi tələbatlarını özü qarşılayır. Cavabdeh bir ata kimi övladlarının saxlanılmasında iştirak etmir və onlarla maraqlanmır. Məsələnin məhkəmədən kənar həlli üçün müvafiq Mediasıya Təşkilatına müraciət edilsə də, cavabdeh mediasiya təşkilatına gəlməmişdi. Bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, üç uşaq üçün sabit pul məbləğində alimentin təyin olunmasını istəyir. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı vəkil və nümayəndəsi Vəkil məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, iddiaçının aylardır uşaqlara təkbaşına baxdığını, hazırda kirayədə qaldıqlarını, iddiaçının bildirdiyinə görə cavabdehin mütəmadi olaraq içərək onlara əziyyət verməsi səbəbindən ayrıldıqlarını, iddiaçının hazırda məcbur qalıb xadimə işləyərək uşaqlara baxdığını bildirmiş, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında cavabdehin ondan xəbərsiz 3-4 ay bundan əvvəl evi tərk edib getdiklərini, harada yaşamaları barədə məlumatının olmadığını, ona qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdiyini, ayrı yaşadıqları müddətdə yerlərini bilmədiyi üçün uşaqlara maddi köməklik göstərmədiyini, uşaqların ayrılmazdan əvvəl Babək rayonu Yarımca kənd orta məktəbində oxuduqlarını, böyük oğlunun 16 yaşı olmaqla 11ci sinfə keçdiyini, qızı Sevginin 15 yaşı, balaca oğlu Salehin isə 7 yaşı olmaqla 2-ci sinifdə oxuduğunu, hazırda Yarımca kənd orta məktəbində oxumadıqlarını, hansı məktəbə getmələrinə dair məlumatının olmadığını, əvvəllər də hazırlıqlara da getmədiklərini, özünün sağlamlığında problemi olmaqla işləyə bilmədiyini, amma birlikdə olduqları müddətdə fəhlə işləyib uşaqlara yaxşı baxdığını, indi də iş düşdükcə işlədiyini, özünün Yarımca kəndində öz evində yaşadığını, hər uşağa 70 manat aliment ödəməyə razı olduğunu, maddi vəziyyəti nəzərə alınmaqla aliment təyin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla iddiaçının iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 13 sentyabr 2006-cı ildə nikaha daxil olması, onların birgə nikahından 24 fevral 2008-ci ildə X7, 27 aprel 2009-cu ildə X5 və 16 yanvar 2017-ci il tarixdə X4 dünyaya gəlməsi, tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş Cəhri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 516975 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X6 arasında 13 sentyabr 2006-cı il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilməsi və nikah bağlanılması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Məmmədova“ soyadını seçməsi; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən “Təkrar” verilmiş 06 avqust 2024-cü il tarixli, AZ-V seriyalı, 215292 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 24 fevral 2008-ci il tarixdə X7 adlı övladlarının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən “Təkrar” verilmiş 06 avqust 2024-cü il tarixli, AZ-V seriyalı, 215291 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 27 aprel 2009-cu il tarixdə X5 adlı övladlarının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən “Təkrar” verilmiş 06 avqust 2024-cu il tarixli, AZ-V seriyalı, 215290 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 16 yanvar 2017-ci il tarixdə X8 adlı övladlarının doğulması; - iddia tələbindən və proses iştirakçılarının məhkəmədə verdiyi izahatlardan tərəflərin ayrı yaşaması və birgə nikahdan olan uşaqların iddiaçının yanında qalması aydın olur. İddiaçı tələbi isə övladları X7, X5 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 705 (yeddi yüz beş) manat miqdarında aliment tutulmasından ibarətdir. İşin bu mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X3, X1 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, üç uşaq üçün 705 (yeddi yüz beş) manat miqdarında alimentin tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşaqların yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin birbaşa bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Həmçinin bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği təmin etmək bir valideynin vəzifəsi deyil, hər iki valideynin borcudur. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan iddiaçının 2 saylı Mənzil İstismar İdarəsində süpürgəçi işləməsi və hər ay 389 manat əmək haqqı alması müəyyən edilir. Cavabdehin adına isə hər hansı adına qazanc və ya gəlir olmasına rast gəlinməsə də, həmin məlumatlardan onun mülkiyyətində dörd torpaq sahəsinin olması aydın olur. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanmasları üçün hər ay cavabdehdən bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı onun ödənilməsinin mediasiya təşkilatına müraciət edildiyi gündən hesablanmaqla müəyyən edilməsini xahiş etsə də, məhkəmə onun tələbini bu hissədə əsaslı saymır. Çünki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. Həmçinin həmin Məcəllənin 100.3-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı məhkəməyə Cavabdeh aliment verməkdən boyun qaçırması və bunun nəticəsində alimentin ala bilməməsi ilə bağlı sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçıya izah edir ki, onun mediasiya təşkilatına müraciət etməsi cavabdehin aliment ödəməsindən yayınmasını təsdiq edən birbaşa sübut kimi qəbul edilə bilməz. Çünki ola bilsin ki, tərəflər alimentin miqdarı ilə bağlı da mediaya təşkilatında razılıq əldə etməyə və ya cavabdehə mediasiya iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilməyə bilər. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün aliment Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “05” sentyabr 2024cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(220x3)=8460) təmin edilmiş hissəsinə (104.60 manat miqdarında dövlət rüsumu) mütənasib olan (12x(120x3)=4500) 55 (əlli beş) manat 64 (altmış dörd) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - tərəflərin birgə nikahından olan 24 fevral 2008-ci il təvəllüdlü X7, 27 aprel 2009-cu il təvəllüdlü X5 və 16 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “05” sentyabr 2024-cü il tarixdən hesablanmaqla, hər ay Cavabdeh bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 375 (üç yüz yetmiş beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 55 (əlli beş) manat 64 (altmış dörd) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 24 fevral 2008-ci il təvəllüdlü X7, 27 aprel 2009-cu il təvəllüdlü X5 və 16 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “05” sentyabr 2024-cü il tarixdən hesablanmaqla, hər ay Cavabdeh bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 375 (üç yüz yetmiş beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 55 (əlli beş) manat 64 (altmış dörd) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar