Məhkəmə qərarları › İş №e-2(079)-870/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-870/2025

10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-870/2025 10.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı vəkil-nümayəndəsi vasitəsilə 22 dekabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 2(079)-89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə 25 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan və Naxçıvan MR Babək rayon məhkəməsinin (hakim G.İsmayıl) 8(079)-79/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.95 misli həddində indeksasiya edilmiş aliment miqdarının (400 AZN-in) azadılaraq 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi əsaslandırılaraq qeyd edilmişdir ki, İddiaçı və cavabdeh Zərri Xıdırova arasında nikah xx.xx.2013-cü ildə bağlanmış, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X6 uşaqları doğulmuşdur. Babək rayon məhkəməsinin 11 mart 2016-cı il tarixli qətnaməsi ilə Babək Rayon Məhkəməsinin 16 fevral 2015-ci il tarixli əmri ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək İddiaçı hər ay 100 manat miqdarında sabit pul məbləğində alimentin alınıb xx.xx.2014-cü il təvəllüdlü X2 üçün Zərri Xıdırovaya verilməsi qət edilmişdir. İddiaçı Novruzova (Əhmədova) Əfsanə Ələddin qızı ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur (Qeyd: Tərəflər daha əvvəlki tarixdə el adəti ilə evlənərək ailə qurmuşdular). İddiaçı B.X11 ilə nikahından xx.xx.2016-cı il təvəllüdlü X12 adlı uşağı doğulmuşdur. İddiaçı bir neçə ildir ki, ağır xəstəlikdən (baş beynin bədxassəli yeni törəməsi) əziyyət çəkir. Belə ki, Naxçıvan MT TSEK-in 26 fevral 2025-ci il tarixli, 34GZ6S0004 nömrəli qərarı ilə İddiaçı orqanizmin funksiyalarının 90 faizinin pozulmasına görə tam əmək qabiliyyətsiz olduğu təsdiqini tapmışdır. İddiaçı mütəmadi olaraq, özü də Bakı şəhərinə gələrək ixtisaslaşmış müalicə almaqdadır. Bu xəstəliyin müalicəsinin kifayət qədər xərc tələb etməsinin sübuta ehtiyacı olmadığı aşkardır. Naxçıvan MR Babək rayon məhkəməsinin (hakim G.İsmayıl) 8(079)-79/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkar Z.Xıdırovanın ərizəsi təmin edilərək Babək Rayon Məhkəməsinin 2(079)- 89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə 25 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay bir uşağa görə tələbkar X7 xeyrinə tutulması qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.95 misli həddində indeksasiya edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin (sədrlik edən M.Allahverdiyev, hakimlər Z.Əliyev və M.Əliyev) 8(108)-23/2025 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadı ilə Naxçıvan MR Babək rayon məhkəməsinin (hakim G.İsmayıl) 8(079)-79/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı qüvvədə saxlanmışdır. Nəticə etibarı ilə, əmək qabiliyyətsiz və İ qrup ağır xəstə olan İddiaçı hər ay 400 AZN məbləğində alimentin tutulması qərara alınmışdır. Babək rayon məhkəməsinin 11 mart 2016-cı il tarixli qətnaməsi ilə Babək rayon məhkəməsinin məzmunundan da aydın olur ki, cavabdeh Z.Xıdırova xx.xx.2014-cü il təvəllüdlü X5 atası İddiaçı göstərmir, uşağın hansı ünvanda yaşaması barədə İddiaçı dəqiq məlumat yoxdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, uşaq xx.xx.2014-cü il təvəllüdlü X6 anası cavabdeh Zərri Xıdırova ilə birlikdə yaşamır. Çünki Z.Xıdırova təkrar ailə qurmuşdur. İddiaçı B. Novruzovda olan məlumata görə, uşaq Z.Xıdırovanın atası və anası (yəni baba və nənəsi) ilə birlikdə yaşayır. İşin mübahisəsiz halıdır ki, İddiaçı təkrar nikaha daxil olub və bu nikahdan bir yetkinlik yaşına çatmamış uşağı vardır. Yenə işin mübahisəsiz halıdır ki, İddiaçı əmək qabiliyyətsizdir; ağır xəstəlikdən əziyyət çəkir və müalicəsi üçün hər ay külli miqdarda vəsait tələb olunur. Hər ay qəbul etməli olduğu bir dərmanın qiyməti 500 AZN-dir. Hələ başqa müalicə xərclərini demirik. İddiaçı hər hansı başqa gəliri yoxdur, o, ancaq aylıq pensiya hesabına dolanır. Yuxarıda sadalanan hallar AM-in 112.1-ə əsasən aliment miqdarının azaldılması üçün əsasdır. Hesab edirəm ki, aliment miqdarı azaldılaraq 100 manat həddində müəyyən edilməlidir. Əgər cavabdeh Z.Xıdırova 100 manat məbləğində vəsaitin yetərli olmadığını düşünürsə, uşağı iddiaçı B. Novruzovun himayəsinə versin. B. Novruzov öz qızına baxmaqdan boyun qaçırmır. Bundan başqa, məhkəmə xx.xx.2014-cü il təvəllüdlü X4 hazırda faktiki olaraq kimin yanında qalması məsələsini də araşdırmalıdır. Belə ki, valideynlik hüquqları şəxsə sıx bağlı hüquqlar olduğundan onların hər hansı üçüncü şəxsə, o cümlədən (baba və ya nənəyə) ötürülməsi yolverilməzdir! Bu fakt, araşdırılmalı və xx.xx.2014-cü il təvəllüdlü X4 maraqlarının təmini məqsədilə səlahiyyətli dövlət orqanlarına, o cümlədən hüquq mühafizə orqanlarına xəbər verilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında İ qrup əlil olduğunu, 470 manat pensiya aldığını, 500 manatdan çox isə dərmana xərclədiyini, bacı və qardaşlarının köməyi ilə dolandığını, ikinci dəfə nikaha daxil olduğunu, 10 yaşında Əntiqə adlı qızı olduğunu, Rüqayyənin isə birinci nikahdan olduğunu, alimentin indeksasiya olunduğunu bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar olaraq növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iştirakı olmadan iclasların keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra Babək Rayon Məhkəməsinin 2(079)-89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahdan olan 25 mart 2014-cü il təvəllüdlü X1 üçün 100 manat alimentin təyin edilməsi, alimentin Babək Rayon Məhkəməsinin 8(079)-79/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.95 misli həddində indeksasiya edilməsi işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Babək Rayon Məhkəməsinin 2(079)-89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə Babək Rayon Məhkəməsinin 2(079)- 53/2015 nömrəli, 16 fevral 2015-ci il tarixli məhkəmə əmri ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək İddiaçı hər ay 100 (bir yüz) manat miqdarda sabit pul məbləğində alimentin alınıb 25 mart 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X8 verilməsi, alimentin tutulmasının əvvəlinin 16 fevral 2016-cı il tarixdən hesablanmasının qət edilməsi; - Babək Rayon Məhkəməsinin 8(079)-79/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(079)-89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə 25 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay bir uşağa görə tələbkar X7 xeyrinə tutulması qət edilən alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.95 misli həddində indeksasiya edilməsinin qərara alınması və qərardadın qanuni qüvvəyə minməsi müəyyən olunur. İddia tələbinin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbini qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunması nəticəsində bir uşağa görə 380 manat aliment ödəməli olması ilə əlaqələndirmiş, bunu isə işsizliyi, ikinci dəfə nikaha daxil olmaqla himayəsində 1 azyaşlı uşağının olması, ağır xəstəlikdən (baş beynin bədxassəli yenitörəməsi) əziyyət çəkməsi, mütəmadi müalicəyə ehtiyacının olması, əmək qabiliyyətsiz və İ qrup əlil olması, başqa gəlirlərinin olmaması və gəlirinin aliment tutulduqdan sonra özünün şəxsi ehtiyaclarını ödəməyə kifayət etməməsi ilə əsaslandırmışdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, bu qəbildən olan işlərə baxılarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyi, daha sonra valideynlərin mənafeyini nəzərə alınır. Bununla birlikdə hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. İddiaçının Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan əmək müqaviləsi üzrə gəlirləri müəyyən edilmir, həmçinin 300 və 250 manat olmaqla cəmi, 550 manat pensiya aldığı müəyyən olunur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2025-ci il tarixindən xx.xx.2027-ci il tarixinədək əlilliyin səbǝbi ümumi xəstəlik olmaqla əmək qabiliyyətsiz olması müəyyən olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ambulator kartdan arayışlardan İddiaçı C71.8-Baş beynin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxan zədələnməsi əsas diaqnozun qoyulması müəyyən olunur. İş materiallarına əlavə olunmuş Babək Rayon Mərkəzi X13 Səxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan xəstənin 9 (İddiaçı) Babək Rayon Mərkəzi X13 şəxsin Həkim Məsləhət Komissiyası tərəfindən evdə müayinə olunduğu və həqiqətən yataq xəstəsi olması, kənar şəxsin qulluğuna ehtiyacı olduğu (DZ: D43.0 Baş beynin qeyri müəyyən yeni törəməsi) aydın olur. Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan (epikriz) Diaqnozunun ilk dəfə xx/xx/2022 tarixində qoyulduğu, Ege Hospitalda xx.xx.2022 il tarixində cərrahi əməliyyat icra olunduğunu, histoloji rəy H00027043/22 - Yüksək dərəcəli qlial tümor, QlioblastomaGrİV. Müalicə və müayinə olunmaq üçün MOM-a müraciət etdiyi və şüa terapiya şöbəsinə hospitalizasiya olunduğu müəyyən olunur. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli, AZ-İ seriyalı, 883619 nömrəli nikah haqqında şəhadətnamədən İddiaçı xx.xx.2017-ci il tarixdə X9 ilə nikaha daxil olması və eyni zamanda xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı, 749516 nömrəli doğum haqqında şəhadətnamədən xx.xx.2016-cı il təvəllüdlü X12 adlı uşağının doğulması müəyyən olunur. Əlavə olaraq, cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemindən gəlir və vergi məlumatları üzrə çıxarışlardan əmək müqaviləsi, pensiya və ya sosial müavinət əsasında gəlirinin olması, vergi ödəyicisi olması müəyyən olunmamışdır. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Babək Rayon Məhkəməsinin 8(079)-79/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə qət edilən aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.95 misli həddində indeksasiya edilməsi iddiaçının ayda 380 (üç yüz səksən) manat məbləğində aliment öhdəliyinin yaranmasına səbəb olmuşdur. Bütün bunları ümumiləşdirən məhkəmə İddiaçı müəyyən olunan aylıq gəlirlərini, şəxsin əmək qabiliyyətinin olmadığını, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını və cavabdeh tərəfindən iddiaya qarşı etirazın irəli sürülməməsini, alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.95 misli həddində indeksasiya edilməsi nəticəsində 1 uşağa görə 380 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını, aliment ödəyən valideynin himayəsində başqa nikahdan da uşağın olmasını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğini, həmçinin indeksasiyanın nəticəsini alimentin azaldılması üçün diqqətəlayiq hal kimi nəzərə alaraq iddianı qismən əsaslı hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklər müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənləri, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2026-cı ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu və hər iki valideynin uşağln saxlanılmasında bərabər öhdəliklərə malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin 2(079)- 89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə 25 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Babək Rayon Məhkəməsinin 8(079)-79/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.33 misli həddində müəyyən edilməli, iddia qalmış hissədə rədd edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Məhkəmə iddianın təmin edilməsi nəzərə alınmaqla dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin azaldılması ilə bağlı iddianın alimentin indeksasiyasının nəticəsi olaraq irəli sürülməsini və iddianın təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığını nəzərə alaraq belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin 2(079)-89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə 25 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Babək Rayon Məhkəməsinin 8(079)- 79/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.33 misli həddində müəyyən edilsin. Azaldılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalmış hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar