Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-120/2024 04.07.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ziynət və cehiz əşyalarının geri qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh Nikah dövründə İddiaçı hədiyyə verilmiş həmin ziynət əşyalarının, eyni zamanda valideynləri tərəfindən ona verilmiş cehizin Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlamış və xx.xx.2023-cü il tarixdə nikaha xitam verilmişdir. İddiaçı gəlin köçərkən valideynləri tərəfindən ona cehiz verilmişdir. Həmçinin nikah ərəfəsində İddiaçı cavabdehin valideynləri və digər qohumları tərəfindən müxtəlif hədiyyələr verilmişdir. Hal-hazırda həmin cehiz və hədiyyələrin geri qaytarılması tələbi ilə bağlı mübahisə mövcuddur. Belə ki, nikah dövründə İddiaçı xx.xx.2022-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzük, 8 mart hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı, xx.xx.2022ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğa, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qırmızı və ağ brilyant qaşlı dəst (dəstə 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğa daxildir), xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğa, xx.xx.2023-cü il tarixdə hədiyyə olaraq verilmiş Apple markalı İphone 14 Pro Max smartfon, mətbəx mebeli, yataq dəsti, qarderob, tv stend, makyaj masası, 12 nəfərlik masa və stul, konsol, tv stend, 65 diaqonal televizor, 4 ədəd qonaq otağı çilçırağı, 6 ədəd kiçik yataq otağı çilçırağı, 2 ədəd mətbəx çilçırağı, yataq otağı, qonaq otağı və mətbəx pərdəsi, 1 ədəd 2x3 ölçülü xalça, aspirator, soyuducu, soba, mikrodalğalı soba, plitə, qabyuyan, paltaryuyan, mətbəx çanağı və kran, kiçik elektrikli mətbəx və ev əşyaları, qab-qacaq və qazan dəstləri mövcuddur. Ziynət əşyalarının ona hədiyyə verilməsini müxtəlif fotoşəkillər də təsdiq edir. Belə ki, nikah bağlanan zaman İddiaçı və cavabdehin öz evləri olmadığından cavabdehlə birgə həyət evində kirayə yaşamış, oğurlanmasından ehtiyat etdiyi üçün həmin ziynət əşyalarını yaşadığı evdə saxlamamış, onları saxlaması üçün cavabdehin anasına vermişdir. Bu səbəbdən nikaha xitam verilən zaman həmin əşyaları iddiaçının götürmək imkanı olmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı Nikah dövründə mənə hədiyyə verilmiş həmin ziynət əşyalarının, eyni zamanda valideynlərim tərəfindən mənə verilmiş cehizin Cavabdeh alınıb mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.” Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 Salman oğlu izahatında bildirmişdir ki, iddiaçı onun bacısıdır, iddiaçı ilə Cavabdeh 2022-ci ildə rəsmi olaraq nikaha düşmüşlər. Onlar ailə quranda özlərinə tikdirdikləri evin tikintisi davam edirdirərək kirayədə yaşayırdılar. Kirayədə yaşadıqları üçün evdəki qızıl zinət əşyalarını cavabdehin atası evində saxlayırdılar. Cavabdehin ata evi Mərdəkan qəsəbəsində yerləşir. Qızılları bacısı xeyir iş olanda gedib qayınatası evindən götürərək taxırdı və daha sonra yenidən qayınatası evinə aparıb orada saxlayırdı. Bir müddətdən sonra evləri hazır oldu və onlar öz yeni evlərində yaşamağa başladılar. Amma hər ikisi işlədiyindən və evdə heç kim olmadığı üçün qızıl zinət əşyalarını bacısı yenə də qayınatası evində saxlayırdı. Bir il öncə aralarında yaşanan münaqişədən dolayı ayrılmaq qərarına gəldilər və cavabdehi atası onlara siz məhkəməyə verin nikah pozulsun əşyaları biz sizə verəcəyik deyə söz vermişdir. Amma nikah pozuldqudan sonra heç bir əşyanı qaytarmadıqlarını, sadəcə sənədləri qaytardıqlarını və biz əşyaları qaytarılmasın deyəndə bizə dedilər ki oğlanın anası icazə vermir əşyların qaytarılmasına bacısına alınan qızıl zinət əşyalarının çoxunu ailə məclislərində bacısına hədiyyə olaraq verildiyini və bunu və ailəsi gördüklərini, qızıl əşyalarının bəzilərini atası və hətta cavabdehin dostu tərəfindən də alınan qızıl vardır. Bacısı sadəcə 10 ay cavabdehin evində qalmışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 Salman oğlu izahatında bildirmişdir ki, bacısını Cavabdeh gecə saatlarında onlara evə gətirdiyini, bacısını cavabdeh onların evinə gətirərkən bacısının əlində heç bir əşya olmadığını, bir tək nişan üzüyü və mobil telefonu əlində olduğunu, onu da cavabdehlə mübahisə etdikləri an elə orada cavabdeh bacısından alaraq “bunlar bizimdi sənə düşmür” dediyini, cavabdehin atası nikah pozulduqdan sonra əşyaları qaytaracağına söz verdiyini, amma əməl etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, iddiaçının dayısının qayınanasıdır .Qızı ailə quraraq Bakı şəhərinə köçüb və orada yaşayır, qızının evi iddiaçının atası evinə yaxın olduğundan o Bakı şəhərinə gedərkən onların evinə də gedirdi. Bu mübahisənin olduğu müddət ərəfəsində o Bakı şəhərində idi və orada şahid oldu ki iddiaçının validyeinləri qızlarının qızıl zinət əşyalarının və digər cehiz əşyalarının qaytarılmamasına narazıdı və hətta qarşı tərəflə bu barədə danışıqlar aparırlar. Orada olarkən iddiaçı ona yoldaşı ilə ayrılıb ata evinə gəldiyini və hətda qızılların onlarda qaldığını demişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 iddiaçının nümayəndəsi vəkilinin suallarına cavab olaraq onun onların toy günündə iddiaçının üzərində olan qızılları gördüyünü, o evdəki söhbətlərdən qızın cehiz əşyaları geyim əşyaları və qızılları qayınatası evində qaldığını bildirmişdir. İş materiallarında olan- 448359 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikah 5 saylı Bakı “ASAN xidməti” mərkəzində 23 oktyabr 2023-cü il tarixdə pozulmuş, həmin tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 249 nömrə ilə qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı ilə xx.xx.2022-ci ildə ailə quraraq nikahları bağlanmışdır. İddiaçı ilə cavabdeh evlənib ailə həyatı qurarkən xx.xx.2022-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzük, 8 mart hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğa, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qırmızı və ağ brilyant qaşlı dəst (dəstə 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğa daxildir), xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğa, xx.xx.2023-cü il tarixdə hədiyyə olaraq verilmiş Apple markalı İphone 14 Pro Max smartfon, mətbəx mebeli, yataq dəsti, qarderob, tv stend, makyaj masası, 12 nəfərlik masa və stul, konsol, tv stend, 65 diaqonal televizor, 4 ədəd qonaq otağı çilçırağı, 6 ədəd kiçik yataq otağı çilçırağı, 2 ədəd mətbəx çilçırağı, yataq otağı, qonaq otağı və mətbəx pərdəsi, 1 ədəd 2x3 ölçülü xalça, aspirator, soyuducu, soba, mikrodalğalı soba, plitə, qabyuyan, paltaryuyan, mətbəx çanağı və kran, kiçik elektrikli mətbəx və ev əşyaları, qab-qacaq və qazan dəstləri cehiz əşyaları verilmişdir.Bu hal iddiaçının nümayəndəsi və vəkilinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları izahatları ilə də öz təsdiqini tapmışdır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən ayrılarkən həmin qızıl əşyalarını cavabdehin ata evində olduğundan özü ilə apara bilməmiş, Cavabdeh İddiaçı gecə saatlarında onlara evə gətirdikdən sonra bir tək nişan üzüyü və mobil telefonu Cavabdeh İddiaçı əlində olduğunu, onu da cavabdehlə mübahisə etdikləri an elə orada cavabdeh iddiaçıdan alaraq bunlar bizimdi sənə düşmür deməsi halı iddiaçının iddia etdiyi ziynət və cehiz əşyalarının cavabdehdə olduğu kimi qiymətləndirir. İddiaçı tərəfin sübut kimi məhkəməyə təqdim etdikləri nişan mərasimində çəkilmiş fotoşəkillər və nişan mərasiminə aid CD disk şəklində video çəkilişlər də iddia tələbinin əsaslı olduğunu təsdiq edir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəicəni aşağıda qeyd edilənlərlə əsaslandırır. Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyində çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, iddianın təmin edilməsi üçün göstərilən hallar sübut olunmalıdır: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzük, 8 mart hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğa, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qırmızı və ağ brilyant qaşlı dəst (dəstə 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğa daxildir), xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğa, xx.xx.2023-cü il tarixdə hədiyyə olaraq verilmiş Apple markalı İphone 14 Pro Max smartfon, mətbəx mebeli, yataq dəsti, qarderob, tv stend, makyaj masası, 12 nəfərlik masa və stul, konsol, tv stend, 65 diaqonal televizor, 4 ədəd qonaq otağı çilçırağı, 6 ədəd kiçik yataq otağı çilçırağı, 2 ədəd mətbəx çilçırağı, yataq otağı, qonaq otağı və mətbəx pərdəsi, 1 ədəd 2x3 ölçülü xalça, aspirator, soyuducu, soba, mikrodalğalı soba, plitə, qabyuyan, paltaryuyan, mətbəx çanağı və kran, kiçik elektrikli mətbəx və ev əşyaları, qab-qacaq və qazan dəstləri cehiz əşyaları alınaraq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddiaçı iddia ərizəsində rüsumla bağlı fikir bildirmədiyindən özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə söz hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl üzük, 8 mart hədiyyəsi olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə nişan hədiyyəsi olaraq verilmiş 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı, xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə Ramazan bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı çiçək formalı qızıl sırğa, xx.xx.2022-ci il tarixdə Qurban bayramı hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı təkdaş üzük, xx.xx.2022-ci il tarixdə ad günü hədiyyəsi olaraq verilmiş 1 ədəd Bvlgari markalı ağ saat, xx.xx.2022-ci il tarixdə nikah hədiyyəsi olaraq verilmiş 1 ədəd brilyant qaşlı qızıl qolbaq, xx.xx.2022-ci il tarixdə toy hədiyyəsi olaraq verilmiş 1 ədəd ağ qızıl brilyant qaşlı dəst (dəstə 1 ədəd üzük, 1 cüt sırğa və klon ilə 1 ədəd boyunbağı daxildir), xx.xx.2022-ci il tarixdə verilmiş 1 ədəd qırmızı və ağ brilyant qaşlı dəst (dəstə 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğa daxildir), xx.xx.2022-ci il tarixdə hədiyyə olaraq verilmiş 1 ədəd qızıl boyunbağı, İddiaçı aid 1 cüt mirvari qaşlı qızıl sırğa, xx.xx.2023-cü il tarixdə hədiyyə olaraq verilmiş Apple markalı İphone 14 Pro Max smartfon, mətbəx mebeli, yataq dəsti, qarderob, tv stend, makyaj masası, 12 nəfərlik masa və stul, konsol, tv stend, 65 diaqonal televizor, 4 ədəd qonaq otağı çilçırağı, 6 ədəd kiçik yataq otağı çilçırağı, 2 ədəd mətbəx çilçırağı, yataq otağı, qonaq otağı və mətbəx pərdəsi, 1 ədəd 2x3 ölçülü xalça, aspirator, soyuducu, soba, mikrodalğalı soba, plitə, qabyuyan, paltaryuyan, mətbəx çanağı və kran, kiçik elektrikli mətbəx və ev əşyaları, qab-qacaq və qazan dəstləri cehiz əşyaları alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №e-2(080)-120/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-120/2024
04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver