Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № e-2(080)-132/2021 05.07.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən, hakim əvəzi X1 Kreditor MMC-nin Borclu pul tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: KreditorMMC məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu 2358 manat əsas borc, 236 manat cərimə, 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə Kreditor “Kreditor ”MMC arasında 27 oktyabr 2020-ci il tarixli, R-0005516/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, Borclu 12 ay müddətinə ümumi dəyəri 2998 manat olan 010Apple/00090 iPhine 11 Pro 64 markalı əşya satılmışdır. Borclu aldığı əşyaya görə 500 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 2498 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürmüş, müqavilədə nəzərdə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş, 140 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, 14 iyun 2021-ci il tarixdə yazılı xəbərdarlıq edilmiş, lakin borclu borc məbləğini ödəməmişdir. İş materiallarında olan- Borclu ilə KreditorMMC arasında 27 oktyabr 2020-ci il tarixli, R-0005516/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, Borclu 12 ay müddətinə ümumi dəyəri 2998 manat olan 010Apple/00090 iPhine 11 Pro 64 markalı əşya satılmışdır. Borcu malların dəyərini hissəhissə 12 ay ərzində, hər ay 209 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən əşya alıcıya təhvil verildiyi gündən etibarən hər ay müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən Azərbaycan Respublikası MM-nin 449-cü maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə ödənilməsi tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, digər xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə KreditorMMC-in tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280-281-ci maddələrini rəhbər tutaraq , əmr etdim : xx xxxxxx 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu KreditorMMC-nin xeyrinə 2358 manat əsas borc, 236 manat cərimə, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 2614 manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(080)-132/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(080)-132/2021
05.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver