Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № e-2(080)-156/2020 07.10.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən, Ordubad Rayon Məhkəməsinin hakimi əvəzi X1 ünvan 1 ünvanında yerləşən Kreditor MMC-nin borclu Ordubad rayonunun Qoşadizə kəndində qeydiyyatda olan Borclu borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : Kreditor MMC-i məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu 1008 manat əsas borc və 20 manat ödənilmiş dövlət rusumu, cəmi 1028 manat pulun alınaraq “xxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə Kreditor MMC-nin arasında xx xxxx 2019-cu il tarixli, MHK5755164 saylı müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən Borclu kreditordan 1383 manat dəyərində məişət avadanlığı almış, ilkin ödəniş etmiş, qalan məbləği 15 aya bölünmüş, aylıq 72 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə kreditora 1008 manat borcu yaranmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, MHK5755164 saylı müqavilədən görünür ki, Kreditor MMC-i ilə Borclu arasında müqavilə bağlanmış, Borclu kreditordan 1383 manat dəyərində məişət avadanlığı almış, ilkin ödəniş etmiş, qalan məbləği 15 ay müddətinə, aylıq 72 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 1946 nömrəli maliyyə arayışından görünür ki, Borclu Kreditor MMC-nə 1008,00 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, digər xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-in tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280-281-cи maddələrini rəhbər tutaraq , əmr etdim : xx xxxxxxxx 1986-cı il tarixdə Ordubad rayonunun Qoşadizə kəndində doğulmuş, Ordubad rayonunun Qoşadizə kəndində qeydiyyatda olan Borclu Kreditor MMC-nin xeyrinə (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ531BAZ********************) 1008.00 manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1028.00 (bir min iyirmi səkkiz ) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim əvəzi: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(080)-156/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(080)-156/2020
07.10.2020 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver