Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № e-2(080)-158/2021 25.08.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən, Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu Bakı şəhəri, Nərimanov Rayon , Ə.Rəcəbli 1/9 ünvanında yerləşən kreditor "xxxx" MMC-nin borclu Ordubad rayon Vələver kəndində qeydiyyatda olan Borclu qarşı borcun tutulması tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor "xxxx" MMC-i məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu 731 manat əsas, 219 manat cərimə, cəmi 950 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-i ilə Borclu arasında bağlanmış 03.08.2020-ci il tarixli, ********* saylı Müddətli (nisiyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Honor 10” markalı mobil telfona görə 12 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla cəmi 798 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq , sonuncu dəfə 01.10.2020-ci il tarixində 67 manat ödəniş etmiş və qalıq qalmış 731 manat borcu qaytarmamışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən Borclu ilə "xxxx" MMC-i arasında (nisiyə) alqı-satqı müqaviləsi imzalanmışdır. Nisiyə alqı-satqı müqavilənin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq , gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minumum 50 qəpik) dəbbə hesablanır və “Alıcı” tərəfindən “Satıcıya ” ödənilməlidir. Ərizəyə əlavə edilmiş 17.07.2021-ci il tarixli maliyyə arayışından surətindən görünür ki, Borclu "xxxx" MMC-ə 03 avqust 2020-ci il tarixli, (nisiyə) alqı-satqı müqaviləsinə əsasən borclu 01.10.2020-ci ildə 67 manat ödəniş aparmışdır. Əsas borcu 731 manat, cərimə borcu 219 manat, cəmi məbləği 950 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən əzizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: Borclu "xxxx" MMC-nin xeyrinə 731 manat əsas, 219 manat cərimə borcu, 20 manat dövlət rüsumu olmaqla, cəmi 970 (doqquz yüz yetmiş) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-158/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(080)-158/2021
25.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver