Məhkəmə qərarları › İş №e-2(080)-159/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(080)-159/2021

25.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № e-2(080)-159/2021 25.08.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən, Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu ünvan 1 ünvanında yerləşən Kreditor MMC-nin borclu Ordubad rayon Əylis kəndində qeydiyyatda olan faktiki Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 5, mənzil 33 –də yaşayan Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu 417.80 manat qalıq borcu, 63.42 manat cərimə borcu olmaqla, cəmi 481.22 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 17.02.2020-ci il tarixli, MLK00462 saylı Nisiyə alqı-satqı müqaviləsinə əsasən, borcluya məişət məhsulu nisiyə satmışdır. Lakin Borclu müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcunu qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən Borclu ilə KreditorMMC arasında nisiyə alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin tələblərinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, kreditor nisiyə mala görə hesablanmışborcu və dəbbə pulunu dərhal dərhal tələb etmək hüququna malikdir.Borclunun kreditor qarşısında müqavilə üzrə qalıq borcu 417.80 manat təşkil edir. Müqavilənin tələbinə əsasən , borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmişgün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə) pulu ödəməyi borclu öhdəsinə götürmüşdür.Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 634.22 manat təşkil edir.Hazırda borclulara qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 10 faizini ödəməyi borcludan tələb edirik.Həmin məbləğin 10 faizi 63.42 azn edir. Ərizəyə əlavə edilmiş 05.08.2021-ci il tarixli maliyyə arayışından surətindən görünür ki, Borclu “STENTOR “ MMC-ə 17 .02.2020-ci il tarixli, MKL00462 nisiyə alqı-satqı müqaviləsinə əsasən borclu ödəniş aparmamışdır. Qalıq borc 417.80 manat, 63.42 manat cərimə borcu olmaqla, cəmi 481.22 manat borc, cəmi məbləği 962.44 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən əzizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: Borclu 417.80 manat qalıq borcu, 63.42 manat cərimə borcu olmaqla, cəmi 481.22 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar