Məhkəmə qərarları › İş №e-2(080)-212/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-212/2025

16.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-212/2025 16.09.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 232 saylı evin 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilə vurduğu maddi ziyanın əvəzi olaraq 15000 manat; eyni zamanda mənəvi ziyanın əvəzi olaraq 2000 manat; iddia ərizəsinin verilməsi üçün ödədiyim 142 manat məbləğində dövlət rüsumunun ümumilikdə 17142 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, gələcəkdə evinə su basmasının qarşısının alınması məqsədilə cavabdeh tərəfindən onun hesabına həmin su basmasının aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 19 avqust 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunu geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2325-ci məhəllə, ev 230, 8 saylı mənzildə yüksək təzyiq nəticəsində xırda su borusu partlamış və aşağı mənzilə az miqdarda ziyan dəymişdir. Mən bu mənzilə 22 aprel 2025-ci il tarixində sahib olmuşam və evdə tam yaşayış olmadığı üçün 21 iyul 2025-ci il tarixində binanın texniki nəzarətçisinin zəngi ilə xəbər tutmuşam. Xəbər tutduqdan sonra ev sahibi ilə əlaqə saxladıqdan sonra məlum oldu ki, hadisə günü mənim xəbərim və icazəm olmadan mənim mənzilimin qapı kilidi qırılaraq daxil olunmuş və suyu kəsilmişdir. Mən ev sahibindən öz mənzilimə baxış keçirmək üçün dəyişdirilmiş qapının açarın istədikdə mənə zərərin ödəndikdən sonra açarı verəcəyini bildirdi. Səhəri gün mən Naxçıvan şəhərində olduğum üçün atam X3 ilə bir yerdə İddiaçı məxsus evə baxış keçirildi və biz tərəfdən usta çağrılaraq zərər görmüş 10kv metrlik yataq otağını, yataq mebelini təmir edəcəyimizi öhdəmizə götürdük. Həmin gün axşamı mən İddiaçı ilə əlaqə saxladım. Dedim ki öz ustanızı çağırın və qiymət çıxarın. Əgər uyğun qiymət olarsa sizin usta təmir edər, yox əgər yüksək məbləğ olarsa mən öz ustamla birgə təmir edəcəyimi bildirdim və telefonda razılaşdıq. Səhəri gün ev sahibi yoldaşım X2 zəng edərək ümumilikdə 6000 azn təmir xərci olduğunu bildirmiş və təcili olaraq təmirə başlamaq üçün 1000 azn göndərməyimizi tələb etmişdir. X7 Naxçıvan şəhərindən təcili 34-cü polis bölməsinə getdim və atam mütəmadi dərman qəbul etməli olan tənəffüs yolları xəstəsi olduğu üçün dəfələrlə 102 xidmətinə zəng edərək qanunsuz olaraq saxladığını bildirməyimə baxmayaraq yaşlı və xəstə atamı daha çox orda qalmamağı üçün sabah 3000 azn gətirəcəyimi bildirdim və razılaşdıq. Səhəri gün (15 avqust 2025-ci il) borc alaraq həmin vəsait ilə birlikdə 34-cü polis bölməsinə yaxınlaşdım. Ama qarşı tərəf gəlmədi. 16 avqust 2025-ci il yenidən atam Azər İsmayılov yenidən polis bölməsinə çağrıldı. Saatlarla saxlanıldıqdan sonra mən 2000 azn atama göndərdim. Polis əməkdaşlarının iştirakı ilə 34-cü polis bölməsində 2000 azn vəsait qarşı tərəfə ödənildi və 1500 azn daha sonra ödəniləcəyi bildirildi və razılaşdırıldı. Atam və qarşı tərəf bu sənədlərə imza atdı. 34-cü polis şöbəsinə müraciət ünvanlayaraq bu fakt təstiqlənə bilər. Qarşı tərəfin 15000 azn maddi ziyan tələbi tam əsassızdır və heç bir ekspertiza rəyi olmadan bizim ustamızın 1800 azn-nə mümkün olacaq təmir xərci əsassız olaraq 15000 azn qeyd olunub. Qeyd edim ki, ziyan vurulduğu deyilən yataq otağın sahəsi 10 kv metrdir. Bu necə mümkün ola bilər? Tələb olunan maddi mənəvi zərər vurmaqla bağlı biz tərəfdən hər hansı xoşagəlməz ən kiçik ifadə, hərəkət və hərəkətsizliklə bağlı hər hansı dəlil və sübut varsa təqdim etmələrini xahiş edirik. Burda şəxsi mülkün zərər görən tərəfi bizik. Beləliklə hansı qurumun icazəsi ilə evimə daxil olunmuşdur. Bu sənədləri təqdim etməyi qarşı tərəfdən tələb edirik. Əks halda biz bu qanunsuz evə daxil olmaqla bağlı məhkəməyə mürəciət etmək hüququmuzdan istifadə edə bilərik. Cavabdeh 16 sentyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etməmiş və işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 11 avqust 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə İddiaçı tərəfindən 142 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. 11 avqust 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə İddiaçı tərəfindən 142 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar