Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-48/2024 09.02.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X7 Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Ordubad Rayon Məhkəməsinin izibati binasinda açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC 05 dekabr 2023-cü il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh oğlundan “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2250 ( iki min iki yüz əlli manat) pulun və ödənilmiş 42.90 AZN (qırx iki manat doxsan qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən etibarnamə əsasında idarə olunan “Kia Sportage” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “BMW 320İJ” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Kia Cerato” markalı ** SU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində iş materiallarına əlavə edilmiş sığorta şəhadətnaməsinə əsasən, İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddiziyan dəymişdir. İş materiallarına əlavə edilmiş zərərin qiymətləndirilməsinə dair qüsur aktından görünür ki, sığortalanmış “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4700 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından və ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 250 manat azadolma məbləği (fransıza) çıxılmaqla 4450 AZN sığorta ödənişini sığortalı X2 etibarnaməsi əsasında X1 ödəmişdir. İş materiallarına əlavə edilmiş İnzibati tənbeh vermə haqqında qərar və protokolun surətinə əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Buna görə də ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Həmin məbləğin 2100 AZN hissəsi Cavabdeh oğlu tərəfindən idarə olunan “Kia Sportage” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən, 100 AZN hissəsi isə Cavabdeh oğlu tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Qalan məbləğ, yəni 2250 AZN (iki min iki yüz əlli manat) məbləğində pul Cavabdeh tərəfindən hal-hazırda ödənilməmiş qalmaqdadır. 2250 AZN (iki min iki yüz əlli manat) pul Cavabdeh oğlundan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.Bu səbəbdən də Cavabdeh oğlundan “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2250 ( iki min iki yüz əlli manat) pulun və ödənilmiş 42.90 AZN (qırx iki manat doxsan qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini Sizdən xahiş edirik. “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də kasko sğorta növü üzrə sğortalı olduğundan “Atashgah Sğorta“ ASC dəymiş zərərə uyğun sğorta müqaviləsində nəzərdə tutulmuş 250 manat franşiza (azadolma) manat çıxmaqla 2250 manat sğorta ödənişi həyata keçirmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın əvəzinə 2250 manat məbləğində sığorta ödənişi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 42.90 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırb, iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli**********9 nömrəli fiziki şəxslərin sahibliyində olan avtonəqliyyatların sığorta şəhadətnaməsindən görünür ki, X3 məxsus olan “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 10000 manat sığorta məbləği həddində maddi zərərdən sığortalanmış və sığorta müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. Sığorta müddətində, yəni xx.xx.2023-cü il tarixində Cavabdeh idarə etdiyi “Kia Sportage” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Suraxanı Rayonu, X6 ilə hərəkət edərkən manever qaydası pozaraq “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “BMW 320İJ” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Kia Cerato” markalı ** SU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yolnəqliyyat hadisəsində iş materiallarına əlavə edilmiş sığorta şəhadətnaməsinə əsasən, İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddiziyan dəymişdir. “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qəza nəticəsində həmin avtomobilin sahibinə 4700 manat məbləğində ziyan dəyib. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərərin məbləğini xx.xx.2023-cü il tarixli 119242 nömrəli sığorta aktına əsasən 4450 manat müəyyən etmiş “Toyota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Kamran Əliyevə xx.xx.2024-cü il tarixdə 4450 manat məbləğində sığorta ödənişi ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Hazırda iddiaçı 2250 manat məbləğində sığorta ödənişinin əvəzinin ona ödənilməsini subroqasiya qaydasında cavabdehdən tələb edir. Mülki Məcəllənin 925.1-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.3-cü maddəsinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Sığorta Fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. İddiaçı zərərin məbləğini qiymətləndirərkən “İnter-Kontinental” firması tərəfindən verilmiş akta əsaslansa da Məhkəmə qeyd edir ki, həmin firma müstəqil ekspert hesab olunmur. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10cu maddəsinə görə Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığortaçılar və ya sığorta brokerləri tərəfindən xidmət göstərmək üçün cəlb oluna bilərlər. “İnter-Kontinental” firması belə bir reyestrə daxil edilməyib. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 925.3-cü maddəsində “tərəflər arasında razılıq əldə edilmədikdə” ifadəsindən istifadə olunmuşdur. xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, sığorta hadisəsi nəticəsində dəyən zərərin miqdarı (4450 manat) barədə tərəflər – sığortaçı və sığortalı arasında razılıq əldə edilmiş, həm sığortaçının nümayəndəsi, həm də sığortalı həmin aktı imzalamışdır. Ona görə də belə qəbul olunmalıdır ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı tərəflərin razılığı əsasında müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsi barədə tələb əsaslıdır. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh oğlu tərəfindən etibarnamə əsasında idarə olunan “Kia Sportage” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininə sahiblik etmiş və yol-nəqliyyat hadisəsinin törədilməsində də o, təqsirli bilinmişdir. İddia ərizəsində iddiaçı ödənilmiş 42.90 manat dövlət rüsumunu tutulmasını da məhkəmədən xahiş etmiş və, xx.xx.2023-cü il tarixli qəbzdən görsənir ki, iddiaçı dövlət rüsumu olaraq 42.50 manat ödəmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42.90 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 2250 ( iki min iki yüz əlli manat) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42.90 (qırx iki manat doxsan qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-48/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-48/2024
09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver