Məhkəmə qərarları › İş №e-2(088)-32/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-32/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-32/2024 23.04.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə. İddiaçı X1, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19000 manat pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 147 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 19147 manat məbləğində pulun tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1974-cü il təvəllüdlü Sədərək rayonunda qeydiyyatda olan, Cavabdeh faktiki olaraq alqı-satqı müqaviləsi olmadan saxta sənəd əsasında ona ev satdığını və bunun qarşılığında 19000 manat məbləğində pul aldığını, lakin sonradan həmin evin sahibinin əslidə başqa şəxs olduğunun məlum olduğunu, evin əsl sahibinin isə X6 olduğunu, evin Abşeron rayon Masazır qəsəbəsində yerləşdiyini və 50kv. m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı orta təmirli fərdi yaşayış evi olduğunu, Cavabdeh ilə evin əsl sahibi X6 arasında mübahisə olduğu üçün X3 evinin ona satıldığını öyrəndikdən sonra evə daxil olmağının qabağını almaq üçün evin həyət darvazasını qaynaq etdiyini, öz pulu ilə aldığı evə girməyinə maneçilik törətdiyini, işin əslini öyrəndikən sonra dəfələrlə onu aldadaraq başqasının evini ona satdığı üçün pulunu geri qaytarması üçün Cavabdeh xəbərdarlıq etsədə onun heç kimdən qorxusunun olmadığını dildirdiyini, Mehdiyev Azərin dələduzluğunun üstünün açılmaması üçün aralarında faktiki ev alqı-satqısına dair mübahisələri podrat müqaviləsi ilə pərdələşdirdiyini, guya həmin müqavilə əsasında ona ev tikib verəcəyini, əslində isə başqasının evini öz evi kimi təqdim edərək və bu dələduzluğu podrat müqaviləsi ilə rəsmiləşdirərək onu aldatdığını və pulu mənimsədiyini, hazırda həm evsiz həmdə pulsuz qalığını, cavabdehin pulunu taladığı və evin əsil sahibinin də gəlib evi tələb etdiyi üçün nə başını soxacaq bir evinin nə də ev tikəcək pulunun olmadığını, faktla bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında Abşeron Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini və ümumi qaydada məhkəməyə müraciət edilməsinin tövsiyə edildiyini, artıq bu işə məhkəmədə düzgün hüquqi qiymət verilməsini, pozulmuş hüququnun bərpa edilməsini bildirərək Cavabdeh 19000 manat pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 147 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 19147 manat məbləğində pulun tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini əsaslı hesab etmişdir. Məhkəmə iddiaçı X4 məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclaslarına gəlməmiş və heç bir üzürlü səbəb göstərməmişdir. Lakin, xx.xx.2024-cü il tarixdə üzürlü səbəbdən məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə hazırlıq iclasını başqa tarixə təyin edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiklərini bir daha təsdiqlədiyini, iddiaçının həqiqətən də Cavabdeh faktiki olaraq alqı-satqı müqaviləsi olmadan saxta sənəd əsasında ona ev sattığını və bunun qarşılığında 19000 manat məbləğində pul aldığını, lakin sonradan həmin evin sahibinin əslidə başqa şəxs olduğunun məlum olduğunu, evin əsl sahibinin isə X6 olduğunu, X3 iddiaçını evə girməyinə mane olduğunu, faktla bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında Abşeron Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini və ümumi qaydada məhkəməyə müraciət edilməsinin tövsiyə edildiyini, iddiaçının Cavabdeh və X6 ilə bağlı Abşeron Rayon Məhkəməsinə daşınmaz əmlakın qeyri-qanuni sahiblikdən alınması, evə köçürülmə və istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbi ilə müraciət etdiyini, iddia tələbinin təmin edilmədiyini bildirərək Cavabdeh 19000 manat pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 147 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 19147 manat məbləğində pulun tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclaslarına gəlməmiş və heç bir üzürlü səbəb göstərməmişdir. Lakin, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il Elxan Məmmədova qarşı 19000 manat pul tələbinə dair Laçın Rayon Məhkəməsində iddia qaldırdığını, həmin iş məhkəmə icraatına qəbul edildikdən sonra hazırki işlə birləşdirilməsini xahiş edəcəyini, hazırki iş üzrə iddiaçının ondan tələb etdiyi pul vəsaitini o da X2 tələb etdyini, həmin işlərin birgə baxılmasının məqsədə müvafiq olduğunu, iki dəfə həmin iddia ilə həmin məhkəməyə müraciət etdiyini, lakin nöqsanlar olduğu üçün geri qaytarıldığını, nöqsanları aradan qaldıraraq yenidən iddia qaldırdığını və məhkəmə əmkdaşı ilə danışdığını, qaldırdığı iddianın nöqsansız olduğunu bildirdiyini, ona görə də məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu baxımdan iddiaçı və Cavabdeh iştirakı olmadan məhkəmə baxışı keçirilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən, Cavabdeh X5 tərəfindən 3000 manat məbləğində pul beh şəklində əvvəlcədən verilmiş, 16000 manat pul isə müqavilə bağlanıldığı gün natariusun depozit hesabı vasitəsilə ödənilmişdir. İddia ərizəsinə əlavə edilən Muğanbank ASC-yə məxsus xx.xx.2021-ci il tarixli 09 nömrəli qəbzə əsasən X5 tərəfindən 16000 manat pul ödənilmişdir. İddia ərizəsinə əlavə edilən Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, iddiaçı, Cavabdeh barəsində cinayət işinin başlanılması barədə Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş lakin, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, iddia tələbinin dəlilləri ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında heç bir rəsmi alqı satğı müqaviləsi olmadan cavabdehin podrad müqaviləsi ilə pərdələnmiş müqavilə əsasında iddiaçıya ev satdığı, sonradan həmin evin digər şəxsə məxsus olduğu müəyyən edilmiş, sonra evin sahibinin gəlib iddiaçının evə girməsinə maneə yaratdığını, nəticədə iddiaçı aldığı evə daxil ola bilməmiş və evin əvəzində verdiyi 19000 manat məbləğində pulu da cavabdehdən geri ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.3.-cü maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının tələbinə görə daşınmaz əmlakla bağlı hər hansı hüququn tanınmasını tələb etmək üçün, həmçinin mülkiyyətdə və ya qanuni istifadədə olan əmlakla bağlı kənar-qanunazidd hesab edilən müdaxilənin qarşısının alınmasını tələb etmək üçün ilk növbədə həmin əmlaka maddi hüquq normalarının tələblərinə müvafiq, müqavilə əsasına və ya qanuni əsasa söykənən hüquq yaranmalıdır. Hazırkı işdən isə görünür ki, iddiaçının cavabdehlə daşınmaz əmlakın alqısatqısı barədə etibarlı müqaviləsi mövcud olmamışdır. Lakin tərəflər arasında bağlanmış podrat müqaviləsindən belə müəyyən olur ki, iddiaçı mənzilin tikilib verilməsi üçün cavabdehə 19000 manat pul ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqaviləni mübahisələndirmədiyindən, pulun verilməsini sübut etməli və verdiyi pulu geri tələb etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsini qanunverici aşağıdakı qaydada həll etmişdir. Məhkəmə bildirir ki, iddiaçının təqdim etdiyi sübutlar kifayət qədər mötəbər, ardıcıl və inandırıcı olmuş, cavabdeh isə məhkəməyə göndərdiyi öz ərizəsi ilə və “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 iyul 2023-cü il tarixli Abşeron rayon Polis idarəsinin qərarında da iddiaçıdan 19000 manat pulun aldığını və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən X3 adına olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evini satdığını təsdiq etmişdir. Ona görə də iddiaçı tərəfindən irəli sürülmüş iddia təmin edilməlidir. Sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Mülki-prosessual Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sədərək rayonu Dəmirçi kəndində qeydiyyatda olan Cavabdeh 19000(on doqquz min) manat pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 147 (yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 19147 (on doqquz min yüz qırx yeddi) manat məbləğində pul alınaraq iddiaçı X1 xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar