Məhkəmə qərarları › İş №e-2(089)-127/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(089)-127/2021

05.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Culfa rayon İş № e-2(089)-127/2021 05.05.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Mehrab Fərmayıl oğlu Kreditor MMC-nin Borclu pul tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu 282 manat əsas borc, 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə Kreditor MMC arasında 22 iyul 2020-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış, Borclu 5 ay müddətinə ümumi dəyəri 801 manat olan X1 9 64GB Forest Green markalı smartfon və 165 Serway markalı qeraskuter satılmışdır. Borclu alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini hissə-hissə 5 ay ərzində, hər ay 101.38 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüş, lakin cəmi 519 manat ödəniş etmiş, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş, 282 manat borc yaranmışdır. İş materiallarında olan- Borclu ilə Kreditor MMC arasında 22 iyul 2020-ci il tarixli,1000350 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, Borclu 5 ay müddətinə ümumi dəyəri 801 manat olan X1 9 64GB Forest Green markalı smartfon və 165 Serway markalı qeraskuter satılmışdır. Borcu malların dəyərini hissə-hissə 5 ay ərzində, hər ay 101.38 manat ödəməyi öhdəsinə götürmüşdür. 22 iyul 2020-ci il tarixli, 2915 nömrəli satılmış əşyaların təhvil verilməsi barədə aktdan müəyyən olunur ki, X1 9 64GB Forest Green markalı smartfon və 165 Serway markalı qeraskuter Borclu təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, digər xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-in tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280-281-cи maddələrini rəhbər tutaraq , əmr etdim : 24 avqust 1989-cu il tarixdə Culfa rayonunun Kırna kəndində doğulmuş, Culfa rayonunun Kırna kəndində qeydiyyatda olan Borclu Kreditor MMC-nin xeyrinə 282 manat əsas borc, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 302 manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar