Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-83/2022 26.05.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz və geyim əşyaları tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh yataq dəsti (bir ədəd şkaf, iki ədəd komodin, bir ədəd tirmo)-2800 manat, qonaq dəsti (iki ədəd servant, altı nəfərlik stol, altı ədəd stul, televizor altlığı və şkaf)-950 manat, 1 ədəd piano- 500 manat, 1 ədəd ütü stolu-50 manat, 1 ədəd ütü-70 manat, 1 ədəd paltar şəriti-45 manat, 1 ədəd elektrik sobası (duxovka)-120 manat, 1 ədəd çilçıraq (qızılı rəng)-350 manat, 1 ədəd ətçəkən maşın-75 manat, 1 ədəd tozsoran-150 manat, 4 ədəd silikon yastıq (biri 8 manat)-32 manat, 2 ədəd tək nəfərlik yun yorğan (biri 25 manat)-50 manat, 1 ədəd iki nəfərlik yorğan-100 manat, 2 ədəd döşək (biri 50 manat)-100 manat, 1 ədəd tort qabı-30 manat, 4 ədəd çərəz qabı (biri 12 manat) -48 manat, 2 ədəd şüşə çərəz qabı (biri 50 manat)-100 manat, 12 ədəd şüşə salat qabı-10 manat, 1 bıçaq dəsti (bir ədəd dəhrə, bir ədəd böyük, bir ədəd balaca, bir ədəd çörək bıçağı, bir ədəd bıçaq itiləyən)-50 manat, 12 ədəd qənd qabı-20 manat, 1 ədəd çamadan-50 manat, 4 ədəd dəsmal (qətifə)-70 manat, 12 ədəd çay dəsmalı-30 manat, 12 ədəd nəlbəki-10 manat, 12 ədəd stəkan-10 manat, 12 ədəd balaca su stəkanı-10 manat, 2 dəst stəkan nəlbəki (hər biri 15 manat)-30 manat, 2 ədəd şamdan (biri 25 manat)-50 manat, 2 dəst mələfə çexol-140 manat, 4 ədəd mələfə-30 manat, 1 ədəd iki nəfərlik qalın adyal-50 manat, 1 ədəd yataq örtüyü-110 manat, 1 ədəd şirəçəkən maşın-100 manat, çamadan qaşıq dəsti-90 manat, 12 ədəd büyük boşqab-6 manat, 12 ədəd orta boşqab-6 manat, 12 ədəd balaca boşqab-6 manat, 4 ədəd stol örtüyü-120 manat, 2 ədəd çörək qabı-l0 manat, 2 ədəd çini çaydan (biri 20 manat)-40 manat, 2 ədəd şüşə çaynik ( biri 5 manat)-10 manat, 2 ədəd saat (böyük saat 50 manat, balaca saat 30 manat)-80 manat, 1 pəncərə üçün pərdə-150 manat, 4 ədəd 3x2 ölçüdə xalça (biri 100 manat) -400 manat, 4 ədəd gül qabı (biri 30 manat)-120 manat, 24 ədəd su stəkanı-20 manat, 1 dəst (12 ədəd) ədviyyat qabı-50 manat, 1 ədəd su qabı və 6 stəkanı-30 manat, 1 pəncərəlik tül-30 manat, qazan dəsti (6 ədəd böyükdən balacaya)- 150 manat, 1 ədəd blender -45 manat, 5 ədəd meyvə qabı-50 manat, 1 ədəd tort qabı-20 manat, 1 ədəd uca tort qabı-40 manat, 4 ədəd şirniyyat qabı-30 manat, 1 ədəd pencər doğrayan-20 manat, 2 ədəd nikel məcməyi (biri 25 manat)-50 manat, 2 ədəd plastik məcməyi (biri 5 manat)-10 manat, 1 dəst paltar setkası (hamam şotkası, əlavə qablar)-50 manat, 12 ədəd armudu stəkan-10 manat, 12 ədəd armudu stəkan üçün nəlbəki-10 manat, 6 ədəd limon qabı-12 manat, yemək üçün serviz-300 manat, 2 ədəd üç gözlü çilçıraq (biri 50 manat)-100 manat və ya onların dəyəri 8405 manat məbləğində pulun, geyim əşyaları- qırmızı və qara rəngli 2 ədəd palto (biri 50 manat)-100 manat, 2 ədəd qara və mavi rəngli pencək-45 manat, 3 ədəd pijama dəsti (biri 15 manat)-45 manat, 3 ədəd jilet (biri 20 manat)-60 manat, 5 ədəd finka (biri 10 manat)-50 manat, 6 ədəd köynək (biri 15 manat)-90 manat, 5 ədəd şalvar (biri 25 manat)-125 manat, 4 ədəd çanta (biri 15 manat)- 60 manat, 5 ədəd don (üç ədəd qara don, biri 15, biri 35 manat, biri 30 manat)-100 manat, 3 ədəd ətək (biri 15 manat)-45 manat, 5 cüt idman ayaqqabısı (üç ədədi 15 manat, 2 ədədi 20 manat)-85 manat, 4 cüt ayaqqabı (biri 25 manat)-100 manat, 4 cüt hündür ayaqqabı (biri 15 manat)-60 manat, 3 cüt çəkmə (biri 45 manat)-135 manat, 3 ədəd jaket (biri 15 manat)-45 manat, 5 ədəd fen (daraqlı fen 35 manat, hava feni 50 manat, ütü feni 45 manat, vafili fen 35 manat, buruq fen 35 manat )-200 manat, 1 ədəd epilator-35 manat və onların dəyəri 1380 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, cavabdehlə 01 noyabr 2019-cu il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları doğulmuşdur. Aralarında olan nikah Culfa Rayon Məhkəməsinin 20 may 2022ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə ailə quran zaman ona məxsus olan cehiz əşyalarını Culfa rayonunun Xoşkeşin kəndində cavabdehin valideynlərinə məxsus evə aparmışdır. Cavabdehlə ayrıldıqdan sonra cehiz əşyalarını götürmək istəmiş, cehiz əşyalarını götürmək üçün cavabdeh ondan məhkəmə qərarı tələb etmiş, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmiş cehiz əşyaları cavabdehin valideynlərinə məxsus, cavabdehlə birlikdə yaşadıqları fərdi yaşayış evinə aparılmış, cavabdehlə birlikdə yaşadıqları müddətdə ümumiyyətlə cehiz əşyalarından istifadə etməmişdir. Cavabdehin etiraz ərizəsində, izahatında bildirdikləri həqiqətə uyğun deyil. İddia ərizəsində 11-ci sətirdə qeyd edilmiş silikon yastıqlardan birini özü ilə aparmamış, 19-cu sətirdə qeyd edilmiş bıçaq dəstini sındırmamış, 20-ci sətirdə qeyd edilmiş 12 ədəd qənd qabından bir ədədini sındırmamış, 23-cü sətirdə qeyd edilmiş 12 ədəd çay dəsmalını işlətməmiş, atmamış, 24-cü sətirdə qeyd edilmiş 12 ədəd nəlbəkini sındırmamış, 25-ci sətirdə qeyd edilmiş 12 ədəd stəkanın 6 ədədini sındırmamış, 37-ci sətirdə qeyd edilmiş 12 ədəd balaca boşqabı cehiz olaraq cavabdehlə yaşadıqları evə aparmış, 41-cı sətirdə qeyd edilmiş şüşə çayniki sındırmamış, 46-cı sətirdə qeyd edilmiş 24 ədəd su stəkanından iki ədədini sındırmamış, 47-cı sətirdə qeyd edilmiş on iki ədədlik ədviyyat qabının altı ədədini artıq yazmamış, 52-cı sətirdə qeyd edilmiş 5 ədəd meyvə qabından 2 ədədini sındırmamış, 53-cü sətirdə qeyd edilmiş 1 ədəd tort qabını cavabdehlə yaşadıqları evə aparmış, 54-cü sətirdə qeyd edilmiş 1 ədəd uca tort qabını cavabdehlə yaşadıqları evə aparmış, 60-cı sətirdə qeyd edilmiş 12 ədəd armudu stəkanı sındırmamış, 61-ci sətirdə qeyd edilmiş 12 ədəd armudu stəkan nəlbəkisini sındırmamış, 63-cü sətirdə qeyd edilmiş yemək servisinin stəkanları sınmış, 64-cü sətirdə qeyd edilmiş iki ədəd çilçırağı tələbə təqaüdü ilə almış, bir ədəd çilçırağın cavabdehdən alınıb ona verilməsini xahiş edir. İddia ərizəsində 44-cü sətirdə qeyd edilmiş dörd ədəd xalçanın bir ədədi 3x2, iki ədədi 2x2, bir ədədi bir metr ölçüdədir. İddia ərizəsində qeyd edilmiş geyim əşyalarından 2-cı sətirdə qeyd edilmiş qara rəngli paltosı olmuş, həmin paltonu cavabdeh anası ona hədiyyə etmiş, 11-cı sətirdə qeyd edilmiş 5 cüt idman ayaqqabısı olmuş, 12-cı sətirdə qeyd edilmiş 4 cüt ayaqqabısı olmuş, 15-cı sətirdə qeyd edilmiş 3 ədəd jaketi olmuş, 17-ci sətirdə qeyd edilmiş 1 ədəd epilatoru özü ilə aparmamışdır. İddiaçı izahatında onu da bildirmişdir ki, iddia ərizəsində qeyd edilmiş, cavabdeh tərəfindən etiraf edilməmiş 37-ci sətirdə qeyd edilmiş 12 ədəd balaca boşqabın, 47-cı sətirdə qeyd edilmiş ədviyyat qabının 12 ədədlik ədviyyat qabı olmasını, 53-cü sətirdə qeyd edilmiş 1 ədəd tort qabınının olmasını, 54-cü sətirdə qeyd edilmiş 1 ədəd uca tort qabının olmasını, geyim əşyalarından 11-cı sətirdə qeyd edilmiş 5 cüt idman ayaqqabısından 3 ədədinin olmasını, 12-cı sətirdə qeyd edilmiş 4 cüt ayaqqabının olmasını, 15-cı sətirdə qeyd edilmiş 3 ədəd jaketin 2 ədədinin olmasını təsdiq edən hər hansı bir sübutu yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi vəkili Vəkil iddianı müdafiə etmiş, iddianın əsaslı olduğunu bildirmiş, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, iddia ərizəsində bildirmişdir ki, İddiaçı ilə 01 noyabr 2019-cu il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları doğulmuşdur. Aralarında olan nikah Culfa Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı ilə ailə quran zaman iddiaçının iddia ərizəsində qeyd edilmiş cehiz əşyalarını- 37-ci sətirdə qeyd edilmiş 12 ədəd balaca boşqab, 47-cı sətirdə qeyd edilmiş on nəfərlik ədviyyat qabının altı ədədi, 53-cü sətirdə qeyd edilmiş 1 ədəd tort qabı, 54-cü sətirdə qeyd edilmiş 1 ədəd uca tort qabı istisna olmaqla-Culfa rayonunun Xoşkeşin kəndində valideynlərinə məxsus evə gətirmiş, cehiz əşyaları hazırda Xoşkeşin kəndində valideynlərinə məxsus evdədir. İddia ərizəsində 44-cü sətirdə qeyd edilmiş dörd ədəd xalçanın bir ədədi 3x2, iki ədədi 2x2, bir ədədi bir metr ölçüdədir. İddiaçıya geyim əşyaları, 11-cı sətirdə qeyd edilmiş 5 cüt idman ayaqqabısının 3 cütü, 12-cı sətirdə qeyd edilmiş 4 cüt ayaqqabı, 15-cı sətirdə qeyd edilmiş 3 ədəd jaketdən 2 ədədi iddiaçıya alınmamış, iddia ərizəsində 11-ci sətirdə qeyd edilmiş silikon yastıqlardan birini iddiaçı özü ilə aparmış, 19-cu sətirdə qeyd edilmiş bıçaq dəstini sındırmış, 20-ci sətirdə qeyd edilmiş 12 ədəd qənd qabından bir ədədini sındırmış, 23-cü sətirdə qeyd edilmiş 12 ədəd çay dəsmalını işlətmiş, atmış, 24-cü sətirdə qeyd edilmiş 12 ədəd nəlbəkini sındırmış, 25-ci sətirdə qeyd edilmiş 12 ədəd stəkanın 6 ədədini sındırmış, 41-cı sətirdə qeyd edilmiş şüşə çayniki sındırmış, 46-cı sətirdə qeyd edilmiş 24 ədəd su stəkanından iki ədədini sındırmış, 52-cı sətirdə qeyd edilmiş 5 ədəd meyvə qabından 2 ədədini sındırmış, 60-cı sətirdə qeyd edilmiş 12 ədəd armudu stəkanı sındırmış, 61-ci sətirdə qeyd edilmiş 12 ədəd armudu stəkan nəlbəkisini sındırmış, 63-cü sətirdə qeyd edilmiş yemək servizinin stəkanlarını sındırmışdır. Belə ki, iddiaçı ilə təxminən iki il birlikdə yaşamışlar. İddiaçı ona məxsus olan cehiz əşyalarından istifadə etmişdir ki, istifadə edilən əşyaların, qırılması, istifadəyə yararsız hala düşməsi mümkündür. Cavabdeh izahatında onu da bildirmişdir ki, iddiaçıya iddia ərizəsində 2-ci sətirdə qeyd edilmiş qara rəngli palto anası tərəfində hədiyyə edilmişdir, 11-ci sətirdə qeyd edilmiş 5 cüt idman ayaqqabısının 3 ədədi, 12-cı sətirdə qeyd edilmiş 4 cüt ayaqqabı, 15-cı sətirdə qeyd edilmiş 3 ədəd jaketdən 1 ədədi alınmamış, 17-ci sətirdə qeyd edilmiş 1 ədəd epilatoru iddiaçı özü ilə aparmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi əşyaların dəyəri ilə bağlı etirazı yoxdur. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş- Nikah akt qeydindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında olan nikah 01 noyabr 2019-cu il tarixdə Culfa rayin Əlincə kənd İƏD üzrə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Culfa Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(089)-39/2022 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının, iddiaçının nümayənədi vəkilinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəicəni aşağıda qeyd edilənlərlə əsaslandırı. Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyində çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, iddianın təmin edilməsi üçün göstərilən hallar sübut olunmalıdır: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İddiaçı Cavabdeh cehiz əşyaları tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarından 37-ci sətirdə qeyd edilmiş 12 ədəd balaca boşqab, 47-cı sətirdə qeyd edilmiş on nəfərlik ədviyyat qabının altı ədədi, 53-cü sətirdə qeyd edilmiş 1 ədəd tort qabı, 54-cü sətirdə qeyd edilmiş 1 ədəd uca tort qabı, geyim əşyalarından 11-ci sətirdə qeyd edilmiş 5 cüt idman ayaqqabısının 3 cütü, 12-ci sətirdə qeyd edilmiş 4 cüt ayaqqabı, 15-ci sətirdə qeyd edilmiş 3 ədəd jaketdən 1 ədədi istisna olmaqla, digər cehiz və geyim əşyalarının mövcud olmasını, iddiaçıya məxsus olmasını, cehiz əşyalarının valideynlərinə məxsus evdə olmasını etiraf etmiş, həmin əşyaların olmasının iddiaçı tərəfindən subut edilməsinə ehtiyac qalmamışdır. Qeyd edilmiş cehiz və geyim əşyalarının faktiki mövcud olmasını, iddiaçıya məxsus olmasını, cavabdehin qanunsuz sahibliyində olmasını isə təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, cehiz əşyalarından 37-ci sətirdə qeyd edilmiş 12 ədəd balaca boşqab, 47-cı sətirdə qeyd edilmiş on ikili ədviyyat qabının altı ədədi, 53cü sətirdə qeyd edilmiş 1 ədəd tort qabı, 54-cü sətirdə qeyd edilmiş 1 ədəd uca tort qabı, geyim əşyalarından 11-cı sətirdə qeyd edilmiş 5 cüt idman ayaqqabısının 3 cütü, 12-cı sətirdə qeyd edilmiş 4 cüt ayaqqabı, 15-cı sətirdə qeyd edilmiş 3 ədəd jaketin 1 ədədinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə tələb təmin edilə bilməz. O, ki, qaldı iddia ərizəsində qeyd edilmiş, cavabdeh tərəfində mövcud olması, iddiaçıya məxsus olması etiraf edilən, lakin iddiaçı tərəfində istifadə edilərək sındırılması, atılması bildirilən, 19-cu sətirdə qeyd edilmiş bıçaq dəstinin içərisində olan 6 ədəd bıçaq dəsti, 20-ci sətirdə qeyd edilmiş 12 ədəd qənd qabının bir ədədi, 23-cü sətirdə qeyd edilmiş 12 ədəd çay dəsmalı, 24-cü sətirdə qeyd edilmiş 12 ədəd nəlbəki, 25-ci sətirdə qeyd edilmiş 12 ədəd stəkan, 41-ci sətirdə qeyd edilmiş 1 ədəd şüşə çaynik, 46-cı sətirdə qeyd edilmiş 24 ədəd su stəkanının 2 ədədi, 52-ci sətirdə qeyd edilmiş 5 ədəd meyvə qabının 2 ədədi, 60-cı sətirdə qeyd edilmiş 12 ədəd armudu stəkan, 61-ci sətirdə qeyd edilmiş 12 ədəd armudu stəkan nəlbəkisi ilə bağlı iddiaçının tələbinə, məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə də iddia təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı qeyd edilən əşyaların tərəflərin birlikdə yaşadıqları evə aparılması cavabdeh tərəfindən etiraf edilmişdir. Həmçinin tərəflər təxminən iki il birlikdə yaşamış və iddiaçı cehiz əşyalarından istifadə etmişdir. Qeyd edilmiş cehiz əşyalarının istifadə edilməsi zamanı qırılması, istifadəyə yararsız vəziyyətə düşməsi ehtimalı çox böyükdür ki, cavabdeh də həmin əşyaların iddiaçı tərəfindən istifadə edilən zaman qırıldığını bildirmiş, iddiaçı isə həmin əşyaların faktiki olaraq mövcud olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, həmçinin iddiaçıya, iddiaçının nümayəndəsinə əşyaların yerində olmasının müəyyən edilməsi və əşyaların olduğu yerdən götürülməsinin təklif edilməsinə baxamayar, əşyaların yerində olmasının müəyyən edilməsi və əşyaların olduğu yerdən götürülməsindən imtina edilmişdir. İddiaçı iddia ərizəsində 63-cü sətirdə qeyd etdiyi yemək servizinin stəkanlarının sınmasını isə etiraf etmişdir. İddia ərizəsində 11-ci sətirdə qeyd edilmiş 4 ədəd silikon yastığın bir ədədi və 17-ci sətirdə qeyd edilmiş 1 ədəd epilatorla bağlı məhkəmə hesab edir ki, bir ədəd silikon yastığın və epilatorun olması cavabdeh tərəfindən etiraf edilir, lakin bir ədəd silikon yastığı və epilatoru iddiaçının özü ilə apardığını bildirir. Məhkəmə bununla bağlı belə hesab edir ki, bir ədəd silikon yastıq və onun dəyəri 8 manat, 1 ədəd epilator və ya onun dəyəri olan 35 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilmiş əşyalardan, iddiaçı evdən gedən zaman yalnız bir ədəd silikon yastıq və bir ədəd epilatoru özü ilə aparması məntiqə və həqiqətə uyğun deyil. İddiaçı cavabadeh Cavabdeh 400 manat vəkilə ödənilmiş xərcin əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli Cavabdeh 100 manat alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının 120 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbi ilə bağlı bildirir ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 120 manat dövlət rüsumu ödəməli olsa da, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən iddiaçı çəkdiyi mediasiya xərc həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 05 mart 2022-ci il tarixli, X-86 nömrəli ilkin mediasiya sessiayasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda iddiaçı iddia ərizəsi verilən zaman 120 manat deyil, 70 manat məbləğində dövlət rüsumu ödəməli idi. Odur ki, dövlət rüsumunun ödənilməsindən azad edilmiş, lakin ödənilmiş 50 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməli, həmçinin iddia qismən təmin edildiyindən, 70 manat məbləğində dövlət rüsumunun 64.75 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməli, 5.25 manat hissəsi özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilən hallara məcmu halında qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh yataq dəsti (bir ədəd şkaf, iki ədəd komodin, bir ədəd tirmo)-2800 manat, qonaq dəsti (iki ədəd servant, altı nəfərlik stol, altı ədəd stul, televizor altlığı və şkaf)-950 manat, 1 ədəd piano-500 manat, 1 ədəd ütü stolu-50 manat, 1 ədəd ütü-70 manat, 1 ədəd paltar şəriti-45 manat, 1 ədəd elektrik sobası (duxovka)-120 manat, 1 ədəd çilçıraq (qızılı rəng)-350 manat, 1 ədəd ətçəkən maşın-75 manat, 1 ədəd tozsoran-150 manat, 4 ədəd silikon yastıq-32 manat, 2 ədəd tək yun yorğan-50 manat, 1 ədəd iki nəfərlik yorğan-100 manat, 2 ədəd döşək-100 manat, 1 ədəd tort qabı-30 manat, 4 ədəd çərəz qabı-48 manat, 2 ədəd şüşə çərəz qabı-100 manat, 12 ədəd şüşə salat qabı-10 manat, 1 bıçaq dəsti (bir ədəd dəhrə, bir ədəd böyük, bir ədəd balaca, bir ədəd çörək bıçağı, bir ədəd bıçaq itiləyən)-50 manat, 11 ədəd qənd qabı-18.33 manat, 1 ədəd çamadan-50 manat, 4 ədəd dəsmal (qətfə)-70 manat, 12 ədəd balaca su stəkanı-10 manat, 2 dəst stəkan nəlbəki-30 manat, 2 ədəd şamdan-50 manat, 2 dəst mələfə çexol-140 manat, 4 ədəd mələfə-30 manat, 1 ədəd iki nəfərlik qalın adyal-50 manat, 1 ədəd yataq örtüyü-110 manat, 1 ədəd şirəçəkən maşın-100 manat, çamadan qaşıq dəsti-90 manat, 12 ədəd büyük boşqab-6 manat, 12 ədəd orta boşqab-6 manat, 4 ədəd stol örtüyü-120 manat, 2 ədəd çörək qabı- 10 manat, 2 ədəd çini çaydan-40 manat, 1 ədəd şüşə çaynik-5 manat, 2 ədəd saat-80 manat, 1 pəncərə üçün pərdə-150 manat, 4 ədəd-bir ədədi 3x2, iki ədədi 2x2, bir ədədi bir metr ölçüdə olan xalça-400 manat, 4 ədəd gül qabı-120 manat, 22 ədəd su stəkanı-18.33 manat, 1 dəst (6 ədəd) ədviyyat qabı-25 manat, 1 ədəd su qabı və 6 stəkan-30 manat, 1 pəncərəlik tül-30 manat, qazan dəsti (6 ədəd böyükdən balacaya)-150 manat, 1 ədəd blender-45 manat, 3 ədəd meyvə qabı-30 manat, 4 ədəd şirniyyat qabı-30 manat, 1 ədəd pencər doğrayan-20 manat, 2 ədəd nikel məcməyi-50 manat, 2 ədəd plastik məcməyi-10 manat, 1 dəst paltar setkası (hamam şotkası, əlavə qablar)-50 manat, 6 ədəd limon qabı- 12 manat, 1 ədəd üç gözlü çilçıraq-50 manat, olmadıqda onların dəyəri 7.815.66 manat məbləğində pul, yemək üçün serviz (stəkanları yoxdur), geyim əşyaları- qırmızı və qara rəngli 2 ədəd palto-100 manat, 2 ədəd qara və mavi rəngli pencək-45 manat, 3 ədəd pijama dəsti-45 manat, 3 ədəd jilet-60 manat, 5 ədəd finka -50 manat, 6 ədəd köynək-90 manat, 5 ədəd şalvar-125 manat, 5 ədəd çanta-75 manat, 5 ədəd don-100 manat, 3 ədəd ətək-45 manat, 2 cüt idman ayaqqabısı-40 manat, 4 cüt hündür ayaqqabı-60 manat, 3 cüt çəkmə-135 manat, 2 ədəd jaket-30 manat, 5 ədəd fen (daraqlı fen 35 manat, hava feni 50 manat, ütü feni 45 manat, vafili fen 35 manat, buruq fen 35 manat )-200 manat, 1 ədəd epilator-35 manat, olmadıqda onların dəyəri 1235 manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 114.75 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin, dövlət rüsumunun 5.25 manat hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-83/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-83/2022
26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver