Məhkəmə qərarları › İş №e-2(094)-173/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-173/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-173/2024 07.05.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X16 Adil oğlunun sədrliyi, Orucova Kəmalə İsbəndiyar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birgə nikahdan olan uşaqların iddiaçının himayəsinə verilməsi və cavabdeh tərəfindən X12 və X1 üçün hər ay hər uşağa 220,0 manat olmaqla, cəmi 440,0 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Xəzər rayonu məhkəməsinin iş e-2(003)-185/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və iddiaçı Cavabdeh və X11 arasında xx.xx.2009-cu il tarixində Bakı şəhəri Xəzər ıayon Qevdiyyat şöbəsində 1197 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmasnı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X13 atası İddiaçı himayəsində, xx.xx.2013-cü il təvəllüdlü X12 isə anası Cavabdeh yanında qalmasını, İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2013cü il təvəllüdlü X4 üçiin hər ay sabit pul şəklində 220,0 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət etmişdir. Göstərilənlərə əsasən, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2010cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul şəklində 220,0 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etmədi və cavabdehin etiraz ərizəsindəki xüsusatları qeyd edərək iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçı X14 ilə onun arasında rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nikah pozularkən birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X15 atasının, xx.xx.2013-cü il təvəllüdlü X10 isə onun yanında qalması qət edilmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü X3 üçün X7 hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Məhkəmə gəldiyi nəticə ilə X14 razılaşmışdır. Artıq məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Hesab edir ki, əgər həmin məhkəmə qətnaməsindən narazı qalmışdırsa X14 ondan apellasiya şikayəti verə bilərdi. Lakin hazırkı iddia ilə məhkəməyə müraciət etməsi onu göstərir ki, iddiaçı aliment ödəməkdən boyun qaçırmaq niyyətindədir. Hazırkı iddia heç məntiqə uyğun deyil: hər ay iddiaçıya 220 manat ödəməli olur və iddiaçı da ona həmin məbləği qaytarmalıdır. Belə çıxır? Yəni bir oyun olacaq. Əslində isə əgər X14 aliment ödəmək istəmirsə məhkəməyə aliment ödəməkdən azad etmə tələbi ilə müraciət etməli idi. Bu tələb daha qanuna və məntiqə uyğundur. Hesab edir ki, tərəflərin aliment öhdəliyinə bir dəfə baxılıb, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir və ona yenidən baxıla bilməz. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin e-2(003)-185/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2009-cu il tarixində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 1197 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X13 atası İddiaçı himayəsində, xx.xx.2013-cü il təvəllüdlü X12 isə anası Cavabdeh yanında qalsın. İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X4 üçün hər ay sabit pul şəklində 220,0 manat aliment tutularaq Cavabdeh ödənilsin. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh ilə birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X12 övladları olmuşdur. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X13 iddiaçının, xx.xx.2013-cü il təvəllüdlü X12 cavabdehin himayəsindədir. İddiaçı hazırda xx.xx.2010-cu il təvəllüdlü X2 üçün cavabdehdən aliment tələb edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Bir uşağın saxlanmasına çəkilən xərclə, çox uşağın saxlanmasına çəkilən xərci eyniləşdirmək olmaz. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 220,0 manat müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220,0 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220,0 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar