Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-236/2025 02.09.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq və alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5 saylı Bakı Asan Xidmət X2 Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və 2445 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olan xx.xx.2022-ci il təvəllüdlü X4 onun yanında saxlanılması, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulması, eləcə də xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay cavabdehdən 200,0 manat sabit pul məbləğində aliment, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumu, məhkəməyə müraciət üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 5 saylı Bakı Asan Xidmət X7 xx.xx.2021-ci il tarixdə 1445 saylı reyestr qeydi ilə qeydə alınaraq rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X6 adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqları vaxtdan münasibətləri normal olsa da, sonradan münasibətləri kəskinləşərək davam etdirilməsi mümkün olmamış və nəticədə münasibətləri pozulmuşdur. Onu da qeyd etmək istəyir ki, cavabdehlə münasibətlərinin pozulmasına səbəb cavabdehin ona qarşı dəfələrlə şiddət və fiziki zorakılıq göstərməsi olmuşdur. Bunun üçün də o övladının psixoloji travma almaması və onun sağlam mühitdə böyüməsi üçün onun gələcəyini düşünərək cavabdehlə ayrılmaq qərarına gələrək, övladını da götürüb ata evinə qayıtmaq məcburiyyətində qalmışdır. Artıq xeyli zamandır ki, cavabdehlə faktiki olaraq ayrılmışdır. Birgə nikahdan olan uşaqları onun himayəsindədir və cavabdeh valideyn borcunu icra etməyərək bu günədək uşağın saxlanması üçün heç bir maddi yardım etməmiş, onunla maraqlanmamışdır. O isə 3 yaşına çatmayan uşağını təkbaşına böyüdür ki, bu üzdən də heç bir yerdə işləyə bilmir. Onu da nəzərə çatdırmaq istəyir ki, cavabdehlə artıq birgə yaşamaqları və ailənin saxlanması qeyri-mümkündür. Hazırda aralarındakı nikah qeydiyyatı formal xarakter daşıyır, cavabdehlə gələcəkdə barışmaqları və birgə yaşamaq ehtimalı belə yoxdur. Bu səbəbdən də nikahın pozulması zərurəti yaranmışdır. Əlavə olaraq bildirmək istəyir ki, Cavabdeh rəsmi iş yeri mövcuddur və o, hazırda Dövlət Sərhəd Xidmətində işləyir və cavabdehin aylıq əmək haqqı 1500-2000 manat təşkil edir. Ona görə də cavabdehdən tutulacaq alimentin məbləği aylıq qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edilməli və eyni zamanda xx.xx.2022-ci il təvəllüdlü övladı X6 3 yaşına çatanadək hər ay 200,0 manat sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə, 5 saylı Bakı Asan Xidmət X2 Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və 2445 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olan xx.xx.2022-ci il təvəllüdlü X4 onun yanında saxlanılması, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulması, eləcə də xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay cavabdehdən 200,0 manat sabit pul məbləğində aliment, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 61,0 manat dövlət rüsumu, məhkəməyə müraciət üçün ödənilmiş 50,0 manat dövlət rüsumunun əvəzinin tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X1 Ravil Hüseyn oğlu ilə xx.xx.2021-ci il tarixdə 5 Saylı “Asan Xidmət” Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2445 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynəliyeva soyadı verilmişdir. İş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X4 anası İddiaçı, atası Cavabdehdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər hal-hazırda birgə yaşamırlar, ər-arvad kimi hüquq və vəzifələr daşımırlar. Bundan sonra ailənin bərpası qeyri-mümkün olduğundan onlar arasında olan nikah formal xarakter daşıyır. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları hal-hazırda iddiaçının himayəsindədir. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Belə ki, Azərbaycan Respublikası AM-nin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, iddia təmin edilərək, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları iddiaçının yanında qalmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 7-ci bəndinin tələbinə görə məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə azyaşlı uşağın mənafeyini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşağın hazırkı yaşda ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olduğunu, atanın uşağın ananın yanında qalmasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2022-ci il təvəllüdlü X6 faktiki vəziyyətə uyğun olaraq İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında tədqiq olunan hallarından məlum olur ki, iddiaçı cavabdehlə birgə nikahından olan uşaqların saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından sonuncudan hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə, qanunun yuxarıda qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, uşaq 3 yaşına çatanadək hər ay 200,0 manat ödənilməsinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinin tələbinə əsasən, ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə hesab edir ki, uşaq 3 yaşına çatanadək hər ay 50,0 manat məbləğində sabit pulun cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 200,0 manat məbləğində pul vəsaiti tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, işin yuxarıda qeyd edilən hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 50,0 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 61,0 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş 50,0 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı aliment tələbinə dair iddialar üzrə dövlət rüsumundan azad olunduğundan, onun tərəfindən mediasiya xərci olaraq ödənilmiş 51,0 manat məbləğində pul vəsaiti və məhkəməyə müraciət üçün ödənilmiş 50,0 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğundan, həmçinin tərəflər nikahın pozulmasna təkid etdiyindən, onların nikahı məhkəmə qaydasında 3 ay vaxt verilmədən pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalmalı, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində və Cavabdeh 3 yaşına çatanadək hər ay 50,0 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Bundan əlavə ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 61,0 manat dövlət rüsumu və məhkəməyə müraciət üçün ödənilmiş 50,0 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 5 Saylı Bakı “Asan Xidmət” X7 bağlanmış 2445 №-li akt qeydli nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalsın. Cavabdehdan İddiaçı xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının (və ya başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X6 3 yaşına çatanadək Cavabdeh hər ay 50,0 (əlli) manat sabit pul şəklində aliment tutularaq İddiaçı verilsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-236/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-236/2025
02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver