Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-369/2024 24.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşağı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul şəklində 500 (beş yüz) manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birgə nikahdan olan uşaqların iddiaçının himayəsinə verilməsi və cavabdeh tərəfindən X6 və X1 üçün hər ay hər uşağa 220,0 manat olmaqla, cəmi 440,0 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Xəzər rayonu məhkəməsinin iş № e-2(003)-185/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və iddiaçı Cavabdeh və İddiaçı arasında xx.xx.2009-cu il tarixində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 1197 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmasını, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 atası İddiaçı himayəsində, xx.xx.2013-cü il təvəllüdlü X6 isə anası Cavabdeh yanında qalsmasını, İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2013- cü il təvəllüdlü X3 üçün hər ay sabit pul şəklində 220,0 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət etmişdir. Bundan sonra onun tərəfindən aliment barəsində məhkəməyə müraciət etməyilə iddiası təmin olunmuş, lakin Bakı Apellyasiya məhkəmsi tərəfindən həmin qətnamə ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Baklı DOST Mərkəzi tərəfindən verilən 16 avqust 2024-cü il tarixli arayışa əsasən işləmir. Habelə himayəsində qalan Avadh İmranın saxlanılması üçün səyyar əmək fəaliyyəti ilə məşğul olarkən dəmir təmir konstruksiyasından yıxılaraq uzun müddətli səhətilə yaranan xəstəliklərlə əlaqədar yataq xəstəsi olmuş, beləki sağ mil sümüyümün sınması və sağ biləkdə kəskin ağrıların olması əmək fəaliyyətimə uzun müddət uzaq olmağı zəmanətidir. Halbuki himayəsində yaşayan X4 orta məktəbin son siniflərini bitirdiyinə görə təhsilində geriləməməsi üçün dərsdən sonra təlimçilərin (repetitor) ödənişlərini həyata keçirə bilmir. Beləki vəziyyətin dəyişməsi və maddi durumun pisləşməsi bu addımı atmağına zərurət yaratmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birgə nikahdan olan övladlarından birinin onun himayəsinə verilməsini nəzərə alaraqaq cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X2 üçün və xərclərin mütənasib bölünməsi, hər ay sabit pulşəklində 500 (beş yüz) manat aliment tutularaq ona ödənilməsi ədalət baxımından daha məqəsədə uyğundur. Uşaq üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və uşağlardan birinin onun yanında qaldığından hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbini etiraf etməyərək, tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq" altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)- 4001/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixi, e-2(094)-173/2024 qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul şəklində 220,0 manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Yasamal Hospitalın 215 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1984-ci il təvəllüdlü İddiaçı “Yasamal Hospital” a müraciət etmişdir. Xəstəyə “Sağ mil sümüyünün sınığı, L5 vertebranın bilateral aşağı oynaq çıxıntılarında pars inerartikularis deffekti ”diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixində “Osteosintez ” əməliyyatı icra olunmuşdur. Əmək qabilliyyətini itirmişdir. Uzun müddətli fizioterapya və reablitasiya məsləhət görülür. Əməliyyatdan sonra kontrol müayinələrdə və oynaq hərəkəti məhdudlaşdırılması məsləhət olunmuşdur(ağrılıdır,əzələ gücü zəifdir). xx.xx.2024-cü il tarixində xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında da qeyd olunur ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2009-cu il tarixində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 1197 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 atası İddiaçı Qam oğlunun himayəsində, xx.xx.2013-cü il təvəllüdlü X5 isə anası Cavabdeh yanında qalması, İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahdan doğulmuş xx.xx.20185-cü il təvəllüdlü X3 üçün hər ay sabit pul məbləğində 220,0 manat alimen tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Daha sonra Pirallahı Rayon Məhkəməsinin e-2(094)-173/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220,0 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)-173/2024 qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul məbləğində 220,0 manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşağı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul məbləğində 500 (beş yüz) manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220,0 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilsə də, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)-173/2024 qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul şəklində 220,0 manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə nikahın pozulması tələbinə baxılarkən uşaqlardan biri İddiaçı, digəri isə Cavabdeh himayəsinə verilmişdir. İddiaçı həmin işə baxılarkən uşaq onun yanında saxlanılacağı təqdirdə onun xeyrinə aliment tutulması barədə məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə isə Cavabdeh yanında qalan uşağın saxlanılması üçün İddiaçı alimentin tutulmalı olması barədə qənaətə gəlmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi həmin dövrdə işə baxan məhkəmə Cavabdeh az təminatlı valideyn olaraq nəzərə almışdır. Hazırki məsələyə baxılarkən də məhkəmə iş üzrə hər hansı halın dəyişməsini müəyyən etməmişdir. Bundan başqa, iddiaçının sübut növü kimi məhkəməyə təqdim etdiyi sənədlər isə hazırki vəziyyətdə hər hansı halın dəyişməsini təsdiq etmir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. AzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi, istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd materialıdır. 217.4-cümaddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-369/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-369/2024
24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver