Məhkəmə qərarları › İş №e-2(1-8)-2100/2026

Ali Məhkəmə Qərardad — İş №e-2(1-8)-2100/2026

17.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(1-8)-2100/2026 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # ### tarixli, *(*-*)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətini tarixdə nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 405.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadından qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # ### tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək, apelyasiya şikayəti geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardad cavabdeh Cavabdeh “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Bundan sonra, ##.##.2026-cı il tarixdə cavabdeh elektron sistemə vəkillə təmin olunma barədə ərizə yerləşdirmiş, apellyasiya instansiyası məhkəməsinin 2026-cı il ## #### tarixli, *(*- *)-***/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh ərizəsi təmin edilərək, kassasiya verməsi üçün dövlət hesabına vəkillə təmin olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya instansiyası məhkəməsinin 2026-cı il # ### tarixli, *(*-*)-***/**** nömrəli qərardadından verdiyi kassasiya şikayətini “Elektron Məhkəmə” informasiya sisteminə ##.##.2026-cı il tarixdə yerləşdirmiş, lakin kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddətin ötürülməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verilməmişdir. MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.4 və 408.3-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # ### tarixli, *(*-*)- ***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar