Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-2266/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, prosessual müddətin axımının başlanması və qurtarması tarixləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta müqaviləsi üzrə pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-****/**** nömrəli 2026cı il ## #### tarixli qərardadından cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı İddiaçı (bundan sopnra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra “cavabdeh”) iddiaçının xeyrinə 21204 manat sığorta ödənişinin, hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 636 manat məbləğində dəbbə pulu və hüquqi yardımla bağlı ödənilmiş 1000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 155,52 manat olmaqla, cəmi 22 995,52 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## #### 2026cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx" ASC-7690 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Mehriban Əfəndizadə)
3. Qətnamə cavabdehin elektron kabinetinə ## ##### 2026-cı il tarixində yerləşdirilmişdir.
4. Cavabdeh qətnamədən ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının e-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Abdıyev)
6. Apellyasiya instansiyası məhkəməsi qeyd edilmişdir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, ##.##.2026-cı il qətnamə cavabdehə məxsus elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir (iş/vər.116). Cavabdeh tərəfindən apellyasiya şikayəti isə elektron qaydada ##.##.2026-cı il tarixdə verilmişdir. Bununla da müəyyən edilir ki, şikayət müddət ötürülməklə verilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1, 130.3, 135.5, 135.6 və 363.1.-3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi və şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, məhkəmə kollegiyası tərəfindən MPM-in 128.3-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Halbuki həmin normaya əsasən aylarla hesablanan prosessual müddətin axımı müddətin başlanğıcını müəyyən edən hadisənin baş verdiyi gündən sonrakı gün başlanır. Qətnamə ##.##.2026-cı il tarixdə elektron kabinetdə yerləşdirildiyindən, apellyasiya şikayəti vermə müddətinin axımı ##.##.2026-cı il tarixindən başlanmalı, MPM-in 129.1-ci maddəsinə uyğun olaraq müddət ##.##.2026-cı il tarixdə başa çatmış hesab edilməlidir. Apellyasiya şikayəti də məhz həmin tarixdə təqdim edildiyindən, onun müddət ötürülməklə verilməsi barədə nəticə qanunvericiliyin qeyd olunan normalarına ziddir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-.1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
11. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
12. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qərardadı tam yoxlayır.
13. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. Apellyasiya şikayətini qaytarmaqla apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin elektron kabinetinə ## ##### 2026-cı il tarixdə yerləşdirilmişdir. Belə olan halda, qətnamədən apellyasiya şikayəti verilməsi üçün son müddət ## ### 2026-cı il olmuşdur. Cavabdeh isə qətnamədən apellyasiya şikayətini ## ### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə verməklə qanunla müəyyən edilmiş prosessual müddəti 1 gün ötürmüşdür.
17. Məhkəmə kollegiyası izah edir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna da malikdir. Apellyasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin irəli sürülməməsi isə şikayətin geri qaytarılması üçün qanuni əsasdır.
18. İşin müəyyən edilmiş hallarından da görünür ki, apellyasiya şikayəti verilməsi üçün müddət ötüb, onun bərpası barədə ərizə də verilməyib.
19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat versə də, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və bu hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər daxilində məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur ki, bu cür məhdudiyyətlərdən biri də MPM-nin 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir.
20. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin apellyasiya şikayətini qaytarması MPM-in 130.3, 360 və 363.1.3-cü maddələrinin tələblərinə uyğun olub.
21. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
22. Məhkəmə kollegiyası müddətin axımının başlanğıcının qətnamənin elektron kabinetə yerləşdirildiyi ## ##### 2026-cı il tarixindən deyil, ondan sonrakı gündən, yəni ## ##### 2026-ci ildən başlayaraq, ## ### 2026-cı il tarixində bitməli olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
23. Mülki-Prosessual Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki- Prosessual Məcəllənin 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır.
24. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi cavabdehin elektron kabinetinə ## ##### 2026-cı il tarixdə yerləşdirilmişdir. Prosessual qanunvericiliyə görə də bu halda qətnamədən apellyasiya şikayəti vermə müddətinın axımı ## ##### 2026-cı ildən başlamış və həmin müddət 2026-cı il may ayının 19-da qurtarmışdır. Qeyd olunan qətnamədən apellyasiya şikayəti isə ## ### 2026-cı ildə təqdim edilməklə 1 aylıq müddət ötürülmüşdür.
25. Məhkəmə kollegiyası izah edir ki, Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsində qeyd edilən “müvafiq ayında və günündə” söz birləşməsindəki “müvafiq” ifadəsi aylarla və illərlə hesablanan müddətin axımının başlandığı günə deyil, hadisənin baş vermə vaxtına münasibətdə müəyyən edilir.
26. Qeyd edilməlidir ki, müddətin axımının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması dedikdə, müddətin, onun başlanğıcının təyin edildiyi təqvim tarixindən sonra saat 00:00:01-dən başlayıb, müvafiq müddətin sonuncu günü saat 00:00:00-da bitməsi başa düşülür.
27. Nəzərə almaq lazımdır ki, bir gün 24 saata bərabərdir, buna görə də təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gün dərhal deyil, saat 00:00:01-dən başlayır və bu saata qədər keçən vaxt hesaba alınmadığı kimi, müddətin sonuncu günü də saat 00:00:00-a qədər olan vaxt hesaba alınmır. Yəni, ## ##### 2026-cı ilin başlanğıcı saat 00:00:01-dən başlayır və bir aylıq müddət ## ### 2026-cı il saat 00:00:00-da bitir. Bu müddətdən sonra edilən bütün prosessual hərəkətlər gecikmiş sayılır.
28. Başqa sözlə, müddətin axımı hansı zaman kəsiyində başlamışdısa, müddətin sonu da həmin zaman kəsiyində bitir. Hazırki işə münasibətdə də müddətin axımı ## ##### 2026-cı il saat 00:00:01-də başlayıbsa, bir aylıq müddətin sonu da ## ### 2026-cı il saat 00:00:00 hesab edilir və ## ### 2026-cı il saat 00:00:01 artıq müddətin keçməsi sayılır.
29. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə görə də edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
30. Əks halda, kassatorun dəlili baxımından məsələyə yanaşıldıqda bir gün artıq vaxt yaranmış olur ki, bu da müddətin səhv hesablanmasına gətirib çıxarar.
31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-****/**** nömrəli, 2026-cı il ## #### tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.