Məhkəmə qərarları › İş №e-2(103)-3884/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-3884/2025

01.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-3884/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh) qarşı görülmüş xidmətin əvəzi olaraq pulun tutulması, əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab ödənişləri və qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri hesablanması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh X5 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh) qarşı görülmüş xidmətin əvəzi olaraq pulun tutulması, əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab ödənişləri və qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri hesablanması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suaraxanı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(010)-2126/2025 nömrəli qərardadına əsasən ərazi aidiyyətinin mübahisələndirilməsi məsələsinə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddia ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək görülmüş xidmətin əvəzi olaraq pulun tutulması, “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab ödənişləri və qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri hesablanması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək məhkəmədən cavabdeh Mamedov Sakhırdan (X1) gördüyü xidmətin əvəzi olaraq 83000 manatın, 2006-cı il tarixdən işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək orta aylıq əmək haqqlarının, məzuniyyət pullarının və son haqq-hesabın və qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əməkhaqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəməyə xx.xx.2025-ci ildə daxil olmuşdur.

2. Eyni zamanda, İddiaçı Cavabdeh qarşı əmək haqqının tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək ona verməli olduğu əmək haqqları, məzuniyyət pulları, son haqq-hesaba görə pulun və eyni zamanda qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri ilə birlikdə hesablanmaqla tutulub ona ödənilməsini xahiş etmişdir. İş məhkəməyə xx.xx.2025-ci ildə daxil olmuşdur.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(002)- 1323/2025 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir.

4. Qərardadın əsaslarına görə, Qaradağ Rayon Məhkəməsinin icraatında olan və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin icraatında olan göstərilən mülki işlər bir biri ilə əlaqəli olduğundan ədalət mühakiməsinin düzgün həyata keçirilməsi baxımından onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(010)- 2126/2025 nömrəli qərardadına əsasən məhkəmələr arasında fikir ayrılığı yarandığından mülki iş ərazi aidiyyəti məsələsinin həll olunması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Qərardadın əsaslarına görə, iddiaçı eyni cavabdehlərə qarşı pul tələbinə dair daha əvvəl də Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ona verilməli olduqları 217000 manat (12.000+110000+27000+11000 və əmək haqları, məzuniyyət pulları və son haqq hesaba görə) məbləğində pulun, ödənilmiş 508 manat dövlət rüsumunun və eyni zamanda qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə faizləri hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Qaradağ Rayon Məhkəməsi mahiyyəti üzrə işə baxaraq qərar qəbul etmişdir. Həmin qərardan verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Qaradaq Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(001)- 1814/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona ödənilməli olan ziyan və borcun ödənilməsini, Cavabdeh isə ona ödənilməli əmək haqqının və.s. tutulmasını xahiş etmişdir. Tələblərdən göründüyü kimi hər iki tələbin predmeti və əsası tamam fərqlidir və bir-biri ilə bağlılıqları yoxdur. Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçının Cavabdeh qarşı əmək haqqı tələbidir və həmin tələbdə iddiaçı cavabdehdən işə başladığı tarixdən işdən azad edildiyi tarixədək ona verilməli olan ödənişləri tələb edir. Qaradağ Rayon Məhkəməsində isə iddiaçı X4 qarşı pul tələbi qaldıraraq, ondan həm gördüyü işin əvəzini, həm də işə başladığı tarixdən işdən azad edildiyi tarixədək ona verilməli olan ödənişləri tələb edir. İddiaçının S.A.Məmmədova qarşı olan iddiasının birinci hissəsini təmir işlərinin əvəzi olaraq ödənilməli olan pul məbləği təşkil edir. Başqa sözlə, tələbin bu hissəsi əmək münasibətlərinə aid deyildir. Elə apellyasiya instansiyası məhkəməsi də xx.xx.2023-cü il tarixli qərardadında ona istinad etmişdir ki, tələblərin predmeti və əsası fərqli olduğuna görə onlar bir icraatda birləşdirilə bilməz. Qeyd edilməlidir ki, əgər hər iki iş bir icraatda birləşdirilərsə, faktiki olaraq Bakı Apellyasiya Məhkəməsinin daha əvvəl işə baxdığı zaman mövcud olan vəziyyət yaranmış olacaq, hansı ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadında bildirmişdir ki, bu tələblərə birlikdə baxılması qeyri-mümkündür. İddiaçının X4 qarşı görülmüş xidmətin əvəzi olaraq 83000 manatın tutulması tələbininin ayrıca icraata ayrılıb baxılmasında da prosessual əngəl var. Belə ki, cavabdeh S.A.Məmmədov Qaradağ rayon qeydiyyatındadır. Qaradağ Rayon Məhkəməsində iş icraata xx.xx.2025-ci ildə qəbul edilmiş, Suraxanı Rayon Məhkəməsində isə xx.xx.2025-ci ildə icraata qəbul edilmişdir. Qanunun mənasına görə, əyər bu işlər bir icraatda baxılmalıdırsa da, onda onlardan birini ilkin olaraq icraata qəbul etmiş Qaradağ Rayon Məhkəməsində baxılmalıdır.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir; Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: Maddə 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hər 2 işin materiallarını nəzərdən keçirərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(010)-2126/2025 nömrəli qərardadında göstərilən əsaslarla razılaşır.

9. İddiaçı tərəfindən əvvəllər cavabdehlərə qarşı eyni icraat çərçivəsində qeyd olunan tələblər irəli sürülsə də, birinci instansiya məhkəməsinin yekun qərarının ləğvi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona ödənilməli olan ziyan və borcun ödənilməsini, Cavabdeh isə ona ödənilməli əmək haqqının və.s. tutulmasını xahiş etmişdir. Tələblərdən göründüyü kimi hər iki tələbin predmeti və əsası tamam fərqlidir və bir-biri ilə bağlılıqları yoxdur. Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçının Cavabdeh qarşı əmək haqqı tələbidir və həmin tələbdə iddiaçı cavabdehdən işə başladığı tarixdən işdən azad edildiyi tarixədək ona verilməli olan ödənişləri tələb edir. Qaradağ Rayon Məhkəməsində isə iddiaçı X4 qarşı pul tələbi qaldıraraq, ondan həm gördüyü işin əvəzini, həm də işə başladığı tarixdən işdən azad edildiyi tarixədək ona verilməli olan ödənişləri tələb edir. İddiaçının S.A.Məmmədova qarşı olan iddiasının birinci hissəsini təmir işlərinin əvəzi olaraq ödənilməli olan pul məbləği təşkil edir. Başqa sözlə, tələbin bu hissəsi əmək münasibətlərinə aid deyildir. Yəni, tələblərin predmeti və əsası fərqli olduğuna görə onlar bir icraatda birləşdirilə bilməz.

10. Qeyd edilən əsaslar mövcud olduğu halda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 03 aprel 2025-ci il tarixli, 2(002)-1323/2025 saylı qərardadı ilə əsassız olaraq mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir.

11. Yəni, hazırda işlərə eyni icraatda baxılması Bakı Apellyasiya Məhkəməsinin daha əvvəl işə baxdığı zaman mövcud olan vəziyyətin yaranması ilə nəticələnir.

12. Buna görə də məhəkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh X5 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh) qarşı görülmüş xidmətin əvəzi olaraq pulun tutulması, əmək haqqı, məzuniyyət pulu, son haqqhesab ödənişləri və qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri hesablanması tələbinə dair mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında saxlanılmaqla, İddiaçı Cavabdeh qarşı işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək ona verməli olduğu əmək haqqı, məzuniyyət pulları, son haqq-hesaba görə pulun və eyni zamanda qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri ilə birlikdə hesablanmaqla tutulub ona ödənilməsi barədə mülki iş baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmaılıdır.

13. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı cavabdeh X5 qarşı görülmüş xidmətin əvəzi olaraq pulun tutulması, əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab ödənişləri və qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri hesablanması tələbinə dair mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında saxlanılsın. İddiaçı Cavabdeh qarşı işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək ona verməli olduğu əmək haqqı, məzuniyyət pulları, son haqq-hesaba görə pulun və eyni zamanda qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri ilə birlikdə hesablanmaqla tutulub ona ödənilməsi barədə mülki iş baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar