Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-1071/2023 11.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi və pay hüququn tanınması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1) birgə nikah dövründə əldə olunuş ünvan 1 ünvanında yerləşən, 1112 kv.m torpaq sahəsinin və üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evinin birgə əmlak hesab edilməsi, 2) ünvan 2 ünvanında yerləşən, 1112 kv.m torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixli 4ə-263 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 3) ünvan 2 ünvanında yerləşən, 1112 kv.m torpaq sahəsinin və üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evinin ½ hissədə pay hüququnun tanınması barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkməyə daxil olmuş ərizəsində Şərur Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müqavilənin etibarsız hesab edilməsi, əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi və pay hüququn tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, iddia tələbinə dair e-2(110)-1071/2023 saylı ümlki işin icraatda olduğunu və mülki iş üzrə məhkəmə hazırlıq iclasının 11 dekabr 2023-cü il tarixə saat 11:00-a təyin edildiyini, cavabdehlərlə aralarında olan mübahisəni məhkəmədən kənar həll etdiklərini və onların artıq barışdığını, cavabdehlərdən hər hansı bir şikayət və tələbinin olmadığını və iddia tələbinin geri qaytarılmasını istədiyini, qeyd olunanlara əsasən iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, ərizəsində Şərur Rayon Məhkəməsində İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müqavilənin etibarsız hesab edilməsi, əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi və pay hüququn tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, iddia tələbinə dair e-2(110)-1071/2023 saylı ümlki işin icraatda olduğunu və mülki iş üzrə məhkəmə hazırlıq iclasının 11 dekabr 2023-cü il tarixə saat 12:00-a təyin edildiyini, iddiaçı və cavabdehlər arasında olan mübahisəni məhkəmədən kənar həll etdiklərini, qeyd olunanlara əsasən iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar keçirilən məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Məhkəmə hazırlıq iclasının tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının, eyni zamanda onun vəkili və nümayəndəsinin ərizələrini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı tərəfindən X2 vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi və pay hüququn tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən X2 vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-1071/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-1071/2023
11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver