Məhkəmə qərarları › İş №e-2(110)-223/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-223/2022

09.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-223/2022 09.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi və dəymiş ziyanın ödənilməsi ” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı NAAU01FE3DT017947 ban 160B0027415 mühərrik nömrəli ağ rəngli avtomobilin X5 alınaraq ona geri qaytarılması, bu mümkün olmadıqda avtomobilin real bazar dəyəri olan 8300 manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi, X6 təqsirli hərəkətləri nəticəsində ona vurulmuş 2055 manat maddi ziyanın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi, vəkilə ödənilmiş 600 manat xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi, ödənilmiş 123 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində 18 noyabr 2013-cü il tarixdə “Nikoyl” X3 48 aylıq 9100 manat məbləğində kredit müqaviləsi əsasında “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı NAAU01FE3DT017947 ban 160B0027415 mühərrik nömrəli ağ rəngli avtomobil aldığını, bir müddət keçdikdən sonra ailə vəziyyətində olan problemlərlə əlaqədar olaraq maşını satmaq qərarına gəldiyini, X10 (AZE № ********) ilə şifahi razılığa əsasən mülkiyyətində olan avtomobili Bakı şəhəri 50 saylı xüsusi notariat ofisi tərəfindən verilmiş 31 yanvar 2015-ci il tarixli etibarnamə əsasında ona verdiyini, Namiqin isə avtomobilin kreditini aldığı tarixdən ödəyəcəyi barədə üzərinə öhdəlik götürdüyünü, Şərur Rayon İcra şöbəsinin məhkəmə qətnaməsinin icra edilməsi ilə bağlı bildirişini aldıqdan sonra cavabdeh tərəfindən kredit borcunun ödənilmədiyinin ona məlum olduğunu, Bakı Şəhəri Suraxanı Rayon məhkəməsinin 2(010)-2061/2017-ci il tarixli, 7 aprel 2017-ci il qətnaməsinə əsasən iddianın təmin edilərək ondan ümumilikdə 8443 manat pulun “Nikoyl” X4 xeyrinə tutulması və “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satış yolu ilə realizə edildiyini, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə tutulmasının qət edildiyini, həmin etibarnamənin ərizəsi əsasında 22 sentyabr 2022-ci il tarixdə ləğv edildiyini, BAŞ DÖVLƏT POLİSİ idarəsinin elektron çıxarışına əsasən avtomobilin sonuncu dəfə 03.11.2015-ci il tarixli etibarnaməyə əsasən müvafiq səlahityyətlərin Şərur rayon Düdəngə kəndində qeydiyyata olan X8 verildiyi müəyyən etdiyini, Naxçivan MR Dövlət Gömrük Komitəsinin müvafiq məktubuna əsasən ona məxsus avtomobilin X13 Məntəqəsi vasitəsilə 04.11.2015-ci il tarixdə Naxçivan Muxtar Respublikasının ərazisindən çıxışının qeydə alındığını etibarnaməni ləğv etdirdikdən sonra cavabdehin yuxarıda qeyd edilən əlaqə nömrəsi ilə bir neçə dəfə avtomobilin gerin qaytarılmasını xahiş edilsədə cavabdehin buna əhəmiyyət vermədiyini, avtomobin kredit borcunun hər ay özü tərəfindən ödənildiyini qeyd etdiyini, cavabdehin qanunsuz sahibliyində olan “Runna” markalı **-GC- *** dövlət qeydiyyat nişanlı NAAU01FE3DT017947 ban, 160B0027415 mühərrik nömrəli ağ rəngli avtomobilin geri qaytarılmalı olduğunu, bu mümkün olmadıqda cavabdehdən avtomobilin real bazar dəyəri olan 8300 manat məbləğində pulun alınıb ona verilməli olduğunu hesab etdiyini, bundan başqa avtomobilinin 03.11.2015-ci il tarixdən etibarnamə ilə cavabdehin istifadəsində olduğunu, həmin səlahiyyətlərin 22.09.2020-ci il tarixində ləğv edildiyini, avtomobilinin 22.09.2020-ci il tarixdən cavabdehin qanunsuz sahibliyində olduğunu, ona görə də həmin tarixdən əmlakından məhrum olunduğunu, cavabdeh tərəfindən ona maddi ziyan dəydiyini, cavabdehin ona birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməl (hərəkət və hərəkətsizlik) törətdiyini, beləliklə avtomobilindən qanunsuz istifadə edərək ehtiyyat hissələrinin aşınması nəticəsində ona 2055 (nəqliyyat vasitəsinin 1 illik amortizasiyası 15% təşkil edir) manat məbləğində maddi ziyan vurduğunu, bildirərək “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı NAAU01FE3DT017947 ban 160B0027415 mühərrik nömrəli ağ rəngli avtomobilin X5 alınaraq ona geri qaytarılması, bu mümkün olmadıqda avtomobilin real bazar dəyəri olan 8300 manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi, X6 təqsirli hərəkətləri nəticəsində ona vurulmuş 2055 manat maddi ziyanın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi, vəkilə ödənilmiş 600 manat xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi, ödənilmiş 123 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 aprel 2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh X11 ərizə təqdim edərək, ərizəsində İddiaçı Şərur Rayon Məhkəməsində ona qarşı avtomobilin geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi və dəymiş ziyanın ödənilməsi barədə iddia qaldırdığını, iddiaçının iddia ərizəsində “Runna” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı, NAAU01FE3DT017947 ban, 160B0027415 mühərrik nömrəli, ağ rəngli avtomobili sonuncu dəfə etibarnamə əsasında ona verildiyini bildirdiyini, lakin X2 həmin avtomobili 2015-ci ildə ona 1 ay müddətinə etibarnamə əsasında ona verdiyini, o həmin etibarnamə əsasında avtomobili bir gün istifadə etdikdən sonra geri qaytardığını, daha sonra həmin avtomobili X2 etibarnamə əsasında Cavabdeh istifadəsinə verdiyini, məhkəməyə təqdim etmək məqsədilə müvafiq sənədləri almaq üçün notarius ofisinə müraciət etsə də, həmin sənədlərin ona verilmədiyini qeyd edərək, müvafiq sənədlərin alınıb iş materiallarına əlavə edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. 04.05.2022-ci il tarixdə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində iddiaçının avtomobilin geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi və dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia tələbi ilə məhkəməyə müraciət etdiyini, MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüquq olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verilməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə biləcəyəni, məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlim olmasını, cavabdeh X6 əsl Cavabdeh ( Şərur rayon Zeyvə kəndi, AZE 00******, FİN:2WM4UL6) ilə əvəz edilməsi zərurəti yarandığını hesab etdiyini, belə ki, məhkəmənin sorğusuna verilmiş cavab ilə müəyyən edilir ki, elektron notariat X1 çıxarışa əsasən mübahisələndirilən avtomobilin sonuncu dəfə etibarnamə ilə Cavabdeh istifadə verildiyini, sübutların siyahısına əlavə edildiyini və iş materiallarında olan Naxçıvan MR Dövlət Gömrük Komitəsinin müvafiq məktubuna əsasən iddiaçıya məxsus avtomobilin Sədərək gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə 04.11.2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının ərazisindən çıxışının qeydə alındığını, sözügedən avtomobilin hazırda ölkə ərazisində olmadığını, qeyd olunanları nəzərə alıb cavabdeh X6 əsl Cavabdeh (Şərur rayon Zeyvə kəndi, AZE 00******, FİN:2WM4UL6) ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-223/2022 nömrəli, 04.05.2022-ci il tarixli qərardadı ilə cavabdeh X11 əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş, lakin iddiaçının vəkili-nümayəndəsi 09.06.2022-ci il tarixdə “Elektron məhkəmə“ informasiya sisteminə ərizə ünvanlayaraq ərizəsində qeyd etmişdir ki, məlumat üçün bildirim ki, nümayəndəsi və vəkili olduğum iddiaçı İddiaçı faktiki olaraq Bakı şəhərində, iddia ərizəsində qeyd olunan ünvanda yaşayır. Onu da qeyd edim ki, iddiaşının maddi vəziyyəti məhkəmə iclasında iştirak etmək üçün Şərur rayonuna gəlib getməyə imkan verir. Həmçinin mənim nümayəndə və vəkil kimi sədrliyiniz ilə keçiriləcək məhkəmə baxışı iclasında iştirakıç mümkün olmayacaq. Belə ki, mən Bakı şəhərində vəkillik fəaliyyəti ilə məşğul oluram və iş yükü ilə əlaqədar olaraq Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına gedib-gəlmək çətinlik yaradır. Möhtərəm hakim, qeyd olunanlara əsasən 09.06.2022-ci il tarixdə keçiriləcək məhkəmə baxışı iclasında iddiaçının və mənim iştirak edə bilməməyimin üzürlü hesab edilməsi və məhkəmə baxışı iclasının mənim iştirakım olmadan keçirilməsini, təqdim etdiyim sübutlar əsasında işə baxıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini sizdən xahiş edirəm. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq mülki işə iddiaçının və iddiaçının vəkili-nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Şərur rayon Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliynin arayışına əsasən cavabdehin haliyədə Zeyvə kəndində yaşamadığı müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon məhkəməsinin 2(010)-2061/2017-ci il tarixli, 7 aprel 2017-ci il qətnaməsindən görünür ki, cavabdeh İddiaçı “Nikoyl” İKB-nin xeyrinə 6512.99 (altı min beş yüz on iki manat, doxsan doqquz qəpik) manat əsas borc, 1627.98 (bir min altı yüz iyirmi yeddi manat doxsan səkkiz qəpik) manat faiz borcu və 302.12 (üç yüz iki manat on iki qəpik) manat dəbbə pulu ümumilikdə 8443.09 (səkkiz min dörd yüz qırx üç manat doqquz qəpik) manat iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və bildirişin BDYPİ –də qeydiyyata alınması üçün ödənilmiş 10 (on) manat rüsumun tutulması, tutma kreditinin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı NAAU01FE3DT017947 ban 160B0027415 mühərrik nömrəli ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində İddiaçı “Nikoyl” İKB-nin xeyrinə ödənilməsi, kredit borcu tam ödənildikdən sonra, ipoteka predmetinin satışındanartıq qalan pul vəsaitinin İddiaçı qaytarılması qət edilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nömrəli avtomobili eibarnamə əsasında idarə edilməsi üçün sonuncu dəfə X8 vermişdir. İş materiallarında olan Şərur rayon Məhkəməsinin Şərur Rayonu 1 Saylı Notariat Ofisinə ünvanlanmış sorğusuna əsasən “Elektron notariat” X1 çıxarışdan görünür ki, elektron informasiya sistemində “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nömrəli avtomobilə sərəncam vermək hüququ sonuncu dəfə Cavabdeh verilmiş, iddiaçıhaliyədə həmin avtomobil barədə 01.04.2022-ci il tarixədək qüvvədə olan heç bir etibarnamə tapılmamışdır. İş materiallarında olan müstəqil qiymətləndirici "xxxx" MMC-nin 15 fevral 2022-ci il tarixli LP- 060/22 saylı rəyindən görünür ki, “X17” markalı **-GC-*** dövlət qeydiyyat nömrəli avtomobilin 2013-cü il bazar qiyməti 11800 (on bir min səkkiz yüz) manat, 2020-ci il bazar qiyməti 9200 (doqquz min iki yüz) manat, hazırki bazar qiyməti 8300 (səkkiz min üç yüz) manat, 1 illik amortizasiya faizi 15 % təşkil edir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X18 İdarəsinə ünvanlanmış 06.11.2020-ci il tarixli 1/972 saylı məktubuna cavab olaraq vətəndaş İddiaçı məxsus “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nömrəli avtomobilin X13 Məntəqəsi vasitəsilə 04.11.2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının ərazisindən çıxışının qeydə alınması bildirilmişdir. İş materiallarında olan Hüquqi yardım göstərilməsi haqqında 15.02.2022-ci il tarixli müqavilənin və ödəniş qəbzinin surətindən görünür ki, vəkil Nümayəndə tərəfindən İddiaçı göstərdiyi hüquqi yardıma görə vəkil xərci olaraq 600 (altı yüz) manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 18.02.2022-ci il tarixli ********* qəbzdən görünür ki, İddiaçı oğlu məhkəmədə iddia qaldırılması üçün Hökumət ödəniş Portalı vasitəsilə dövlət büdcəsinə 123 manat pul ödəmişdir. Məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan istehsal ili 2013-cü il olan “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.01.2016-cı il tarixdə Şərur rayon 1 saylı notariat ofisində 77 reyestr nömrəli etibarnamə ilə sonuncu dəfə Cavabdeh istifadəsinə verilmişdir. Sonra isə iddiaçı tərəfindən həmin etibarnamə ləğv edilsə də avtomobil geri qaytarmamışdır. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı mülki iş üzrə iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, İddiaçı istehsal ili 2013-cü il olan “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir və haliyədə mübahisə predmeti olan avtomobil Cavabdeh qanunsuz sahibliyindədir. İddiaçı tərrəfindən etibarnamə ləğv edildiyi üçün İddiaçı mülkiyyətində olan istehsal ili 2013-cü il, “Runna” markalı **- GC-*** dövlət qeydiyyat nişanlı NAAU01FE3DT017947 ban, 160B0027415 mühərrik nömrəli ağ rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, bu mümkün olmadıqda müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş avtomobilin real bazar dəyəri olan 8300 (səkgiz min üç yüz) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin cavabdehin avtomobilindən qanunsuz istifadə etməsinə görə ehtiyyat hissələrinin aşınması nəticəsində iddiaçıya dəyən ona 2055 manat məbləğində maddi ziyan tələbi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş avtomobilin 1 illik amortizasiyası faizinin 15% təşkil etdiyini nəzərə alsaq cavabdehə verilən etibarnaməyə xitam verildiyi 22.08.2020- ci il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi 21.02.2022-ci il tarixədək olan 18 ay müddətdə cavabdehin avtomobilindən qanunsuz istifadə etməsinə görə ehtiyyat hissələrinin aşınmasına görə 1867.5 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir; - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır; - 365.1 və 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərəkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Məhkəmə yuxarıda qeyd edilənlərin yekunu olaraq bu qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan istehsal ili 2013-cü il, “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı NAAU01FE3DT017947 ban 160B0027415 mühərrik nömrəli ağ rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, bu mümkün olmadıqda avtomobilin real bazar dəyəri olan 8300 (səkkiz min üç yüz) manat və avtomobildən qanunsuz istifadə edilməsinə görə ehtiyyat hissələrinin aşınmasına görə 1867.5 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, 16 fevral 2022-ci il tarixli qəbzlə müəyyən edilir ki, iddiaçı hüquqi yardım üçün vəkilə 600 manat məbləğində vəkil xərci ödəmişdir. İddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də cavabdehdən vəkil xərcinə görə ağlabatan məbləğ kimi 500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan və iddiaçı tərəfindən ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumunun 3 (üç) manatı iddiaçıya aid edilməli, 120 (bir yüz iyirmi) manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360- cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan istehsal ili 2013-cü il, “Runna” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı NAAU01FE3DT017947 ban, 160B0027415 mühərrik nömrəli ağ rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, bu mümkün olmadıqda avtomobilin real bazar dəyəri olan 8300 (səkkiz min üç yüz) manat və avtomobilindən qanunsuz istifadə etməsinə görə ehtiyyat hissələrinin aşınmasına görə 1867.5 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qaldırılarkən ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun 120 (bir yüz iyirmi) manatı və hüquqi yardım üçün vəkil xərci olaraq 500 (beş yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar