Məhkəmə qərarları › İş №e-2(110)-241/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-241/2021

23.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-241/2021 23.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu kreditor Tələbkarn borclu X2 qarşı borc tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : Kreditor Tələbkar MMC-nin nümayəndəsi ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək X1 520 manat borc, 127 manat cərimə və 20 manat dövlət rüsumu olmaqla 667 manat məbləğində pulun tutularaq tələkara ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İş üzrə sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 279.2.2-ci maddəsində qeyd edilmişdir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, bu məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina üçün əsasdır. İş materiallarında olan, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsində göstərilən əşyanın təhvil verilməsinə dair sənədlər iş materillarına əlavə edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, MPM-in 279.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 276.2.2, 279.2.2 və 279.3-cü maddələrini rəhbər turaraq qərara aldım: Kreditor Tələbkar MMC tərəfindən Şərur Rayon Məhkəməsinə verilmiş məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddia verilərsə kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar