Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-357/2025 23.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X11 Elmar oğlunun sədrliyi, X5 məhkəmə iclıas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, azyaşlı uşaqların onun himayəsində qalması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış 101 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılmasını, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağ üçün 246 manat məbləği olmaqla ümumilikdə 492 manat məbləğində alimentin və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi və həmçinin reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi ********** saylı çıxarışa əsasən birgə nikah dövründə əldə etdikləri 0.001 ha torpaq sahəsinin bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı 19 mart 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək tələbinə “nikahın pozulması, azyaşlı uşaqların onun himayəsində qalması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən olunması” hüdudunda baxılmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmənin protokol qaydasında qəbul etdiyi müvafiq qərardadı ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi təmin edilmiş, işə dəqiqləşdirilmiş iddia tələbləri hüdudunda baxılması qərara alınmışdır.
4. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə öz aralarında razılaşdıqlarından iddia tələbinin “Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi” hissəsindən imtina etdiyini, “Nikahın pozulması və azyaşlı uşaqların onun himayəsinə verilməsi və aliment tələbi” barədə hissədə iddiasının təmin edilərək qətnamə qəbul edilməsini, eyni zamanda xx.xx.2025-ci il tarixə saat 15:30-a təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(110)-357/2025 №-li Qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, azyaşlı uşaqların onun himayəsində qalması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən olunması tələbinə” dair mülki iş üzrə iddiaçının iddia tələbinin “birgə nikah dövründə əldə etdikləri 0.001 ha torpaq sahəsinin bölünməsinin tələb edilməsi” ilə bağlı hissəsindən imtinası qəbul olunaraq, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 17 may 2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə cavabdeh ilə ailə həyatı qurmuş, birgə nikahlarından 26 may 2017ci il təvəllüdlü X9 və 22 iyul 2018-ci il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmiş, nikahlarının ilk dövrlərində münasibətləri normal olsa da, sonradan aralarında yaranmış narazılıqlar ailədaxili münaqişələrə, qarşılıqlı anlaşılmazlıqlara və dava-dalaşlara səbəb olmuş, nəticədə tərəflər birgə təsərrüfatı idarə edə bilməmişlər. Bu səbəbdən iddiaçı cavabdehdən boşanmaq qərarına gəlmişdir. Onun boşanmaqda fikri qətidir. Tərəflərin izahatları:
7. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər.
8. Yalnız İddiaçı müvafiq ərizələr ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
9. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
11. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
12. AZ-İİ seriyalı, 107315 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 17 may 2016-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş, onların bu nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 101 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “Hacıyev”, arvad “Hacıyeva” soyadı verilmişdir.
13. 3 Saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV seriyalı, 156369 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır.
14. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, Az-T seriyalı, 294890 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır.
15. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6-00164 nömrəli arayışdan görünür ki, iddiaçı “nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən olunması, aliment və əmlak bölgüsü” tələbi barədə Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
16. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
17.Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı 17 may 2016-cı il tarixdə birgə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuşdur, ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar, onların nikahı formal xarakter daşıyır. Tərəflərin barışması üçün məhkəmə tərəfindən verilmiş 3 aylıq müddət ərizində tərəflər arasında hər hansı bir barışıq əldə edilməmişdir. İddiaçı nikahın pozulmasında təkidlidir. Yetkinlik yaşına çatmayan X10 və X9 hazırda anasının, yəni iddiaçının yanında qalır. Cavabdeh məhkəmə iclaslarına gəlməyərək X10 və X6 anasının yanında saxlanılmasına etiraz bildirməmişdir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Konstitusiyasının: 34-cü maddəsinin İ və İİ hissəsələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 22.1-ci və 22.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ərarvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.6-cı bəndində məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşağın kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olması qeyd olunmuşdur. 8.1-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2-ci bəndində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
16. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı: 1-ci bəndində qeyd olunmuşdur ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. 4-cü bəndində qeyd olunmuşdur ki, bu Sərəncamın 1-ci və 3-cü hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
17. 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
18. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
20. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı nikahın məhkəmə qaydasında pozulması ilə bağlı tələb hüququ vardır.
23. İşin hallarından da belə müəyyən olunur ki, hazırki iş üzrə cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən və nikahın pozulmasına dair razılığının olub-olmaması məhkəməyə məlum olmadığından məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə işə baxılaraq iddiaçı və cavabdehə barışaraq ailəni bərpa etmək üçün 3 (üç) ay vaxt verilsə də, bu müddət ərzində tərəflər ailənin bərpası üçün hər hansı təşəbbüs göstərməmişlər.
24. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki vəziyyətdə tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. İddiaçı nikahın pozulmasında təkidli olduğundan tərəflər arasında bağlanmış nikah pozulmalıdır.
25. Məhkəmə bu nəticəyə gələrkən işin faktiki halları ilə yanaşı nikahın könüllülük prinsipinə əsaslanmasını da nəzərə almışdır.
26. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yanında qalması məsələsini həll edərkən, uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyaclarının olmasını, azyaşlının ana himayəsində qalıb böyüməsinin onun mənafeyinə uyğunluğunu, cavabdehin uşaqla bağlı bir mübahisəsinin olmadığını nəzərə alaraq hesab edir ki, uşaqların ananın yanında qalması məqsədəmüvafiqdir.
27. Həmçinin qeyd etmək zəruridir ki, tərəflərin birgə nikahından olan, yetkinlik yaşına çatmayan uşaqların hansı valideynin yanında qalması ilə bağlı məhkəməyə saziş təqdim etməmiş, yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
28. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların ananın yanında qalması qənaətinə gəldiyindən belə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X9 ananın yanında qaldığı üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır.
29. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
30. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də valideynlərin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqları, uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmalarını, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını və yuxarıda göstərilən digər halları, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğini nəzərə alaraq, belə qənaətə gəlir ki, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2017ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment təyin edilməli və onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir.
31. Beləliklə də, məhkəmə hesab edir ki, minimum əmək haqqı 2025-cü ildə ölkə üzrə 400 manat təşkil etdiyindən hazırki qətnamə üzrə cavabdehdən hər bir uşaq üçün tutulacaq alimentin miqdarı minimum əmək haqqının 0.375 misli həddində (150 manat:400 manat = 0.375) müəyyən edilməli və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqı həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalıdır.
32. Məhkəmə hesab edir ki, iddiaçının aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyi vaxtdan 19 fevral 2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Eyni zamanda qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir.
33. Məhkəmə tərəflər arasında bağlanmış nikaha xitam verilməsi nəticəsinə gəldiyindən yekunda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq tərəflərə izah edir ki, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsinə dair məsələləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində (3 illik iddia müddəti ) həll etməsi məqsədəmüvafiqdir.
34. Məhkəmə iclasında müəyyən edildi ki, hazırki halda tərəflər arasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur.
Məhkəmə baxışının hədləri:
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Məhkəmə xərcləri:
37. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nikahın pozulması ilə bağlı qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən və həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən artıq olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir.
38. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edilsə də, məhkəmə nikahın könüllük prinsipi əsasında yaranması və bunun eyni prinsiplə davam etməsini, yəni bu tələbinin əsaslı və ya əsasız olmasının cavabdehin deyil, məhz iddiaçının iradəsindən asılı olduğunu nəzərə alaraq belə hesab edir ki, iddia qaldırılan zaman nikahın pozulması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
39. Həmçinin məhkəmə nikahın pozulması dövlət qeydiyyatına alınarkən ödənməli olan dövlət rüsumu məsələsini də, müzakirə edərək belə nəticəyə gəlir ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsində nəzərdə dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə keçirilməli, cavabdeh isə həmin rüsumu ödəməkdən azad edilməlidir.
Nəticə:
40. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, -İddia qismən təmin edilməli, - İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı tarixdə bakı Şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 101 nömrə ilə qeydə alınmış nikah pozulmalı, -Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalması müəyyən edilməli; - xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2017ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulmalı, -Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməli, - İddia qalan hissədə rədd edilməli; -Nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı qızından 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli və cavabdeh həmin rüsumu ödəməkdən azad edilməli; - İddia verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
41. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq
Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı tarixdə bakı Şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 101 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2017ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə rədd edilsin. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin və cavabdeh həmin rüsumu ödəməkdən azad edilsin. İddia verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Abil Orucəliyev