Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-383/2021 06.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Tələbkar MMC-nin cavabdeh Borclu Abbas oğluna qarşı “borcun tutulması” tələbi barədə məhkəmə əmri haqda ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı Tələbkar MMC məhkəmə əmri haqda ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Abbas oğlundan 520 (beş yüz iyirmi) manat əsas məbləği, 127 (bir yüz iyirmi yeddi) manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun- cəmi 667 AZN tutularaq tələbkara ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə sənədləri nəzərdən keçirib belə nəticəyə gəldim ki, mülki prosessual qanunvericiliyə uyğun olaraq məhkəmə əmri haqda ərizənin və ona əlavə edilmiş sənədlərin qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 278.3-cü maddəsinə əsasən ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir. Məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə daxil olan məhkəmə əmri haqda ərizə Tələbkar MMC-nin direktoru X1 verdiyi etibarnamə əsasında Nümayəndə Məmməd oğlu tərəfindən imzalanmışdır. Lakin Nümayəndə Məmməd oğlunun nümayəndə qismində səlahiyyətli olmasını təsdiq edən sənədlər məhkəmə əmrinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: - 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir; - 73.5-ci maddəsinə əsasən vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə əmri haqda ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də məhkəmə əmri haqda ərizənin ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: - 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz; - 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276- 279, 263-264-cü maddələrini rəhbər tutaraq, qərar verdim : İddiaçı Tələbkar MMC-nin cavabdeh Borclu Abbas oğluna qarşı “borcun tutulması” tələbi barədə məhkəmə əmri haqda ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina olunsun. İddiaçı Tələbkar MMC-yə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-383/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-383/2021
06.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver