Məhkəmə qərarları › İş №e-2(110)-506/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-506/2024

11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-506/2024 11.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 162 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1125 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, “Chevrolet Tracker” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, LSGEM84A0MG119681 ban, boz rəngli avtomobil 39800 manat məbləğində İddiaçı MMCnin mülkiyyətinə alındığını və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verildiyini, həmin müqaviləyə əsasən cavabdehin aylıq 15% hesablamaqla 60 ay hər ay sabit pul məbləğində 804,10 manat ödəməyi öhdəsinə götürdüyünü, “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyini, onun iddiaçı qarşısında öhdəliyi yarandığını, bununla əlaqədar İddiaçı MMC iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət etdiyini, Şərur Rayon Məhkəməsinin 3.07.2023-cü il tarixli 2(110)-549/223 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiasının təmin olunduğunu, cavabdehdən 9255,01 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edildiyini, cavabdeh lizinq obyekti olan “Chevrolet Tracker” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozduğunu və barəsində protokol tərtib olunaraq inzibati cərimə edildiyini, həmin cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-ə məxsus “Chevrolet Tracker” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr iddiaçı şirkət tərəfindən ödənildiyini, bu səbəbdən də ödənmiş olan 162 manat pulun və ödənilmiş 30,4 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər isə məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. cavabdehə məhkəmə iclasını barədə məlumatının olub-olmaması ilə əlaqədar telefonoqram göndərilən zaman cavabdeh məhkəmə iclası barədə məlumatının olduğunu, iddianı qəbul etdiyini bildirmiş, iddia tələbinə yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli ALY-1125 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, “Chevrolet Tracker” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə 2 saylı əlavədən görünür ki, Cavabdeh “Chevrolet Tracker” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı LSGEM84A0MG119681 ban, boz rəngli avtomobil təhvil verilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)- 549/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1125 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməklə, Cavabdeh ümumilikdə 9143,17 (doqquz min yüz qırx üç manat on yeddi qəpik) manat borc və ödənilmiş 111,84 (bir yüz on bir manat səksən dörd qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı MMC - yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında elektron qərarlardan görünür ki, Cavabdeh, xx.xx.2022-ci il tarixli EQ12100651 nömrəli qərarla İXM-nin 328.1-ci maddəsi ilə 10 (on) manat, xx.xx.2022-ci il tarixli EQ12100652 nömrəli qərarla İXM-nin 328.1-ci maddəsi ilə 10 (on) manat, xx.xx.2023-cü il tarixli EQ13095010 nömrəli qərarla İXM-nin 328.1-ci maddəsi ilə 10 (on) manat, xx.xx.2023-cü il tarixli EQ13095014 nömrəli qərarla İXM-nin 328.1-ci maddəsi ilə 10 (on) manat, xx.xx.2023-cü il tarixli EQ130095016 nömrəli qərarla İXM-nin 328.1-ci maddəsi ilə 50 (əlli) manat, xx.xx.2023-cü il tarixli EQ18388720 nömrəli qərarla İXM-nin 469.3-cü maddəsi ilə 10 (on) manat, xx.xx.2023-cü il tarixli EQ13095020 nömrəli qərarla İXM-nin 328.2-ci maddəsi ilə 50 (əlli) manat, xx.xx.2023-cü il tarixli EQ13095018 nömrəli qərarla İXM-nin 328.1-ci maddəsi ilə 10 (on) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron qəbzlərdən aydın olur ki, Cavabdeh barəsində olan EQ12100651, EQ12100652, EQ13095010, EQ13095014, EQ13095016, EQ13095020 və EQ13095018 nömrəli protokollar üzrə İddiaçı MMC ümumilikdə 162 manat cərimən ödəmişdir.. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Cavabdeh lizinq müqaviləsi üzrə istifadəsində olan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğundan barəsində protokol tərtib edilərək inzibati cərimə edilmişdir. İddiaçı protokollar üzrə ödəniş edərək, həmin ödənişlərin cavabdehdən tutulması barədə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. “Daxili Lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərər (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. “X3” Azərbaycan Respublikası Qanunun 85-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına yuxarıda qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurduğu zərərə görə 162 manat pul alınaraq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsaən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Kürkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh vurduğu zərərə görə 162 (bir yüz altmış iki) manat və iddiaçı tərəfindən məhkəmə xərci kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar