Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-521/2025 24.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X16 Elmar oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi-vəkil Nümayəndə, X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “valideynin razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Tələb: 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il tarixdə doğulmuş X12 və xx.xx.2015-ci il tarixdə doğulmuş X10yetkinlik yaşına çatanadək ataları- Cavabdeh razılığı olmadan ölkədən getmələrinə razılıq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: 2.İddiaçı tələbini onunla əsaslandırmışdır ki,o, xx.xx.2011-ci il tarixdə Cavabdeh ilə el adətinə uyğun nikah bağlayaraq ailə həyatı qurmuş, nikahları 29 saylı akt qeydi ilə Şərur Rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarıdan xx.xx.2012-ci il tarixdə X12 və xx.xx.2015-ci il tarixdə X15 adlı övladları dünyaya gəlmişdir. Ailə həyatının ilk illərində tərəflər mehriban yaşamış və birgə təsərrüfat aparmışlar. Lakin xarakter fərqləri və digər səbəblər ucbatından aralarında mübahisələr yaranmış, nəticədə ailə münasibətləri pozulmuşdur. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)- 89/2022 saylı qətnaməsi ilə tərəflərin nikahına xitam verilmiş, övladları – Arzu və Musanın – onun yanında qalması müəyyən edilmiş, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər bir uşaq üçün aylıq 140 manat olmaqla, ümumilikdə 280 manat aliment ödənilməsi qərara alınmışdır. 3.İddiaçı Şərur rayonunun Püsyan kəndində yaşamaqla yanaşı, işsizlik və dolanışıq çətinlikləri səbəbindən, həmçinin övladlarının təminatı məqsədilə qardaşlarının yanına işləmək üçün Türkiyə Respublikasına getmişdir. O, hazırda orada çalışaraq övladlarının tələbatlarını ödəyir, onlarla mütəmadi əlaqə saxlayır və işdən icazə aldıqları vaxtlarda uşaqlarına baş çəkir. İddiaçı övladlarının mənəvi inkişafı üçün onların tətil və istirahət günlərində yanına gəlməsini, həmçinin birlikdə digər xarici ölkələrə səfər etməsini arzuladığını bildirmişdir. Lakin dövlət sərhədini keçərkən aidiyyəti orqanlar tərəfindən uşaqların atasının yazılı notarial razılıq ərizəsi tələb olunur. İddiaçı bu razılığı cavabdehdən almaq istəsə də, bu mümkün olmamış, hər dəfə bu səbəbdən müxtəlif problemlərlə üzləşmişdir.Bu hallar iddiaçını məhkəməyə müraciət etməyə vadar etmişdir. Tərəflərin izahatları: 4.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə izahatında iddia ərizəsində qeyd olunanlara əlavəsinin olmadığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iddia tələbi ilə əlaqədar olaraq fikri dinlənilən xx.xx.2012-ci il təvəllüdlü X12 izahatında 2012-ci ildə doğulduğunu, 7-ci sinifə keçdiyini, Püsyan kənd orta məktəbinə getdiyini, anasının Türkiyə Respublikasında işlədiyini, dayısının yanında yaşadığını, tez-tez gəlib-getdiyini, onun yanına getmək istədiyini, atasının onları görmədiyini, kəndə gələndə belə onlara danışmadığını, onlarala heç maraqlanmadığını bildirmişdir.
6. Məhkəmə iclasında iddia tələbi ilə əlaqədar olaraq fikri dinlənilən xx.xx.2012-ci il təvəllüdlü X15 izahatında Püsyan kənd orta Məktəbində 4-cü sinifdə oxuduğunu, Püsyan kəndində yaşadığını, atasının Türkiyə olduğunu, onlarla görüşmədiyini, nə vaxt kəndə gəldiyini xatırlamadığını, məktəb tətilində anasının yanına getmək istədiyini bildirmişdir. 7.Həmçinin qeyd etmək lazımdır ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişlər. İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. 8.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 9.Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Yazılı sübutlar:
10.Azərbaycan Republikasının İstanbul Baş Konsulluğu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV seriyalı,203905 və203904nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki,xx.xx.2012-ci il tarixdə doğulmuş X13 və xx.xx.2015-ci il tarixdə doğulmuş X11 ata məlumat qrafasında “Cavabdeh”, ana məlumat qrafasında isə “X7” qeyd edilmişdir. 11.“İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞN/25-A-00263 nömrəli arayışından görünür ki, iddiaçı həmin tarixdə “atanın razılığı olmadan uşaqların ölkədən getməsinə icazənin verilməsi”tələbi barədə X3 müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçıya mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. 12.Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-89/2022 nömrəli qətnaməsinin surətindəngörünür ki, həmin qətnamə ilə tərəflər arasında xx.xx.2011-ci il tarixdə 29 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 və xx.xx.2015-ci il tarixdə doğulmuş X11 anaları-X4 yanında saxlanılması və hər ay bir uşaq üçün 140 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. 13.Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-102/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “Uşaq” tələbinə dair iddiası məhkəmənin həmin qətnaməsi ilə rədd edilmişdir.
İşin faktiki halları:
14.Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onlar bu nikahından xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X15 adlı övladları doğulmuşdur.Tərəflərin nikahı Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-89/2022 saylı qətnaməsi ilə pozulmuş, yetkinlik yaşına çatmayan uşaqlar analarının yanında qalmışdır. Yetkinlik yaşına çatmayan uşaqlar hal-hazırda anası ilə birlikdə yaşayır. İddiaçı cavabdehdən ayrıldıqdan sonra onun yanında saxlanılmış uşaqlarını ölkə xaricinə aparmaq istəsə də məhdudiyyətlə qarşılaşmışdır. İddiaçı uşaqların xarici ölkələrə aparılması üçün cavabehdən razılıq ala bilməmişdir. Belə ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, buna görə də iddiaçı digər valideynin razılığı olmadan uşaqların ölkə hüdudlarından kənara çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.Həmçinin cavabdeh uşaqla ünsiyyətlə bağlı məhkəməyə müraciət etməmişdir.
Tətbiq edilən hüquq:
15.Azərbaycan Respublikasının Konstitusiyasının:
24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 28-ci maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
16. “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının: 3-cü və 4-cü maddələrinə əsasən uşaq barəsində bütün tədbirlərdə onun maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 58.6-cı maddəyə əsasən dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 25-ci maddəsinə əsasən hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər.
19. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin,valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
20. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 13 nömrəli Qərarının: 2.2-ci bəndinə əsasən vətəndaşların ölkədən getmək və ölkəyə gəlmək qaydaları Miqrasiya Məcəlləsinin aşağıdakı müddəaları ilə tənzimlənir. Belə ki, Miqrasiya Məcəlləsinin 9.1 və 9.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək, sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü isə dəqiq dairəsi göstərilən Məcəllənin 9.3-9.5–ci maddələrində əks olunan halların mövcudluğu ilə əlaqələndirilmişdir. 2.3-cü bəndinə əsasən yetkinlik yaşına çatmayan vətəndaşlar isə Miqrasiya Məcəlləsində xüsusi subyekt kimi tanınmaqla, onların ölkədən getməsinin həmin Məcəllənin 11-ci maddəsi ilə tənzimlənən ayrıca qaydası nəzərdə tutulmuşdur. Məcəllənin 11.1-ci maddəsinə əsasən 11.2-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilərlər. 11.2-ci maddədə isə göstərilir ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. 2.4. Göründüyü kimi, qanunverici Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsində yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə və ya tək getməsi qaydasının nizamlayarkən onların valideynləri ilə birlikdə və ya ayrı yaşaması faktını nəzərə almadan, universal şərt kimi notariat qaydasında təsdiq edilmiş razılığın olmasını müəyyənləşdirmişdir. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir. Odur ki, məhkəmələr bu kateqoriya iddialara baxarkən tələbin qanuni əsasını Miqrasiya Məcəlləsinin 11-ci maddəsinin təşkil etməsini nəzərə almalıdırlar. 4.2-ci bəndinə əsasən Miqrasiya Məcəlləsinin 9.1-ci, 9.2-ci, 11.1-ci və 11.2-ci maddələrinə əsasən bu kateqoriya işlər üzrə tələb “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır. Bu baxımdan məhkəmələrə izah edilir ki, iddia tələbinin məzmunu bu şəkildə qoyulmadıqda, məhkəmələr MPM-in 14 və 53-cü maddələrinə əsasən iddiaçıya tələbin dəqiqləşdirilməsini təklif edə bilər, təklifin qəbul edilibedilməməsindən asılı olmayaraq, qətnamənin nəticə hissəsi tələbin məzmunu ilə bağlı qanunvericiliyin göstərişlərinə uyğun olmalıdır. 7.14-cü bəndinə əsasən analoji işlərə baxılarkən mübahisənin keçmiş ər-arvad arasında barışmaz şəxsi münasibətlərdən irəli gələrək bir-birinə qarşı təsir vasitəsi kimi istifadə olunmasının qarşısı alınmalıdır. Bunun üçün hər bir tərəfin uşağın mənafeyindən çıxış etməsi ilə bağlı diqqətəlayiq hallar aydınlaşdırılmalıdır. Uşağın ölkə hüdudlarından kənara getməsi hüququndan istifadə etməsinə razılıq verməyən valideynin uşaqla ailə əlaqələrinə xüsusi diqqət yetirilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, tərəflərin nikaha daxil olmamaları və ya aralarındakı nikahın pozulmaması səbəbindən uşağın hansı valideynin yanında saxlanması ilə bağlı məhkəmə qərarının olmaması bu cür iddiaların rədd edilməsi üçün müstəqil əsas ola bilməz. 7.15-ci bəndinə əsasən Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan "ailə həyatının" mövcud olması və ya olmaması faktlara aid məsələdir və sıx şəxsi bağlılıq əlaqələrinin praktikada real olaraq mövcud olub-olmamasından, məsələn, uşaq doğulana qədər və doğulduqdan sonra atanın ona münasibətdə maraq və bağlılıq nümayiş etdirməsindən asılıdır (L.Niderlanda qarşı, § 36). Sadəcə bioloji qohumluq əlaqəsinin olması, amma sıx şəxsi bağlılıq münasibətlərinin olduğunu göstərən hər hansı əlavə hüquqi və ya faktiki elementlərin mövcud olmaması Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş müdafiənin bu əlaqəyə şamil olunması üçün yetərli deyil (L.Niderlanda qarşı, §§ 37-40). 7.16-cı bəndinə əsasən məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilib-yetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir. 7.18-ci bəndinə əsasən bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Elşolts Almaniyaya qarşı” iş üzrə 13 iyul 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın:
8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusilə 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmənin mövqeyi:
22. Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
23. Belə ki, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X10 təlimtərbiyəsi və sağlamlığı ilə anaları məşğul olur, onların qayğısına qalır. Ana, zərurət yarandığı hallarda, uşaqlarını özü ilə birlikdə xarici ölkələrə aparmaq istəyir. Uşaqlardan ayrı yaşayan ata isə qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş razılıq vermədiyindən, uşaqların ana tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilərək sərbəst surətdə ölkədən aparılması mümkün deyildir. Ata tərəfindən həmin razılığın verilməməsi isə istər ananın, istərsə də uşaqların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət etmək hüquqlarını pozur, o cümlədən yuxarıda istinad edilən milli qanunvericilik normalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna ziddir, atanın uşaqların anası tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilərək sərbəst surətdə ölkədən aparılması ilə bağlı tələb olunan razılığı verməməsi, qeyd edilən şəraitdə tələb olunan razılığın digər valideynin razılığından asılı edilməsi uşaqların maraqlarına və qanuni mənafelərinə ziddir, onlar qanunla qorunan hüquqlarının həyata keçirilməsinə mane olur. Ona görə məhkəmə hesab edir ki, iddianın təmin edilməsi yolu ilə yaradılan bu maneə aradan qaldırılmalıdır.
24. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, ata uşaqla ünsiyyət barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi oxşar hüquqi mövqeyini “Johansen Norveçə qarşı” işi üzrə 07 avqust 1996-cı il tarixli qərarında da nümayiş etdirmişdir.
Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
27. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərclərinə aid olan dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edirki, iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək ataları Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından kənara sərbəst surətdə getmələrinə (ölkəni daimi əsaslarla tərk etmələri halı istisna olmaqla) icazə verilməlidir. 29.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:
İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək ataları Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından kənara sərbəst surətdə getmələrinə (ölkəni daimi əsaslarla tərk etmələri halı istisna olmaqla) icazə verilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Abil Orucəliyev