Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-563/2024 17.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunmasına” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 143 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq Azərmaş Alyans” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, İddiaçı MMC ilə lizinq alan X6 arasında bağlanmış 29 may 2023-cü il tarixli ALY-1945 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Nexia” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “X8” və Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan“Chevrolet Nexia” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında “Daxili lizinq” müqavilənin ləğv olunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan “Chevrolet Nexia” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilinmüqavilə üzrə lizinq alan X1 müvəqqəti sahibliyində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh AR X13 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh idarə edərkən 1. EQ 15759116 saylı protokola görə 32 manat; 2. EQ 16447426 saylı protokola görə 18 manat, 3. EQ 15972849 saylı protokola görə 32 manat, 4. EQ 16307062 saylı protokola görə 18 manat, 5. EQ 15877216 saylı protokola görə 16 manat, 6. EQ 16307064 saylı protokola görə 9 manat, 7. EQ 16467487 saylı protokola görə 18 manat ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 143 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMCyə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X9 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya vasitəsilə məhkəməyə ərizə göndərərək İddiaçı MMC-nin Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması ilə bağlı iddia ərizəsi ilə Şərur rayon Məhkəməsinə müraciət etdiyini, icraatınızda olan e-2(110)-563/2024 saylı işə məhkəmə iclaslarında iştirakları olmadan baxıb, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 29 may 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, qiyməti 23935 manat olan BAN: XWBTF69V9PA135796, 1 ədəd ağ rəngli Chevrolet Nexia SX markalı avtomobil İddiaçı MMC-nin direktoru X7 tərəfindən Cavabdeh təhvil verilmişdir; - nəqliiyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Chevrolet Nexia SX minik markalı ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir; - xx.xx.2023-cü il tarixli, ALY-1945 saylı X5 3 saylı Əlavədən görünür ki, lizinq alan X4 illik 18% dərəcəsi ilə 24 ay müddətinə 23935 manat məbləğində lizinq krediti verilmiş, X6 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2023 - xx.xx.2025 tarixləri ərzində 1194.93 manat, xx.xx.2025-ci il tarixində isə 1195.07 manat olmaqla, cəmi 28678 manat pulu “İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür; - xx.xx.2023-cü il tarixli, ALY-1945 saylı X2 predmetindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan X6 arasında X8 bağlanmış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər; - xx.xx.2023-cü il tarixli, ALY-1945 saylı X2 predmetindən görünür ki, lizinq verən İddiaçı MMC qiyməti 23935 manat olan BAN: XWBTF69V9PA135796, 1 ədəd ağ rəngli Chevrolet Nexia SX markalı avtomobili lizinq alan X4 vermişdir; - xx.xx.2023-cü il tarixli EQ 15759116 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - PAYSİS MMC elektron ödəmə sistemindən çıxarışdan görünür ki, EQ 15759116 saylı qərar üzrə cərimə və dəbbə pulu olaraq İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 52668548 saylı qəbzlə dövlət büdcəsinə 32 manat ödənilmişdir; - xx.xx.2023-cü il tarixli EQ 15877216 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - PAYSİS MMC elektron ödəmə sistemindən çıxarışdan görünür ki, EQ 15877216 saylı qərar üzrə cərimə və dəbbə pulu olaraq İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 52668752 saylı qəbzlə dövlət büdcəsinə 16 manat ödənilmişdir. - xx.xx.2023-cü il tarixli EQ 15972849 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - PAYSİS MMC elektron ödəmə sistemindən çıxarışdan görünür ki, EQ 15972849 saylı qərar üzrə cərimə və dəbbə pulu olaraq İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 52668616 saylı qəbzlə dövlət büdcəsinə 32 manat ödənilmişdir; - xx.xx.2023-cü il tarixli EQ 16307064 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - PAYSİS MMC elektron ödəmə sistemindən çıxarışdan görünür ki, EQ 16307064 saylı qərar üzrə cərimə olaraq İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 52668708 saylı qəbzlə dövlət büdcəsinə 9 manat ödənilmişdir; - xx.xx.2023-cü il tarixli EQ 16307062 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - PAYSİS MMC elektron ödəmə sistemindən çıxarışdan görünür ki, EQ 16307062 saylı qərar üzrə cərimə olaraq İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 52668915 saylı qəbzlə dövlət büdcəsinə 18 manat ödənilmişdir; - xx.xx.2023-cü il tarixli EQ 16447426 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - PAYSİS MMC elektron ödəmə sistemindən çıxarışdan görünür ki, EQ 16447426 saylı qərar üzrə cərimə olaraq İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 52668864 saylı qəbzlə dövlət büdcəsinə 18 manat ödənilmişdir; - xx.xx.2023-cü il tarixli EQ 16467487 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - PAYSİS MMC elektron ödəmə sistemindən çıxarışdan görünür ki, EQ 16467487 saylı qərar üzrə cərimə olaraq İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 52668673 saylı qəbzlə dövlət büdcəsinə 18 manat ödənilmişdir; - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məzmunundan görünür ki, ondan tələb edilən borcu 7 gün ərzində ödəmədiyi təqdirdə borc tələbi ilə bağlı məhkməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; - xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB**********360201133 saylı xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (lizinq verən) ilə X6 (lizinq alan) arasında bağlanmış 29 may 2023-cü il tarixli ALY-1945 saylı Daxili lizinqmüqaviləsinə əsasən Lizinq verən Chevrolet Nexia” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili Lizinq alanın müvəqqəti istifadə və sahibliyinə verilmiş, lakin Lizinq alan “X8” və Ödəniş cədvəli”nin şərtlərinə əməl edilməmiş, lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etmədiyindən onlar arasında bağlanmış ”Daxili lizinq” müqaviləsi ləğv edilmiş və Lizinq alan müvəqqəti istifadə və sahibliyinə olan “Chevrolet Nexia” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili Lizinq verənə geri qaytarmışdır. “Chevrolet Nexia” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil müqavilə üzrə lizinq alanın müvəqqəti sahibliyində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar həmin avtomobili idarə edən sürücü Cavabdeh (cavabdeh) müxtəlif tarixlər ərzində yol hərəkəti qaydalarını pozduğu üçün AR X13 İdarəsi tərəfindən onun barəsində bir neçə dəfə inzibati qaydada protokollar tərtib etməklə inzibati qaydada cərimələnmişdir. İş materialında olan ödəniş qəbzlərindən görünür ki, cavabdehin yol hərəkəti qaydalarını pozması nəticəsində yazılmış ümumilikdə 143 (bir yüz qırx üç) manat məbləğində cərimələr İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın; - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. -1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 143 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC tərəfindən inzibati xəta haqqında protokollara görə ödənilmiş 143 (bir yüz qırx üç) manat və 30.40 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC - yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-563/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-563/2024
17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver