Məhkəmə qərarları › İş №e-2(110)-609/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(110)-609/2020

20.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № e-2(110)-609/2020 20.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu kreditor Tələbkar MMC-nin Borclu qarşı borc ödənilməsinə dair məhkəmə əmrinin verilməsi ilə bağlı ərizəsinə və ona əlavə edilmiş edilmiş sənədlərə baxaraq müəyyən etdim: Məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor Tələbkar MMC ilə Borclu arasında xx.xx.2017-cı il il tarixdə bağlanmış AŞ-311017/1 №li borc müqaviləsinə əsasən, borclu kreditora məxsus mağazadan dəyəri 1590 (min beş yüz doxsan) manat məbləğində olan “ROC 189” modelli su filtirləri almışdır. Borclu ilkin ödəniş etdikdən sonra qalan 1527 (min beş yüz iyirmi yeddi) manat məbləğində borcu 24 ay müddətinə aylıq 63 (altmış üç) manat olmaqla kreditora ödəməyi öhdəsinə götürmüşdür. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2020-ci il tarixli AŞ/311017/1 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı əmlakı alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya ilkin ödəniş 63 manat olmaqla xx xxx 1590 manat məbləğində pulu ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, “EASYWELL” firmasının istehsalı olan “ROC 189” moddelli ******* seriyalı təmizləmə sistemi alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu Tələbkar MMC-yə ödənilməmiş 517 (beş yüz on yeddi) manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, tələbkar mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmişdir. Məhkəmənin əsaslandırması: Ərizəyə əlavə olunmuş sənədlərə əsasən tələb aşkar olduğundan və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa həmin tələb üzrə məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Təqdim edilmiş sənədlərdən də aydın olur ki, borclu müqavilə üzrə götürmüş olduğu öhdəliklərini lazımınca və vaxtında icra etmədiyindən kreditor qarşısında 1818 (min səkkiz yüz on səkkiz) manat məbləğində icra edilməmiş borc öhdəliyi yaranmışdır. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi borcludan tutularaq kreditorun xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin275, 276, 280- 282-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1982-ci ildə Şərur rayonu Yengicə kəndində doğulmuş, Şərur rayonu Yengicə kəndində qeydiyyatda olan Borclu 517 (beş yüz on yeddi) manat məbləğində borc pul və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 537 (beş yüz otuz yeddi) manat məbləğində pul alınaraq, ünvan 1 ünvanında yerləşən, kreditor Tələbkar MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar