Məhkəmə qərarları › İş №e-2(110)-970/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-970/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-970/2024 17.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********67 saylı kredit müqaviləsinə əsasən cəmi 3297,06 manat borc və xx.xx.2022-ci il tarixli BPM**********67 saylı tam kart müqaviləsinə əsasən 227,79 manat əsas və 5,48 manat faiz borcu olmaqla, cəmi 233,27 manat pul vəsaitinin, həmçinin ödənilmiş 55,31 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2022-ci il tarixli, BPM**********67 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X3 24 ay müddətinə illik 19% ödəmək şərtilə 5000 manat məbləğində kredit verildiyini, həmçinin X4 ilə xx.xx.2022-ci il tarixli BPM**********67 saylı tam kart müqaviləsinə əsasən 36 ay müddətinə illik 24% ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. Şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan” xidmət mərkəzinin notarius ofisinin məktubuna əsasən cavabdehin vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********67 nömrəli kredit müqaviləsindən görünür ki, bank müştəriyə 24 ay müddətinə illik 19% ödəmək şərtilə 5000 manat məbləğində kredit verməyi, müştəri isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, müştəriyə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********67 nömrəli tam kart müqaviləsindən görünür ki, bank müştəriyə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açır, müştəri isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, müştərinin hesabına 300 manat məbləğində kredit köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, X2 xx.xx.2022-ci il tarixli, BPM**********67 nömrəli kredit müqaviləsi üzrə 3297,06 manat, xx.xx.2022-ci il tarixli, BPM**********67 nömrəli tam kart müqaviləsi üzrə isə 227,79 manat əsas, 5,48 manat faiz borcu olmaqla cəmi 233,27 manat borcu vardır. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il taixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsəsi Cavabdehdır, o miras əmlakdan tam hissədə pay almalıdır və miras əmlak X1 qalan Bakı Steel Company QSC-nin xx.xx.2023-cü il tarixli və X-Y-2902 nımrəli məktuba əsasən 4092,22 manat pul məbləğindən ibarətdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə X4 arasında kredit müqaviləsi və tam kart müqavilələri bağlanmışdır. X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür və onun vərəsəsi Cavabdeh tanınmışdır. Ondan 4092,22 manat pul vəsaiti miras olaraq qalmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, və.s) sübuta yetirmişdir. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 558.1-ci maddəsinə görə əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. İş üzrə kredit müqaviləsi üzrə pul ödənilməsi öhdəliyinin icrası əmlak xarakterli olduğundan və borclunun şəxsi iştirakını tələb etmədiyindən öhdəliyin icrasına xitam verilmir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”19 aprel 2023-cü il tarixli qərarında qeyd olunur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Eyni hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şərur rayon Alışar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********67 saylı kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli BPM**********67 saylı tam kart müqaviləsi üzrə cəmi 3530,33 manat (üç min beş yüz otuz manat otuz üç qəpik) borc, dövlət rüsumu olaraq ödənilmiş 55,31 manat (əlli beş manat otuz bir qəpik) məbləğində vəsait və 0,40 manat (qırx qəpik) bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar