Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-110/2024 04.06.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı Sığorta Şirkəti ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Toyota Highlander” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 9896.57 manat pulun və ödənilmiş 119 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “Tufan 50S” markalı moped nəqliyyat vasitəsi “Toyota Highlander” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********2 nömrəli sığorta şəhadətnaməsinin çıxarışından görünür ki, “Toyota Highlander” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Toyota Highlander” markalı **- PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9996.97 AZN (doqquz min doqquz yüz doxsan altı manat doxsan altı qəpik) məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 122795 nömrəli sığorta aktından və 3195 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq sığortalanmış “Toyota Highlander” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 9996.57 AZN sığorta ödənişini ödəmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhər Nizami rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hadisə zamanı Cavabdeh oğlu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sağ tərəfdə düzünə hərəkətdə olan “Toyota Highlander” markalı **-PS- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmçinin iş materillarında olan izahatlardanda onun təqsirli olması sübut olunmuşdur. Buna görə də ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Yuxarıda dediklərimizlə birlikdə hesab edirik ki, 100 AZN azad olma məbləği çıxılmaqla qalan 9896.57 AZN (doqquz min səkkiz yüz doxsan altı manat əlli yeddi qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır İş üzrə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X5 məhkəməyə ərizə göndərərək iş üzrə baxış iclaslarının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmiş, lakin Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edib, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə icraatı zamanı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə işlə bağlı izahat göndərərək hazırki iş üzrə məhkəməyə sübut qismində xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti təqdim olunmuşdur. Həmin qərarın 3-cü səhifəsindən görünür ki, Məhkəmə yol-nəqliyyat ekspertizası üzrə AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, “Tufan 50S” markalı mopedin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin hadisənin digər iştirakçısı “Toyota Highlander” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Cinayət işinin başlanılması tərəflər arasında barışıq olması səbəbi ilə rədd edilmişdir. Göründüyü kimi iş üzrə sənədlərlə Cavabdeh hadisənin baş verməsində təqsirli olması sübut olunur. Onun barəsində hər hansı inzibati qərarın olub-olmaması mülki zərərin onun tərəfindən vurulduğunu və onun təqsirli hərəkətləri nəticəsində yaranmasını istisna etmir. Həmçinin, şəxsin mülki zərərlə bağlı məsuliyyətinin müəyyən edilməsi üçün sadəcə inzibati xəta haqqında qərar və ya protokolun olmasının mütləq olmaması AR Ali Məhkəməsinin bir sıra oxşar məzmunlu işlərində kollegiya tərəfindən qeyd olunmuşdur, (həmin qərarlardan hissələri əlavə kimi təqdim olunur). Yuxarıda qeyd elədiklərimizi nəzərə alaraq, iddiaçı "xxxx" SŞ-nm Cavabdeh qarşı Subroqasiya tələbinə dair iddiasının tam təmin edilməsini xahiş etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- “Avtonəqliyyat vasitə sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları” barədə Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 087-1229-1222 nömrəli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:26-da Nizami rayonu R.Teymurov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh idarə etdiyi “Tufan S50” markalı moped X4 idarə etdiyi “Toyota Highlander” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Toyota Highlander” markalı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Bakı şəhər Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X.Atakişiyevin 04 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:26-da Nizami rayonu R.Teymurov küçəsində yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Tufan S50” markalı moped X4 idarə etdiyi “Toyota Highlander” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində X7 yolnəqliyyat hadisəsi zamanı xəsarət alması barədə toplanmış material üzrə araşdırma aparılmış, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 8/3146 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Tufan 50S» marklı mopedin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, “Toyota Highlander» markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamış, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi «Tufan 50S» markalı moped ilə 24 oktyabr 2022-ci il tarixdə, saat 13:20-də Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi ilə Azər Manafov küçəsinin kəsişməsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək sağ tərəfdən düzünə hərəkətdə olan X2 idarə etdiyi 2020-ci il buraxılışlı gümüşü metallik rəngli Toyota Highlander» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə həmin moped üzərində sərnişin qismində əyləşmiş 2007-ci il təvəllüdlü X10 baş beynin əzilsməsi, hər iki baldırın, sağ qaşın, alnın əzilmiş-cırılmış yaralan, sağ diz oynağının, sağ ayağın İ-İİ barmağının əzilmiş yaralan bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almışdır. 12 dekabr 2022-ci il tarixdə X11 Bakı şəhəri Nizami RPİ-nə ərizə ilə müraciət edərək sərnişin qismində olarkən modei idarə edərək yol nəqliyyat hadisəsini törətmiş dayısı Cavabdeh heç bir şikayət və tələbinin olmadığını və toplanmış material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmasını xahiş etdiyindən toplanmış material üzrə “Tufan 50S” markalı moped sürücüsü Cavabdeh Qasmı oğlu barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, sığortalı “X14 Sanayi ve Ticaret Anonim Şirketi”nin mülkiyyətində olan “Toyota Highlander” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş **********2 nömrəli şəhadətnamə əsasında illik 25000 manat həddində sığortalanmışdır. xx.xx.2023-cü il tarixli 122795 nömrəli sığorta aktına əsasən zərərlə bağlı maddi ziyanın ümumi məbləği 9996.97 manatdır. xx.xx.2023-cü il tarixli hesab fakturaya və təhvil təslim aktına əsasən “Toyota Highlander” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 9996.97 manatdır. 16 mart 2023-cü il tarixli 3195 nömrəli ödəniş tapşırığından görünür ki, 9996.97 manat məbləğində vəsait İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli O-AS- 2023-0430 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh mövcud olan zərər məbləği və həmin zərər məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəmə orqanlarına müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən 119 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, xx.xx.2022-ci il tarixdə saat 13:26-da Nizami rayonu R.Teymurov küçəsində yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Tufan S50” markalı moped X4 idarə etdiyi “Toyota Highlander” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Toyota Highlander” markalı nəqliyyat vasitəsinə 9996.97 manat ziyan dəymiş, yolnəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində “Tufan 50S” marklı mopedin sürücüsü Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etmədiyi müəyyən edilmiş, şikayət olmadığından sürücü Cavabdeh Qasmı oğlu barəsində 04 dekabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə 9996.97 manat sığorta haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqə vardır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:26-da Nizami rayonu R.Teymurov küçəsində yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Tufan S50” markalı moped X4 idarə etdiyi “Toyota Highlander” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə nəticəsində “X14 Sanayi ve Ticaret Anonim Şirketi”nin mülkiyyətində olan avtomobilə 9996.97 manat ziyan dəymiş, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilərək Cavabdeh yol-nəqliyyat hadisəsində təqsiri müəyyən olunmuş, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMCyə 9996.97 manat sığorta haqqı ödənildiyindən cavabdehdən 100 manat azad olma məbləği çıxılmaqla 9896.57 manat məbləğin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı Sığorta Şirkəti ASC-nin yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı tələb etdiyi 9896.57 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9896.57 manat məbləğində sığorta ödənişi və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 119 manat dövlət rüsumu, cəmi 10015.57 (on min on beş manat, əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-110/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-110/2024
04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver