Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-187/2024 28.06.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor "xxxx" ASC Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək borcludan 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı“Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə olan 621.74 (altı yüz iyirmi bir manat 74 qəpik) manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının borcludan tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Araşdırma zamanı müəyyən olunur ki, məhkəmə əmrinin verilməsinə dair tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinin tələbinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanarsa, bu halda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülən pul məbləğinin alınması və ya əmlakın tələb edilməsinə dair tam əsaslığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması dedikdə isə, burada mübahisəsiz olan bütövlükdə hüquq münasibətləri deyil, yalnız borclunun müəyyən pul məbləği ödəmək və ya əmlakı vermək vəzifəsidir ki, bu da kreditorla borclu arasında olan hüquq münasibətlərinin yalnız bir ünsürünü təşkil edir. Ona görə də, borclunun müəyyən pul məbləğini ödəmək və ya əmlakı vermək vəzifəsinin və yaxud beləbir vəzifənin mövcudluğunun hər hansı bir formada tam və ya qismən mübahisələndirilə bilməsi işə əmr qaydasında baxılmasını istina edir. Bu halda işə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.1, 279.2.2-ci və 279.2.3-cü maddələrində göstərilir ki, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Beləliklə məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından, eləcə də sübutlar məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən işə əmr icraatı qaydasında tam, obyektiv və hərtərəfli baxıla bilməz. Bu səbəbdən də, işə iddia icraatı qaydasında baxılmalı, kreditor "xxxx" ASC-nin Borclu qarşı borcun ödənilməsinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Ərizənin qəbul olunmasından imtina edildiyinə görə "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Odur ki, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 275-281, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. "xxxx" ASC-nin Borclu qarşı pulun ödənilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın. Kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-187/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-187/2024
28.06.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver