Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-66/2025 24.02.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, İbrahimova İntizar Zeynal qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 504 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2023-cü il tarixli ALY-1959 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, 77- AT-906 dövlət qeydiyyat nişanlı, göy metallik rəngli avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Kəngərli rayon Məhkəməsinə müraciət etmişdir. Kəngərli rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli e-2(111)-101/2024 saylı qətnaməsi ilə (hakim Z.Əhmədov) İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 6420.53 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. İXP ******* saylı protokola görə 64 manat; 2. EQ 16819214 saylı protokola görə 32 manat; 3. EQ 16740826 saylı protokola görə 18 manat; 4. EQ 16604766 saylı protokola görə 18 manat; 5. EQ 16604781 saylı protokola görə 32 manat; 6. EQ 16604782 saylı protokola görə 36 manat; 7. EQ 15606650 saylı protokola görə 240 manat; 8. EQ 15606653 saylı protokola görə 64 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 504 manat məbləğində ödəniş edilmişdir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Lakin iddiaçı “ Azərmaş Alyans " MMC-nin nümayəndəsi X1 AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- “Azərmaş Alyans" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ALY-1959 saylı Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 1 saylı Əlavədə göstərilən əmlak Lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq müqaviləsinin əsas məbləğini 23750 manat təşkil edir. xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, “Chevrolet Cobalt LTZ” markalı avtomobilin təhvil təslimi aparılmış, avtomobil lizinq alan Cavabdeh tərəfindən qəbul edilmişdir. ALY-1959 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Borcalan Cavabdeh 23,750 manat məbləğində pulu, illik 18 %-lə, 48 ay müddətinə aylıq 565,47 manat, sonuncu ay isə 565,41 manat annuitetlə ödəməyi öhdəsinə götürür. Kəngərli rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli e-2(111)-101/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC-nin iddası təmin edilərək Cavabdeh ümumilikdə 6420.53 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Kəngərli rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli e-2(111)-101/2024 saylı qətnaməsindən görünür ki, avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2024cü il tarixli aktdan məlum olur ki, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən də xx.xx.2024-cü il tarixdə təhvil-təslim aparılaraq saxlanca verilmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1096 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən törədilmiş İnzibati Xəta haqqında protokollara əsasən ümumilikdə 504 manat məbləğində cərimənin ödənilməsini, əks təqdirdə məhkəmə qaydasında tutulacağı barədə xəbərdar edilmişdir. DYPİ-nin elektron portaldan alınmış çıxarışdan görünür ki, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 64 manat, Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli EQ16819214 nömrəli qərarla 32 manat, Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli EQ16740826 nömrəli qərarla 18 manat, Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə xx.xx.2023 il tarixli EQ16604766 nömrəli qərarla 18 manat, Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli EQ16604781 nömrəli qərarla 32 manat, Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2023cü il tarixli EQ16604782 nömrəli qərarla 36 manat, Azərbaycan Respublikasının İXM-nin 328.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli EQ15606650 nömrəli qərarla 240 manat, Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli EQ15606653 nömrəli qərarla 64 manat olmaqla cəmi 504 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, 64923159 №-li qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh İXP6049853 №-li protokol üzrə 64 manat cərimə 547224*******4630 nömrəli kart hesabından ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 64922452 №-li qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh EQ16819214 №-li protokol üzrə 32 manat cərimə 547224*******4630 nömrəli kart hesabından ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 64922677 №-li qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh EQ16740826 №-li protokol üzrə 18 manat cərimə 547224*******4630 nömrəli kart hesabından ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 64923108 №-li qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh EQ16604766 №-li protokol üzrə 18 manat cərimə 547224*******4630 nömrəli kart hesabından ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 64923080 №-li qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh EQ16604781 №-li protokol üzrə 32 manat cərimə 547224*******4630 nömrəli kart hesabından ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 64923053 №-li qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh EQ16604782 №-li protokol üzrə 36 manat cərimə 547224*******4630 nömrəli kart hesabından ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 64923032 №-li qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh EQ15606650 №-li protokol üzrə 240 manat cərimə 547224*******4630 nömrəli kart hesabından ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 64922993 №-li qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh EQ15606653 №-li protokol üzrə 64 manat cərimə 547224*******4630 nömrəli kart hesabından ödənilmişdir. “Azərmaş Alyans" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə AZEMİS vasitəsilə iş materiallarına əlavə edilən xx.xx.2024-xx.xx.2024-cü il müddətli çıxarışdan görünür ki, protokollar üzrə ödənilmiş 547224*******4630 kart hesabı “Azərmaş Alyans" MMC-ə məxsusdur. Mülki iş materiallarından müəyyən olunur ki, “Azərmaş Alyans" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ALY-1959 saylı Daxili lizinq müqaviləsinə əsasən “ Chevrolet Cobalt LTZ ” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil Lizinq alan - Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, xx.xx.2024-cü il tarixədək istifadəsində olmuşdur. Nəqliyyat vasitəsi cavabdehin istifadəsində olan zaman onlar tərəfindən müxtəlif vaxtlarda inzibati xətalar törədilmiş və barələrində inzibati cərimə tənbeh tədbirləri tətbiq edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş qəbzlərdən müəyyən olunur ki, cavabdeh cərimə məbləğlərini ödəməkdən yayındıqlarına görə həmin cərimələr iddiaçı cəmiyyət tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından hər üç şərtin mövcudluğu təsdiq olunur. İddianın dəlillərindən də müəyyən olunur ki, lizinq alan - Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün 16 yanvar 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Bundan sonra iddiaçı “Azərmaş Alyans" MMC nəqliyyat vasitəsi üzərində ödənilməmiş cərimə tənbeh tədbirlərinin olduğunu müəyyən etmiş və bütün cərimələri ödəmişdir. Belə ki, cavabdeh nəqliyyat vasitəsini idarə edən zaman məhz onun tərəfindən inzibati xətalar törədilmişdir ki, bu fakt iş materiallarında olan inzibati tənbeh vermə haqqında elektron qərarlarla və inzibati xəta haqqında protokollarla təsdiq olunur. Cavabdeh tətbiq olunmuş cərimə məbləğlərini ödəməmiş, nəticədə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı cəmiyyət cərimə məbləğlərini ödəməli olmuş, bununla da ona zərər dəymişdir. Dəymiş zərərin əsasını cavabdehlərin hüquq pozuntusu törədərək ödəməli olduğu cərimə məbləğlərini ödəməməsi təşkil edir, yəni hüququ pozuntusu ilə zərər arasında səbəbli əlaqə vardır. Belə olan halda mülki qanunvericiliyə əsasən zərərvuranlar, hüquqi şəxsə vurulmuş zərərin əvəzini tam həcmdə ödənilməli olduğundan, İddiaçı ASC tərəfindən cavabdehin törətdiyi inzibati xətalara görə ödədiyi və hazırda məhkəmə qaydasında tələb etdiyi pul məbləğini tam həcmdə iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən tələb olunan 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362–ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 504 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat olmaqla cəmi 534 (beş yüz otuz dörd) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-66/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-66/2025
24.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver