Məhkəmə qərarları › İş №e-2(125)-1004/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1004/2025

20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1004/2025 20.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X5 adlı azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün mediasiyaya müraciət edilən vaxtdan başlayaraq hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya ödənişinin Cavabdeh tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2009-cu ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2005-ci il tarixdə Selcan və xx.xx.2013-cü ildə Cavidan adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Uşaqların analarının himayəsində qalması ilə bağlı cavabdehlə mediasiya prosesində qarşılıqlı razılığa gələrək barışıq sazişi bağlamışdırlar. Həmçinin uşaqlar həmin məhkəmə prosesində də dinlənilmiş, fikirləri öyrənilmişdir. Məhkəmədən kənar qaydada cavabdehlə öz aralarında razılaşmışdırlar ki, o, aliment tələb etmədiyi halda, cavabdehin də əmlak tələbi olmayacaqdır. Buna görə də aliment tələb etməmişdir. Lakin hazırda cavabdeh əmlak tələbi barədə məhkəməyə müraciət etmiş, iş üzrə ekspertiza təyin olunaraq icraat dayandırılmışdır. Cavabdehin uşağın saxlanılması üçün hər ay 235 manat məbləğində aliment ödəməyə maddi imkanının olduğunu göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı etiraz ünvanlayaraq cavabdehin ünvan 1ühafizəçi işləməklə 345 manat minimum əmək haqqı almasını, başqa bir gəliri olmadığını, açıq ürək əməliyyatı keçirməsini və uşaqları Cavidanın atası ilə qalmaq istəməsini əsas gətirərək işin qəyyumluq və himayəçilik komissiyasına göndərilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİİ 029096 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə Cavidan adlı uşaqları anadan olmuşdur. Cavabdeh iş yeri məlumatlarına dair elektron çıxarışın və əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh işəgötürən X10 Məsuliyyətli Cəmiyyəti olmaqla Kəlbəcər rayonunda tikinti sahəsində mühafizəçi işləyərək əmək haqqı 400 manatdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2658/2023 nömrəli qətnamədən görünür ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 05 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Həmin qətnamədən görünür ki, mediasiya prosesində tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 İddiaçı himayəsində qalmaları və alimentdən imtina edilməsi barədə razılıq əldə etmişdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.4-cü bəndi yeni redaksiyada verilmiş, həmin bəndin 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Qeyd olunan qərarın 8.4-2-ci yarımbəndəində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti(borclunun qəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 İddiaçı himayəsində qalmasını, cavabdehin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın maddi təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. “Mediasiya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə cavabdeh X4 dövlət rüsumu hesabına 46,4 manat alınaraq dövlət büdcəsinə, iş üzrə ödənilmiş 55 manat mediasiya xərci alınaraq İddiaçı ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X1 dövlət rüsumu hesabına 46,4 manat alınaraq dövlət büdcəsinə, iş üzrə ödənilmiş 55 manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar