Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1012/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, X7 nikah pozulanda və pozulmamışdan qabaq atasının yanında qaldığı üçün hesablanmış və X4 isə iyun ayına kimi cavabdehlə yaşaması müddətində hesablanmış ümumilikdə 5700 AZN aliment borcundan 4800 AZN aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi Nümayəndə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, 26 aprel 2017-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdən bugünədək yığılmış 4200 (dörd min iki yüz) manat aliment borcunun və xx.xx.2018-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yığılmış 2275 (iki min iki yüz yetmiş beş) manat aliment borcun, ümumilikdə 6475 (altı min dörd yüz yetmiş beş) manat aliment borcunun silinməsinə dair iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Həsənzadə (Paşayeva) Gülnarə Ruslan qızı ilə onun arasında nikah pozularaq 26 aprel 2017-ci il təvəllüdlü X5 və 09 iyun 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat məbləğində aliment məbləğinin ondan tutulması qət edilmişdir. Cavabdeh aliment borcunun ödənilməməsinə görə Abşeron Rayon İcra Şöbəsinə müraciət etmişdir. İcra məmuru da borcunun ödənilməməsi ilə bağlı onu axtarışa vermişdir. Tutulub İcra şöbəsinə gətirildikdən sonra onun barəsində inzibati xəta tərtib edilmiş və inzibati iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Bundan əlavə cavabdeh Həsənzadə (Paşayeva) Gülnarə Ruslan qızı ilə onun arasında nikah pozulduğu andan, yəni xx.xx.2021-ci il tarixdən X7 və digər azyaşlı uşaq X8 onunla birgə yaşamışlar. X8 yalnız 2022-ci ilin iyun ayından anası ilə yaşayır. Odur ki, faktiki olaraq o, bu qədər müddətdir ki, uşaqları öz yanında saxlayaraq onların qayğısına qalmışdır. Bu müddət ərzində cavabdeh uşaqların qeydinə qəti surətdə qalmamaqla yanaşı, icra və probasiya şöbəsinə onun aliment borcunu ödəməməsinə görə həbs olunması barədə dəfələrlə şikayət ərizələri ünvanlamışdır. Yuxarıda adları çəkilən azyaşlıların onun yanında qalması faktını qonşular tərəfindən tərtib olunaraq qol çəkilmiş aktdan görmək mümkündür. Həmin akt iddia ərizəsinə əlavə olunmuşdur. Bu müddət ərzində ona və övladına əlavə geyim və digər zəruri ödənişlər etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, 26 aprel 2017-ci il təvəllüdlü X7 və 09 iyun 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq, X6 ödənilməsi qət edilmişdir. Nikah pozulmamışdan əvvəl və nikah pozulduqdan sonra yəni 05 may 2021-ci ildən 28 aprel 2023-cü ilədək Hüseyn adlı uşaq atası İddiaçı yanında olmuşdur. İndi də atası ilə birlikdə yaşayır. Digər uşaq Zeynəb Həsənzadə isə iddiaçının yanında 1 il 1 ay yaşamışdır. Belə ki, Zeynəb 05 may 2021-ci ildən 15 iyun 2022-ci ilədək atası İddiaçı yanında qalmışdır. Cavabdeh isə həmin müddət ərzində uşaqlarla maraqlanmamışdır. Uşaqların atasının himayəsində olması faktı qonşular tərəfindən tərtib edilmiş aktla, Masazır kənd İnzibati Ərazi Dairəsinin arayışı və müvafiq fotoşəkillərlə təsdiq olunur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh idda tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı 2021-ci ilin may ayının 15-dən Zeynəb Həsənzadə və Hüseyn Həsənzadəni aparmış, sentyabr ayının 15-i 2021-ci il tarixdə Zeynəb Həsənzadəni geri gətirmiş, lakin Hüseyni gətirməmişdir. Hüseyn 2 ildir ki, atasının yanındadır. Zeynəb isə cəmi 4 ay atasının yanında qalmışdır. Beləliklə, 15 may 2021-ci ildən hal-hazıra kimi Hüseyn atası İddiaçı, Zeynəb isə 15 sentyabr 2021-ci il tarixdən onunla qalmışdır. Odur ki, iddia tələbinin Hüseyn Həsənzadəyə aid hissədə təmin, Zeynəb Həsənzadəyə aid hissədə isə qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Abşeron Rayon Məhkəməsinin 2(012)-2689/2021 nömrəli, 05 may 2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 26 aprel 2021-ci il təvəllüdlü X5 və 09 iyun 2018-ci il təvəllüdlü X4 hazırki mülki iş üzrə məhkəmə qətnaməsi qəbul olunanadək saxlanılmaları üçün İddiaçı X3 xeyrinə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması və alimentin tutulmasının 09 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. “İlkin mediasiya sessiyasında iştirak edilməsi” barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, bu arayış İddiaçı və Həsənzadə (Paşayeva) Gülnarə Ruslan qızı arasında olan “aliment öhdəliyindən azad olma” tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Həsənzadə (Paşayeva) Gülnarə Ruslan qızının iştirak etmədiyini təsdiq etmək üçün verilir. Həsənzadə (Paşayeva) Gülnarə Ruslan qızı ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 iş gün əvvəlcədən yerləşdiyi ünvana məktub göndərilməklə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlil) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN XİDMƏT” X10 13 mart 2017-ci il tarixli, 603 nömrə ilə qeyd edilmiş nikahın pozulması, qarşılıqlı iddia tələbinin təmin edilməsi, 26 aprel 2017-ci il təvəllüdlü X7 və 09 iyun 2018-ci il təvəllüdlü X4 anası X3 yanında saxlanılmaları, 26 aprel 2017-ci il təvəllüdlü X7 və 09 iyun 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq X6 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli, 317 nömrəli məktubundan görünür ki, Masazır kəndi, Ramiz Mirişli küçəsi, ev 69 ünvanında yaşayan vətəndaş xx.xx.1996-cı il təvəllüdlü İddiaçı həmin ünvanda övladı xx.xx.2017-ci il təvəllüdlü X7 ilə birgə yaşayır. X11, Elmira Zülfiqarova və Lalə Əmirağayeva tərəfindən tərtib edilərək imzalanmış 02 aprel 2023-cü il tarixli aktdan görünür ki, X8 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, X7 isə xx.xx.2021-ci il tarixdən bugünə qədər atasının yanında yaşayır. 53 nömrəli körpələr evi-uşaq bağçası tərəfindən verilmiş arayışdan görünür ki, X7 və X8 xx.xx.2021-ci il tarixdən 1 ay müddətinə 53 nömrəli körpələr evi-uşaq bağçasında təlim-tərbiyə almışlar. May ayının 14-dən bağçadan çıxmışlar. 53 nömrəli körpələr evi-uşaq bağçası tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixdən portaldan keçərək 53 nömrəli körpələr evi-uşaq bağçasında təlimtərbiyə alır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş, rəsmi nikahlarından 26 aprel 2017-ci il təvəllüdlü X7 və 09 iyun 2018-ci il təvəllüdlü X8 adında iki uşaqları doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında arasında Sumqayıt “ASAN XİDMƏT” X10 13 mart 2017-ci il tarixli, 603 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 26 aprel 2017-ci il təvəllüdlü X7 və 09 iyun 2018-ci il təvəllüdlü X4 anası X3 yanında saxlanılmaları, 26 aprel 2017-ci il təvəllüdlü X7 və 09 iyun 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq X6 ödənilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi 26 aprel 2017-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdən bugünədək yığılmış 4200 (dörd min iki yüz) manat aliment borcunun və 09 iyun 2018-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yığılmış 2275 (iki min iki yüz yetmiş beş) manat aliment borcun, ümumilikdə 6475 (altı min dörd yüz yetmiş beş) manat aliment borcunun silinməsinə dair iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, iddianın Hüseyn adlı uşağa münasibətdə təmin, Zeynəb adlı uşağa münasibətdə isə qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 26 aprel 2017-ci il təvəllüdlü X7 və 09 iyun 2018-ci il təvəllüdlü X4 anası X3 yanında saxlanılmaları və 26 aprel 2017-ci il təvəllüdlü X7 və 09 iyun 2018-ci il təvəllüdlü X4 anası X3 yanında saxlanılmaları, 26 aprel 2017-ci il təvəllüdlü X7 və 09 iyun 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq X6 ödənilməsi qət edilmişdir. Buna baxmayaraq iş materiallarınna əlavə edilmiş 02 aprel 2023-cü il tarixli İddiaçı qonşuları tərəfindən imzalanmış aktdan görünür ki, X7 xx.xx.2021-ci il tarixdən bugünə qədər iddiaçı olan atası İddiaçı yanında yaşayır. Belə olan vəziyyətdə xx.xx.2021-ci il tarixdən bugünə qədər yəni iki il ərzində Hüseyn adlı uşağın saxlanması üçün iddiaçının 24 ay x 175 manat = 4200 manat aliment borcundan azad edilməsi ilə bağlı hissə də iddia təmin edilməlidir. Məhkəmə iddiaçının Zeynəb adlı uşağa münasibətdə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yığılmış aliment borcunun silinməsi hissəsinə də qiymət verərək qeyd edir ki, iddia həmin hissə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı qonşuları tərəfindən imzalanmış akta əsasən Zeynəb Həsənzadə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, təxminən 1 il 1 aydan bir qədər artıq iddiaçı olan atası İddiaçı yanında yaşamışdır. Cavabdeh isə bu hal ilə qismən razılaşaraq Zeynəb Həsənzadənin yalnız 4 ay müddət, yəni 15 may 2021-ci ildən 15 sentyabr 2021-ci ilədək atasının yanında olduğunu, 15 sentyabr 2021-ci ildən bəri isə onun yanında olmasını bildirmiş, lakin buna dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, Zeynəb adlı uşağın 53 nömrəli körpələr evi-uşaq bağçasında təlimtərbiyə olunması ilə bağlı cavabdehin təqdim etdiyi arayışlara da münasibət bildirərək qeyd edir ki, həmin arayışlarda Zeynəb adlı uşağın xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehin yanında qalması sübut olunmur. Belə ki, həmin arayışlarda qeyd edilmişdir ki, X7 və X8 xx.xx.2021-ci il tarixdən 1 ay müddətinə 53 nömrəli körpələr eviuşaq bağçasında təlim-tərbiyə almış, may ayının 14-dən bağçadan çıxmışlar. Eyni zamanda X8 xx.xx.2023-cü il tarixdən portaldan keçərək 53 nömrəli körpələr evi-uşaq bağçasında təlim-tərbiyə alır. Bununla da müəyyən edilir ki, Zeynəb adlı uşaq həqiqətəndə 1 il 1 aydan bir qədər artıq, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı olan atası İddiaçı yanında yaşamışdır. Məhz bu səbəbdən də məhkəmə qeyd edir ki, Zeynəb adlı uşağın saxlanması üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 13 ay x 175 manat = 2275 manat alimentin iddiaçıdan tutulması qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən də Zeynəb adlı uşağa münasibətdə də iddia tələbi təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-2689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 26 aprel 2017-ci il təvəllüdlü Hüseyn adlı uşağın 05 may 2021-ci ildən 28 aprel 2023-cü ilədək saxlanması üçün hesablanan 4200 (dörd min iki yüz) manat, 09 iyun 2018-ci il təvəllüdlü Zeynəb adlı uşağın 05 may 2021-ci ildən 15 iyun 2022-ci ilədək saxlanması üçün hesablanan 2275 (iki min iki yüz yetmiş beş) manat olmaqla, cəmi 6475 (altı min dörd yüz yetmiş beş) manat aliment borcundan azad edilməlidir. Başqa sözlə, İddiaçı Hüseyn və Zeynəb adlı uşaqları onun yanında olan zaman onların saxlanma xərclərini faktiki olaraq çəkdiyindən həmin pulun təkrar olaraq yenidən Məətləb Həsənzadədən tutulması düzgün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarına əlavə edilmiş mediasiya təşkilatının arayışından və bank qəbzindən görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında və iddia qaldırılması üçün ümumilikdə dövlət rüsumu olaraq 68 (altmış səkkiz) manat xərc çəkmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş məbləği tələb etmədiyindən onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 235 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-2689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 26 aprel 2017-ci il təvəllüdlü Hüseyn adlı uşağın 05 may 2021ci ildən 28 aprel 2023-cü ilədək saxlanması üçün hesablanan 4200 (dörd min iki yüz) manat, 09 iyun 2018-ci il təvəllüdlü Zeynəb adlı uşağın 05 may 2021-ci ildən 15 iyun 2022ci ilədək saxlanması üçün hesablanan 2275 (iki min iki yüz yetmiş beş) manat olmaqla, cəmi 6475 (altı min dörd yüz yetmiş beş) manat aliment borcundan azad edilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 68 (altmış səkkiz) manat İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1012/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1012/2023
28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver