Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-144/2025 14.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İkinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (“Ədalət” Vəkil Bürosunun vəkili) Vəkil iştirakları ilə; Birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası, Cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun aylıq əmək haqqı və digər gəlirlərinin¼ hissəsi həcmində və uşağın 3 yaşınadək qulluğa görə hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Həmçinin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2022ci il tarixli, AZ-İİ, 510246 nömrəli rəsmi nikahın ləğv edilməsi, birgə nikahdan dünyaya gələn X2 anasının yanında qalması və uşağın yetkinlik yaşına çatanadək ona hər ay 500 manat məbləğində alimentin onun tərəfindən ödənilməsi və ödənilən aliment məbləğinin 50 faizinin X2 adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4455/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair e-2(125)-4380/2024 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair e-2(125)-4455/2024 mülki işlə bir icraatda birləşdirilmiş və mülki iş üzrə icraatın e-2(125)-4380/2024 nömrə altında davam etdirilməsi qərara alınmışdır.
4. Birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə nikaha girməklə ailə qurmuşdur. Cavabdehlə nikahlarından xx.xx.2023-cü il tarixdə X3 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh "xxxx" QSC-də istehsal üzrə qrup rəhbəri işləməklə yüksək əmək haqqı almasına baxmayaraq, həyat yoldaşı kimi onun və övladının maddi tələbatının ödənilməsinə köməklik etmir. Birgə nikahdan anadan olmuş övladları azyaşlı olduğuna görə daim qulluq və ana qayğısı tələb etdiyindən, heç bir yerdə işləyə bilmir və heç bir yerdən maddi təminat yoxdur. Cavabdehlə aralarında olan ona və azyaşlı övladına ödənilməli olan alimentlə bağlı mübahisənin mediasiya vasitəsi ilə həllinə çalışsa da, bu mümkün olmamış, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya təşkilatı bu barədə arayış verərək, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə qətnaməsi ilə azyaşlı övladları yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun aylıq əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi həcmində aliment tutularaq, ona ödənilməlidir. Bununla yanaşı, onunla birgə nikahdan anadan olmuş övladları qulluqla bağlı övladının 3 (üç) yaşına çatanadək, əri kimi, cavabdehdən aliment almaq hüququ da təmin olunmalı və övladları 3 (üç) yaşına çatanadək hər ay sabit pul məbləğində aliment tutulub ona ödənilməlidir
5. İkinci iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2022-ci il tarixində AZ-İİ 510246 nömrəli nikah şəhadətnaməsi əsasında rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Nikahın pozulmasına dair ərizə verməsinin səbəbi bir ailə kimi bir yerdə yaşamaqlarının mümkün olmamasıdır. Nikahları bağlandıqdan 5 ay sonra heç bir əsaslı səbəb olmadan cavabdeh İddiaçı birlikdə yaşadıqları evi ona xəbər vermədən könüllü surətdə tərk etmiş, bu barədə heç kimə xəbər verməmiş, daha sonra o, cavabdehin harada olduğunu soruşduqda ata-anasının yanında yaşamaq istədiyini bildirərək onların yanına getdiyini demişdir. Dəfələrlə ailə münasibətlərini bərpa etmək üçün çağırış etsə, onların evinə getsə də, onunla gəlmək istəmədiyini və gəlməyəcəyini bildirmişdir. Gedərkən özü ilə bütün sənədlərini və zəruri əşyalarını, o cümlədən, qızıl-zinət əşyalarını, geyim əşyalarını və pal-paltarlarını aparmışdır. Artıq iki ildir ki, ayrı yaşayırlar və nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Birgə nikahdan dünyaya gələn qızı X2 anası İddiaçı ilə qalmağına və yetkinlik yaşına çatanadək onun saxlanması üçün 500 manat məbləğində aliment ödəməyə etiraz etmir, bu şərtlə ki, ödədiyi alimentin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq onun, yəni aliment ödəyənin tələbi ilə 50 faizədək olan hissəsi qızının adına açılmış bank hesabına köçürülsün. Belə ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə görə məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.” Tərəflər məhkəməyə qədər ilkin mediasiya prosesində iştirak etmişlər. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Həmçinin, 60 manat məbləğində mediasiya xərci tərəfindən ödənmişdir. Bunu təsdiq edən Bakı 2 saylı Mediasiya Təşkilatının 09 iyul 2024-cü il tarixli, MSB\2-00662 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışı hazırki iddia ərizəsinə əlavə edir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin, AZEMİS - Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, Cavabdeh nikahın pozulması tələbinə etiraz edərək iddia tələbini həmin hissədə qəbul etmədiyini, nikahın pozulması, ailəsinin dağılması üçün aralarında ciddi problemlər olmadığını, birgə nikahdan anadan olmuş övladının, həmçinin, hər ikisinin gələcəyi baxımdan ailənin saxlanması və birgə yaşamaqlarının mümkün olduğunu bildirərək, barışıq üçün təkrar əlavə vaxt verilməsini xahiş etmişdir. Məhkəmə, işə birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. İkinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, İddiaçı onun anasının dayısı nəvəsi olmaqla qohumdurlar. 2022-ci ilin iyun ayında nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuş və 4 ay evli olmuşlar. İddiaçı 2022-ci ilin dekabr ayında ona xəbər etmədən evi tərk etmişdir. Belə ki, dekabrın 26-sı uşaqları olacağı üçün həkim qəbuluna yazılmışlar, lakin, işdən gələn zaman Qönçənin çıxıb getdiyini və evdə heç kimin olmadığını görmüşdür. Qönçənin atası ona zəng edərək Qönçənin orada olduğunu bildirmişdir. Öz aralarında söz-söhbət olsa da, Qönçənin evi tərk etməsi üçün nə şiddət göstərmiş, nə də onu təhqir etmişdir. Sonradan ona məlum olmuşdur ki, iddiaçı öz ana və atasının razılığı ilə getmişdir. Şəxsən ailəsinin adından arvadının ona demədən evdən çıxıb getməsini utancverici hal hesab edir. Uşaq doğulduqdan 3 gün sonra ona övladının dünyaya gəldiyini xəbər etmişlər. Ondan sonra valideynləri və bacısı da danışıq üçün getsə də nəticə verməmişdir. Artıq İddiaçı ilə 3 ilə yaxın müddətdir ki, ər-arvad münasibətləri yoxdur. Gəncə Şəhər Məhkəməsinin e-16(125)-164/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərardadı ilə, müvəqqəti aliment təyin edilmiş və hal-hazırda əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulur. Alimentin onun əmək haqqınınn ¼ hissəsi miqdarında tutulması ilə bağlı heç bir etirazı yoxdur. Sonuncu dəfə uşağı ad günündə görmüşdür. Lakin düzgün münasibət olmadığından və uşağı ilə ünsiyyəti ilə bağlı hər hansı probemlə qarşılaşmamaq üçün hesab edir ki, gələcəkdə uşaqla ünsiyyət məsələsi də məhkəmə qaydasında həll edilməlidir. Bu səbəbdən hazırkı icraat üzrə uşaqla ünsiyyətlə bağlı məsələyə qiymət verilməməsini istəyir. İddia tələbini uşağın 3 yaşına çatanadək analıq haqqı kimi hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması hissəsində qəbul etmir. Belə ki, İddiaçı işləməklə özü əmək haqqı alır və onun əmək haqqından tutulan ¼ hissədə aliment kifayət qədər yüksək məbləğ olmaqla uşağın saxlanması üçün yetərlidir. Odur ki, birinci iddianın qismən, ikinci iddianın isə tam təmin edilməsini məhkəmədən xahiş edir.
8. İkinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh etibarnamə üzrə nümayəndəsi (“Ədalət” Vəkil Bürosunun vəkili) Vəkil təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, İddiaçı barışıq üçün cəhd etməməsinə, habelə Cavabdeh barışmaq üçün etdiyi cəhdlərə məhəl qoymamasına, həmçinin heç bir məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq, AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə ünvanlayaraq, barışmaq istədiklərini bildirməsinin heç bir məntiqi əsası yoxdur. Ona görə də məhkəmə tərəfindən barışıq üçün əlavə vaxtın verilməsi lüzumsuzdur. Odur ki, birinci iddianın qismən, ikinci iddianın isə tam təmin edilməsini məhkəmədən xahiş edir.
9. Məhkəmə, ikinci iddia üzrə iddiaçını (birinci iddia üzrə cavabdeh) və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci və ikinci iddia tələbi qismən təmin edilməməlidir.
Əsaslandırıcı hissə: b) Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
10. AZ-İİ seriyalı, 510246 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 25 iyun 2022-ci il tarixdə Səadət Sarayı (Bakı Nikah Evində) bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 iyun 2022-ci il tarixdə 913 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə- Hüseynli, arvada-Hüseynli soyadı verilmişdir.
11. AZ-İV seriyalı, 884313 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır.
12. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG/1-01257 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “aliment, əmək haqqının 1/4-nə yönəldilməsi və uşağın 3 yaşına çatana kimi saxlanılması ilə bağlı anaya baxım pulu verilməsi” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 29 iyun 2024-cü il tarixdə saat 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir.
13. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MSB/2-00662/2024 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş Cavabdeh “nikahın pozulması” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf İddiaçı mübahisə üzrə 09 iyul 2024-cü il tarixdə saat 11:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (50 manat ims xərci və 10 manat kargüzarlıq xərci) manat məbləğində xərci tam ödəmişdir.
14. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4380/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qərardadı ilə, birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası və cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı qarşı “nikahın pozulması” tələbinə mülki iş üzrə məhkəmə baxışı, ər-arvadın barışması üçün 03 (üç) ay müddət müəyyən edilməklə təxirə salınması qərara alınmışdır.
15. Gəncə Şəhər Məhkəməsinin e-16(125)-164/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərardadı ilə, şikayət təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 16(125)-164/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarixli qərardadı qismən – müvəqqəti alimentin tutulması hissəsində ləğv edilməsi, ərizənin müvəqqəti alimentin tutulması hissəsində tam təmin edilməsi və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər nikahlarını 25 iyun 2022-ci il tarixində rəsmi qeyd etdirməklə ailə qurmuşlar, həmin nikahlarından xx.xx.2023cü il təvəllüdlü Arzum adında bir uşaqları doğulmuş, uşaq anasının yanında olmaqla tərəflər uzun müddətdir ayrı yaşayırlar və nikahları formal xarakter daşıyır. Birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı ikinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh uşağın saxlanması üçün ona maddi yardım göstərmədiyindən “aliment” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, tərəflər arasında razılıq əldə edilmədiyi üçün iddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin ikinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh nikahın pozulması tələbinə dair məhkəmədə iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin e- 2(125)-4455/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair e-2(125)- 4380/2024 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair e-2(125)-4455/2024 mülki işlə bir icraatda birləşdirilməsi və mülki iş üzrə icraatın e-2(125)- 4380/2024 nömrə altında davam etdirilməsi qərara alınmışdır. İkinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh nikahın pozulmasında israrlı olmuş, məhkəmə tərəfindən barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq iş üzrə tərəflər ailə münasibətlərini bərpa etməmişlər. İkinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh nikahın pozulmasında israrlıdır. Birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı sonuncu məhkəmə iclasında iştirak etməmişdir. İkinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh isə birinci iddianın qismən, ikinci iddianın isə tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin tərəflər arasında uşağın kimin yanında qalması və uşaq üçün ¼ hissədə alimentin atadan tutulması ilə bağlı mübahisə yoxdur.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə hesab edir ki, tərəflərin ailələrinin bərpası qeyri-mümkündür və nikahda olan şəxslər arasında əlaqə tamamilə itirildiyindən nikahın təməl prinsipi olan könüllülük prinsipi pozulmuş, məhkəmə tərəfindən tərəflərin barışması üçün üç ay vaxt verməsinə baxmayaraq ər-arvad arasında barışıq əldə olunmamış və uzun müddətdir ayrı yaşayırlar və bu səbəbdən ər-arvada barışmaları üçün əlavə vaxtın verilməsinin əhəmiyyəti yoxdur. İkinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) nikahın pozulmasında israrlı olduğundan Səadət Sarayı (Bakı Nikah Evində) 25 iyun 2022-ci il tarixində bağlanmış, 913 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
19. 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq üçün könüllü ittifaqıdır.
20. 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
21. 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur.
22. 21.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.
23. 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
24. Bundan əlavə məhkəmə diqqətəlayiq olan digər halları nəzərə alıb, birgə nikahdan doğulmuş uşağın xeyli vaxtdır atasından ayrı olmaqla anası ilə birlikdə yaşamasını və uşağın ana qayğısına daha çox ehtiyacı və ona bağlı olmasını, tərəflər arasında uşağın kimin yanında qalması ilə bağlı mübahisənin olmamasını nəzərə alaraq hesab edir ki, nikah məhkəmə qaydasında pozulduqdan sonra xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında saxlanılmalıdır.
25. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
27. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
28. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
29. 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
30. 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
31. 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
32. 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
33. 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
34. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
35. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
36. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir.
37. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
38. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.
39. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.
40. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir.
41. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşağı saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını və ikinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı tələb etdiyi aliment məbləği ilə razılaşmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməlidir.
42. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
43. 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadıqlarından və azyaşlı uşaq anasının yanında olduğundan, alimentin tutulması iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni 15 iyul 2024-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir.
44. 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 84.2.4-cü maddəsinə görə 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.
45. İddia tələbinin birgə nikahdan doğulmuş uşağın 3 yaşına çatanadək cavabdeh olan ərdən 300 (üç yüz) manat sabit pul məbləğində alimentin arvadın xeyrinə tutulması hissəsini qiymət verərək, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən aydın olur ki, zəruri vəsaitə malik olan tərəf digər tərəfə aliment ödəməlidir. Lakin hazırki iş üzrə cavabdeh olan ərin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir və Cavabdeh daha artıq miqdarda aliment ödəmək iqtidarında deyildir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan görünür ki, İddiaçı “DNK Məhdud Məsuliyyətli Cəmiyyətində” işləməklə, 200 manat əmək haqqı alır. Belə olduğu halda məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir.
46. Məhkəmə daha sonra ikinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh ödənilən aliment məbləğinin 50 faizinin X2 adına açılmış bank hesabına köçürülməsi hissəsinə qiymət verərək qeyd edir ki, Cavabdeh sözügedən tələbi qətnamənin icrası qaydasında - icra icraatı mərhələsində baxılmalı olan məsələ olduğundan hazırki icraatında baxıla və təmin edilə bilməz.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
48. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
50. Məhkəmə hesab edir ki, birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı tərəfindən ödənilmiş xərclər İddiaçı, ikinci iddia üzrə iddiaçı (birinci iddia üzrə cavabdeh) Cavabdeh xərclər isə Cavabdeh aid edilməlidir.
51. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir.
52. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
53. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.
54. Bu baxımdan tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilsin. 15 iyul 2024-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qalan hissədə təmin edilməsin. Birinci iddiaya dair mülki iş üzrə məhkəmə xərcləri İddiaçı aid edilsin. Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixində Səadət Sarayı (Bakı Nikah Evində) bağlanaraq, 913 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılsın. Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası qalan hissədə təmin edilməsin. İkinci iddiaya dair mülki iş üzrə məhkəmə xərcləri Cavabdeh aid edilsin. Tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov