Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1467/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 və, Cavabdeh nümayəndəsi (anası) Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 manat məbləğində pulun, məhkəməyə ödədiyi 34 manat dövlət rüsumunun, hüquqi yardımla bağlı ödənilən 600 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh yoldaşı X1 dayısı oğludur. 2021-ci ilin fevral ayında Cavabdeh 1900 manat borc pul vermişdir. Pulunu bir neçə ay ərzində ödəməyi öhdəsinə götürsə də, müxtəlif bəhanələr gətirərək pulun ödənişindən yayınırdı. Məcburiyyət qarşısında qalaraq ondan işlədiyi hərbi hissəyə şikayətlər verdi. xx.xx.2024-cü il tarixədək bütün borcunu bağlamağı öhdəsinə götürdü. Bundan sonra aşağıdakı qaydada ödənişlər etmişdir: xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, Hal-hazırda Cavabdeh ona ödənilməmiş 1500 manat borcu qalmışdır. Məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iştirak etmiş, iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iştirak etmiş, iddiaçının iddia etdiyi 1400 manat məbləğində borcun onun deyil, anasının borcu olduğunu, buna baxmayaraq, həmin borcu özü ödəyəcəyi barədə iddiaçıya söz verdiyini, maddi imkanlarının olmaması səbəbindən borcu ödəyə bilmədiklərini, borcu ödəyəcəklərini bildirmişdir. Məhkəmənin sonuncu iclasına Cavabdeh gəlməmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirak etmiş, borcun mövcudluğunu mübahisələndirməyərək, maddi imkanlarının olmaması səbəbindən borcu ödəyə bilmədiklərini, borcu hissə-hissə ödəyə biləcəklərini bildirmişdir. Məhkəmə məhkəmədə iştirak etmiş şəxslərin izahatlarını dinləyib hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Göründüyü kimi MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə qeyd edir ki, baxılan işdə cavabdeh və onun nümayəndəsi olan anası iddiaçıya 1400 manat məbləğində borcun olmasını etiraf edərək, borcu hissə-hissə ödəyə biləcəklərini bildirmişlər. Beləliklə, məhkəmədə hər iki tərəfin verdiyi izahatlardan işin faktiki halları kimi müəyyən olunur ki, cavabdehin iddiaçıya 1400 manat məbləğində borcu mövcuddur və cavabdeh tərəf həmin borcun ödənilməsinə etiraz etmir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1400 manat borc tutulmalıdır. Bundan başqa, iş materiallarından və xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1 ilə müqavilə bağlamış və həmin müqaviləyə uyğun olaraq, xx.xx.2025-cİ il tarixdə vəkil Nümayəndə1 hesabına 600 manat məbləğində pul köçürmüşdür. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı 34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, hüquqi yardımım göstərilməsi ilə əlaqədar iddiaçının ödədiyi 600 manat məbləğində pulun və 34 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində pul, hüquqi yardımla bağlı ödənilən xərcin əvəzi kimi 600 (altı yüz) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34 (otuz dörd) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Bu qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-1467/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1467/2025
20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver