Məhkəmə qərarları › İş №e-2(125)-1751/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1751/2025

17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1751/2025 17.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü ildə anadan olmuş Cəfərova Nurlana adlı uşağın atalığının məhkəmə qaydasında müəyyən olunub, uşağın atası Sərxanın “Alıyev” soyadını daşıması və bu barədə Qeydiyyat şöbəsində sənədləşmə aparılaraq uşağına şəhadətnamə verilməsinin müvafiq Qeydiyyat şöbəsinə həvalə edilməsinə və hər ay cavabdehin qazancın və başqa gəlirlərindən sabit pul məbləğində 246 (iki yüz qırx) manat alimentin tutulub azyaşlı Nurlananın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixdə Gəncə Məkan şadlıq sarayında toy edərək onunla evlənmişdir. Ancaq nikahlarını cavabdehin təqsiri və anasının təzyiqləri nəticəsində rəsmi qeyd etdirməmişdir. İddaçı cavabdeh ilə faktiki ər-arvad kimi birgə yaşadıqları müddətdə 25 noyabr 2024-cü il tarixdə Gəncə Şəhər Birləşmiş X9 şəxsi Tibbi Ərazi Bölmələrinin X3 adlı bir qız uşağı anadan olmuşdur. Uşaq sağlamdır və hazırda onun yanında yaşayır. Uşaq dünyaya gələndən sonra cavabdeh və qayınansı onunla maraqlanmamış, uşağına soyadını vermədiyindən məcbur olub öz soyadına doğum haqqında şəhadətnamə çıxartmışdır. Həmin vaxtdan ailə münasibətləri pozulmuşdur. Cavabdehin onunla faktiki ər-arvad kimi birlikdə yaşadığını şahidləri və toy fotoşəkilləri təsdiq edə bilər. Cavabdeh iddiaçı və azyaşlı uşağı ilə maraqlanmır və onunla müvafiq qeydiyyat şöbəsinə getmir ki, uşağıının doğum şəhadətnaməsində ata soyadı qeyd olunsun. Uşağın atası olan Cavabdeh qazanc əldə etməsinə, fərdi əməklə məşğul olmasına və evə qazanc gətirməsinə baxmayaraq azyaşlı uşağına baxmır, valideynlik borclarını qəsdən yerinə yetirmir. Halbuki, qanunla uşaqları saxlamaq valideynlərin borcu sayılır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı ona qarşı “atalığın müəyyən edilməsi və aliment tələbi” ilə məhkəmədə iddia qaldırmışdır. O, atalığın verilməsi və uşağın onun soyadını daşımasına etiraz etmir. Lakin, hesab edir ki, uşağa 246 manat sabit pul məbləğində aliment tutulması tələbi əsassızdır. Əvvəla onların ayrılmasının səbəbkarı iddiaçının özüdür. İkincisi, o, iddiaçıdan öncə ailəli olmuşdur və bu nikahdan iki azyaşlı övladı var. 2018-ci ildə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsinə əsasən boşanmışlar və xx.xx.2018-ci il tarixdən etibarən azyaşlı övladları Mədinə və İlhamın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin, atası ağır ürək xəstəsidir və şəkərli diabet xəstəliyindən əziyyət şəkir. Nə iş qabiliyyəti var, nə də ki, əlillik pensiyası təyin edilmir. Onun bütün müayinə və müalicə xərclərini özü çəkir. Atasının xəstəliklərinə aid olan Azərbaycan Tibb Universitetinin X2 təqdim etdiyi epikrizin surətini də işə əlavə etmişdir. O, “Kontakt Home” mağazasında sürücü işləyir və aylıq maaşı 434 manatdır. Qarabağ müharibəsi iştirakçısı kimi 80 manat müavinət alır. Qeyri-rəsmi heç bir gəliri yoxdur. Aylıq maaşının 240 manatını yuxarıda qeyd etdiyi kimi aliment ödənişinə verir. Cavabdehin tələb etdiyi 246 manat aliment məbləğini də ödəyəcəyi təqdirdə o, yaşam “dilemması” qarşısında qalır. Odur ki, iddiaçının uşağın saxlanılması üçün ondan 246 manat aliment tələb etməsinə dair ərizəsinin qismən təmin edilməsi və uşağın saxlanması üçün ondan iddiaçının xeyrinə 100 (bir yüz) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə etdi ki, tərəflərin faktiki nikahından birgə yaşadıqları dövrdə 25 noyabr 2024-cü il təvəllüdlü X4 doğulmuşdur. Uşaq hazırda anasının yanındadır. Uşağın anadan olmasına baxmayaraq cavabdeh bugünədək uşağı və ailəsi ilə maraqlanmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, iddiaçıdan doğulmuş 25 noyabr 2024-cü il təvəllüdlü X1 atasıdır, bununla bağlı heç bir mübahisəsi yoxdur. İddiaçı ilə faktiki ailə qurduqdan 1 ay sonra iddiaçı səbəbsiz olaraq evi tərk edib getmiş, uşaq doğulandan sonra ona zəng edərək uşağının olduğunu bildirmişdir. Ancaq uşağın saxlanılması üçün iddiaçı tərəfindən tələb olunan alimentin miqdarı ilə razı deyil. Belə ki, onun iddiaçıdan qabaq ailəsi olmuş, həmin rəsmi nikahdan iki uşağı doğulmuşdur. Hazırda həmin uşaqlar üçün ayrılıqda 120 manat olmaqla, ümumilikdə 240 manat aliment ödəyir. Həmçinin atası xəstə olduğu üçün işləmir, buna görə də evin bütün xərclərini özü qarşılamaqla, xəstə atasına da özü baxır. Hazırda “Kontakt home” şirkətində sürücü işləyir, əmək haqqı 434 manatdır. Odur ki, uşağın saxlanması üçün ondan iddiaçının xeyrinə 120 (bir yüz iyirmi) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-V seriyalı, 069223 nömrəli, xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 noyabr 2024-cü il tarixdə Gəncə şəhərinin Kəpəz rayonunda anadan olmuşdur. Anası İddiaçıdır, doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. Həmçinin iş materiallarına xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əvəzləmə kartı Doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatı əlavə edilmişdir. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahdan olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə qeyd edir ki, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s. Atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar isə hazırki işdə mövcuddur. İşin hallarından göründüyü kimi, iddia tələbi atalığın müəyyən edilməsi hissəsində cavabdehin özü tərəfindən etiraf edilmişdir və cavabdeh bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin birgə yaşaması iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin izahatları ilə yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə də təsdiq olunur. Həmin fotoşəkillərdən tərəflərin toy şənliyinin keçirildiyi görünür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına görə tərəflər faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Birgə faktiki nikahdan bir uşaq – 25 noyabr 2024cü il təvəllüdlü X4 doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının» 6.19-cu bəndinə görə VVADQ orqanı və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar atalığın müəyyən edilməsi tələbi hissədə cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə ərizə verildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olmasının və onların faktiki nikahlarından 25 noyabr 2024-cü il tarixdə Nurlana adlı uşaqlarının anadan olmasının iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatları ilə təsdiq olunması işin mötəbər sübutu kimi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və uşağın atasının “Cavabdeh” olması və uşağın anasının yanında qalması müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda iddianın alimentin tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdeh yetkinlik yaşına çatmamış Nurlananın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. İş materiallarına Azərbaycan Tibb Universitetinin X7 tərəfindən Cavabdeh atası X5 verilmiş xx.xx.2023-cü il tarixli epikriz əlavə edilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3348/2018 nömrəli, 23 oktyabr 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlılar Mədinə və İlham anaları X6 yanında qalmalı, Cavabdeh xx.xx.2018-ci il tarixədn etibarən azyaşlılar Mədinə və İlhamın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin sabit pul məbləğində tutulması əsasları və qaydası Ailə Məcəlləsinin 78.1ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd edilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə hər ay üçün 180 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalı, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli aliment barədə ərizənin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir və bunun səbəbinin üzrlü olması iş materiallarından görünmür. Bu halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək həmçinin hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi qiymətləndirilməyən iddia olduğuna və iddia əsasən əsaslı olduğuna görə, iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx xxx 1994-cü ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş Cavabdeh (Ş/V Fin: xxxxxxx) İddiaçı 25 noyabr 2024-cü il tarixdə doğulmuş X1 atası olması müəyyən edilsin. Qətnamə doğum haqqında akt qeydlərində Cavabdeh 25 noyabr 2024-cü il tarixdə Gəncə şəhərinin Kəpəz rayonunda anadan olmuş X1 atası kimi qeyd edilməsinə əsasdır. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinə görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar