Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2576/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sesli (Bağırova) Vüsalə Səfər qızının Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 atası Cavabdeh (bundan sonra – cavabdeh), anası Sesli (Bağırova) Vüsalə Səfər qızıdır (bundan sonra – iddiaçı). Sesli (Bağırova) Vüsalə Səfər qızı və X1 xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. İddiaçı Sesli (Bağırova) Vüsalə Səfər qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 2012-ci il təvəllüdlü X5 və 13 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay sabit pul məbləğində hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uşağın saxlanmasında çətinlik çəkir, cavabdeh isə maddi dəstək göstərmir. Cavabdeh tərəf məhkəməyə etiraz təqdim edərək, iddia ərizəsinin qismən təmin olunmasına hər uşaq üçün hər av 125 manat olmaqla ümumilikdə 250 manat aliment təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh onun oğludur. İddiaçı ilə qeyri-rəsmi yaşadığı barədə məlumatı olmuşdur. Lakin onların iddiaçının nə özü, nə də digər qohumları ilə heç bir əlaqələri olmamış, adət-ənənə, üzrə xeyir-şər mərasimlərində iştirak etməmişlər. İddiaçının aliment tələbinə dair ərizəsində qeyd etdiyi hallar, yəni, guya cavabdehin onları atıb getməsi, uşaqların tabeliyinə biganə yanaşması onların necə saxlanılmaları barədə maraqlanmadığı barədə olan qeydləri həqiqət əks etdirmir və ən azından yalandır. Həmçinin uşaqların saxlanılmasında maddi yardım göstərmədiyi üçün məcburiyyət qarşısında cavabdehdən məhkəmə qaydasında aliment tutulmasını tələb etməsi də yalandır. Şəxsən o, cavabdehə qarşı bu qədər insafsızcasına iddiaya qarşı söz tapa bilmir. Nəzərinizə çatdırıram ki, cavabdeh uşaqlara qarşı laqeyd olmamış, onlara daim maddi yardım göstərmişdir. Hətta cavabdeh Azərbaycanda işsiz olduğu dövrdə maddi vəziyyəti yaxşı olmadığından Rusiya Federasiyasında olan bir tanışının yanına gedərək, məhz uşaqlara vəsait göndərməyi nəzərdə tutulmuşdur. Hətta iddiaçı Türkiyə Respublikasında yaşayarkən uşaqları yoxlamaq üçün yanlarına getmiş və nəzərə çarpacaq qədər maddi yardım göstərmişdir. Eyni zamanda onu da bildirirəm ki, cavabdeh 2017-ci ildən başlayaraq, yəni ayrıldıqları vaxtdan indiyədək müxtəlif məbləğlərdə uşaqların saxlanılması üçün pul vəsaiti göndərmişdir. Bu barədə biz də 60 ədəddən çox ödəniş qəbzi mövcuddur. Aralarında olan razılaşmaya əsasən cavabdeh hər ay lazımı səviyyədə uşaqların saxlanılmasına görə pul göndərmişdir. Ancaq cavabdehin hal-hazırda hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat tələb etməsi insafsızlıqdır. İddiaçı ərizəsində qeyd edir ki, valideynlərin hər ikisi uşaqlarım saxlamağa borcludurlar. Bu yanaşmadan sonra 470 manat tələb etməsi izah etməyə çətinlik çəkirəm. Hal-hazırda Rusiya Federasiyasında baş verən hadisələr, müharibə şəraiti, on suzda çətin olan vəziyyəti daha da gərginləşdirmişdir. Ən ağrılı cəhəti isə inflyasiyadır. Əvvəlki maaş qədər hal-hazırda da eyni məbləğdədir. Onun gəlirlərində əksinə geriləmə getməkdədir. Hesab edirik ki, hər ay hər uşaq üçün real olaraq heç bir problemsiz 125 manat ödənilməsi daha məqsədə uyğundur. Çünki gəlirlərində heç bir fərq etməyən bir insandan verə bilməyəcəyi məbləği istəmək gələcəkdə icra məsələlərində problemlər yarada bilər Cavabdeh onsuz da məhkəmə qətnaməsi olmadan da həmin məbləği ödəmişdir. Hesab edirəm ki, iddiaçı cavabdehin vasitəsi ilə asan həvat tərzi keçirmək niyyətindədir. Cavabdeh əgər uşaqların daha normal saxlanılmasım təmin etmək istəyirsə, özü də hər hansı bir işə daxil olub istəyinə nail olması daha məqsədəuyğundur. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də müəyyən olunur ki. iddiaçı hal-hazırda başqa bir şəxslə rəsmi nikaha daxil olaraq ailə həyalı qurmuşdur. İddiaçı əgər uşaqların taleyi barədə fikirləşirdisə nə üçün uşaqların saxlanılmasını yeni həyat yoldaşından xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın qismən təmin edilərək hər uşaq üçün hər av 125 manat olmaqla ümumilikdə 250 manat aliment təyin olunmasını xahiş etmişdir Məhkəmə, işdə iştirak edənləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 5 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 180 manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq Sesli (Bağırova) Vüsalə Səfər qızına ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq Sesli (Bağırova) Vüsalə Səfər qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-2576/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2576/2024
23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver