Məhkəmə qərarları › İş №e-2(125)-3022/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3022/2025

12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3022/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmasına, mediasiya ödədiyi 55 manat xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyun ayının 24-də Cavabdehla rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Onunla rəsmi nikahlarından xx.xx.2022-ci il tarixdə Turqay adlı uşaqları olmuşdur. Bir müddət Turan ailəsinə yaxşı baxsa da, sonda müxtəlif bəhanələrlə evə hər hansı köməklik etməmişdir. Məcburiyyət qarşısında qalaraq ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmışdır. Gəncə Şəhər Məhkəməsininxx.xx.2022-ci il tarixli, 2(125)-1355/2022 saylı qətnaməsi ilə xx.xx.2022-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment və xx.xx.2022-ci təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 70 manat aliment tutularaq, ona ödənilməsi qət edilmişdir. Cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinin xüsusi təyinatlı bölüyünün polis nəfəri işləyir. 2023-cü il tarixdə erməni separatçılarına qarşı anti-terror əməliyyatı zamanı Cavabdeh da iştirak etmişdir. Əməliyyatdan qayıtdıqdan sonra gələrək barışmağa cəhd etmiş və barışmışdırlar. xx.xx.2024-cü il tarixdə Əli adlı oğlan uşaqları olmuşdur. Cavabdeh yenə ailəyə biganə yanaşmışdır. Ona görə də, məhkəmədə aliment tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, başqa nikahından da Elay adlı uşağı vardır. Onun saxlanılmalası üçün də əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulur. İddiaçı ilə nikahları pozulmamışdır, lakin yola gedə bilmədiklərindən ayrılmışdırlar. İki uşağın saxlanılması üçün əmək haqqının 1/3 hissəsi miqdarında aliment təyin edilməsinə etirazı yoxdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İV 743755 nömrəli və AZ-V 022262 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Turqay və xx.xx.2024-cü ildə Əli adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1355/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 70 manat aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00525 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci ildə, saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə 2 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1355/2022 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 70 manat aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra tərəflərin birgə nikahlarından xx.xx.2024-cü il tarixdə Əli adlı uşaqları anadan olmuşdur. İddiaçı iddia etmişdir ki, ikinci uşaqları da anadan olduğu üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulsun. Cavabdeh iddia tələbini qəbul edərək, etirazı olmadığını göstərmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3 cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1355/2022 nömrəli qətnaməsi ilə xx.xx.2022ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində təyin olunmuş alimentin məbləği dəyişdirilməli və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməklə, xx.xx.2022-ci ildə anadan olmuş X1 və xx.xx.2024-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1\3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. “Mediasiya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 55 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1355/2022 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində təyin olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2022-ci ildə anadan olmuş X1 və xx.xx.2024-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş 55 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar