Məhkəmə qərarları › İş №e-2(125)-3113/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3113/2024

15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3113/2024 15.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 70,4 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-də BA seriyalı 597044 saylı şəhadətnamə əsasında “Daşınmaz əmlakın icbari sığortası” növü ilə sığortalanmış X2 məxsus olan və sığortalı X4 tərəfindən icarəyə götürülmüş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində xx.xx.2016-cı il tarixində yanğın hadisəsi baş vermiş, nəticədə qeyri-yaşayış obyektinə maddi zərər dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş dəymiş zərərin hesabatına əsasən, yuxarıda qeyd olunan qeyri-yaşayış obyektinə 5100 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. 1323/F/G/CFİ- 072/2016-2017 saylı sığorta aktı əsasında 100 manat azadolma məbləği çıxılaraq faydalanan şəxsə ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR FHN Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında qeyd edilmişdir: “Beləliklə, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspertiza rəyləri ilə və digər sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh icarə müqaviləsi əsasında istifadəsində olan Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən dönərxanada üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.4, 1.5-1.5.1, 1.5-1.5.3 bəndlərinin tələblərini pozaraq istifadəsində olan dönərxanada yanğın təhlükəsizliyini təmin etməmiş və elektrik qurğularının sazlığına nəzarət etməmişdir. Bu səbəbdən də xx.xx.2016-cı il tarixdə, saat 03 radələrində dönərxananın elektrik naqillərində yaranmış elektrotexniki qəza halından yanğın baş vermiş, nəticədə dönərxana, qonşuluqda yerləşən “Eurolux” elektrik avadanlıqlarının satışı mağazası və qəzet köşkü içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız hala düşmüş, qabqacaq satışı mağazası və içərisindəki bəzi əşyalar isə qismən yanğına məruz qalmışdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə,subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən,faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar ASC tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, bugünədək ASC-yə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (anası) Nümayəndə3 iddiaya etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarına əlavə edilən, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1337/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərarının surətindən müəyyən edilir ki, İddiaçı ASC eyni cavabdehə- Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə məhkəməyə müraciət edərək, Cavabdeh 1029 manat məbləğində vurulmuş zə\rər və dövlət rüsumu üçün ödənilmiş 30,29 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış, fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. İddiaçı ASC hüquqi şəxs, Cavabdeh isə vergi ödəyicisi kimi qeydiyyatda olduğundan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1337/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş baxilması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin həmin işdə gəldiyi nəticə ondan ibarət olmuşdur ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri məhz cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır və bu iddiaya Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə də eyni tərəflər arasında olan mübahisədir və hər iki iddia xx.xx.2016-cı il tarixdə baş vermiş yanğın hadisəsi ilə bağlı İddiaçı ASC tərəfindən verilən ödənişlərin subroqasiya qaydasında geri alınması barədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar