Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3143/2024 09.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xərclənməmiş 31382 manat pul məbləğinin birdəfəlik uşağın bank hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızından xx.xx.2014-cü il təvəllüdlü Elnurun yetkinlik yaşına çatanadək saxlanılması üçün onun tərəfindən ödənilmiş pulun xərclənməmiş 31382 manat pul məbləğini birdəfəlik xx.xx.2014-cü il təvəllüdlü X5 mövcud, yaxud yeni açılacaq bank hesabına ödənilməsini və yaxud da, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək İddiaçı himayəsində olduğu dövrdə hər ay 313,82 manat pul məbləğinin cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızından tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ərizə təqdim edərək Namazova (Bayramova) Nərmin Nərmayıl qızından X5 yetkinlik yaşına çatanadək onun tərəfindən ödənilmiş 40000 manat nəgd pulun xərclənməmiş hissəsi 31382 manat pulun cavabdehdən tutularaq Bağırzadə Elnurun hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızı ilə nikahlarını xx.xx.2013-cü il tarixdə X18 rəsmiləşdirməklə ailə qurmuşdur, birgə nikahdan 04 avqust 2014-cü il təvəllüdlü Elnur adlı övladları doğulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 2372/2019 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, 04 avqust 2014-cü il təvəllüdlü Elnurun anası Namazova (Bayramova) Nərmin Nərmayıl qızının yanında qalması və 04 avqust 2014-cü il təvəllüdlü Elnurun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixindən 04 avqust 2014-cü il təvəllüdlü Elnurun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2372/2019 nömrəli qətnaməsi icrası üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Onun tərəfindən övladı 04 avqust 2014-cü il təvəllüdlü Elnurun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat hesablanmaqla 28800 manat pul etməsinə baxmayaraq, qarşı tərəf Namazova (Bayramova) Nərmin Nərmayıl qızı ilə qarşılıqlı razılaşmalarına əsasən gələcəkdə inflyasiyanı nəzərə almaqla 40000 manat pul ödənilmişdir. Buna görə də Sumqayıt şəhəri üzrə İcra İdarəsi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 saylı, 15 avqust 2019-cu il tarixli icra sənədi üzrə işin icraatına xitam vermişdir. Namazova (Bayramova) Nərmin Nərmayıl qızı 2020-ci ildə yenidən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə onun SOCAR-da işlədiyini və əmək haqqının yüksək olmasını (2500 AZN ) əsas gətirərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 saylı, 15 avqust 2019-cu il tarixli icra sənədi üzrə işin icraatına xitam qərarını ləğv olunaraq, 04 avqust 2014-cü il təvəllüdlü Elnurun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun əmək haqqının 1/4 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(043)-2337/2020 nömrəli qətnaməsində Namazova (Bayramova) Nərmin Nərmayıl qızının 04 avqust 2014-cü il təvəllüdlü Elnurun yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tam ödəndiyi üçün aliment tələbinə dair iddası təmin edilməmişdir. Namazova (Bayramova) X9 Şəhəri Kəpəz Rayon Məhkəməsi qətnaməsindən narazı qalaraq Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi qətnaməsindən şikayət vermişdir. 27 oktyabr 2020-ci il tarixində Gəncə Apelyasiya Məhkəməsi (2(104)-3519/2020) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Namazova (Bayramova) X9 Apellyasiya Məhkəməsinin qərarından narazı qalaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi (2(102)-2984/2021-ci il) xx.xx.2021-ci il tarixində Gəncə Apellyasiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixindəki qətnaməsini qüvvədə saxlamışdır. Sumqayıt şəhərində yaşamasına və alimentin tam ödənilməsinə baxmayaraq övladı ilə mütəmadi ünsiyyətdə olaraq Elnuru Sumqayıt şəhərinə evlərinə aparmış, bir neçə gündən sonra anasının yanına gətirmişdir, Elnur ilə işdə olmadığı müddətdə Gəncə şəhərində övladı ilə görüşərək bütün maddi ehtiyacları onun tərəfindən ödənilmişdir. Elnur 2021-ci ildə yanına gələn vaxt anası Nərminin onu evdə döydüyünü demişdir. X10 sözlərinə əhəmiyyət verməmişdir. 2022-ci ilin yanvar ayında anası Minəxanım ona Nərminin anası Zümrüdün zəng vuraraq Elnurun xəstələndiyini və həkimə ehtiyacı olduğunu bildirmişdir. O da bundan sonra Gəncə şəhərinə gedib oğlu Elnur Bağırzadəni Bakı şəhərinə gətirmiş, Elnuru Sumqayıt şəhərində müayinə etdirdikdən sonra yenidən müalicə üçün Gəncə şəhərinə, anası Nərminin yanına aparmışdır. Elnura Gəncə şəhərində psixoloq tutaraq müalicəyə başlamışdır, Elnur bir müddət Gəncə şəhərində psixoloqun yanına getdikdən sonra Nərminin anası Zümrüd Elnuru psixoloqun yanına getməyə qoymamışdır. 2022-ci ilin 17 mart tarixində oğlu Elnur Bağırzadə nənəsi Zümrüdün mobil telefon nömrəsi ilə ona zəng vuraraq onu yanına aparmasını istəmişdir. Bundan sonra o, Gəncə şəhərinə gedib Elnuru Bakı şəhərinə yanına gətirmişdir, Elnur xx.xx.2023-cü il tarixindən onun himayəsindədir, Sumqayıt şəhərində təhsil alır. Elnur Bakı şəhərinə gəldikdən sonra nitqində problemlər yaranmış və qorxusundan danışmamışdır. Bundan sonra Elnuru Sumqayıt şəhərində psixoloqun yanına aparmış, bir neçə seansdan sonra Elnur danışmağa başlamışdır. Həmin vaxt Elnur nənəsi Minəxanıma anası Nərminin onu döydüyünü, Nərminin yanına gələn Həsən adlı şəxsin ona qarşı əxlaqsız hərəkətlər etdiyini, yəni öz cinsiyyət orqanını Elnura öpdürdüyünü, barmaqları ilə arxa keçəcəyini ovduğunu bildirmişdir. Anası bu barədə ona dedikdən sonra, özü Elnurla söhbət etmiş və Elnur ona olanları, yəni Həsənin onu cinsiyyət orqanından öpdürdüyünü, barmağını arxa keçəcəyinə soxduğunu və arxa keçəcəyini barmağı ilə ovduğunu bildirmişdir. Həmçinin Elnur ona Həsənin onu mütəmadi olaraq döydüyünü və incitdiyini bildirmiş, bundan sonra o, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X5 cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixində (e-2(125)-162/2023) iddianı təmin edərək, tərəflərin nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 atası İddiaçı yanında qalması barədə qətnamə çıxarmışdır. Cavabdeh Namazova (Bayramova) X9 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından narazı qalaraq Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixində (2(104)-1018/2023) cavabdeh Bayramova (Namazova) Nərmin Nərmayıl qızının apellyasiya şikayətini təmin etməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-162/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın qətnaməsi çıxarmışdır. Cavabdeh Namazova (Bayramova) X9 Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından narazı qalaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixində (2(102)-3798/2023) Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1018/2023 nömrəli iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın, Cavabdeh kassasiya şikayəti təmin edilməsin, qərar qəbul edildiyi andan qüvvəyə minir qərarı qəbul etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinə müraciəti əsasında araşdırılmış Cavabdeh qeyri-rəsmi yaşadığı şəxs X13 ( X13 həmin müddətdə X6 ilə rəsmi nikahda olmuş, 2 azyaşlı övladları vardır, iş materiallarında olan AZ-İİ seriyalı 538274 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X4 arasında 24 noyabr 2022-ci il tarixdə nikah bağlanmışdır, nikah bağlandıqdan sonra ərə Namazov, arvada Namazova soyadı verilmişdir.) az yaşlı övladı X7 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib istintaqa cəlb edilərək işi məhkəmə istintaqı aparılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsi (1(125)- 132/2023) xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək məhkəmə istintaqı apararaq X8 14 yaşına çatmayan zərər çəkmiş şəxsə qarşı əxlaqsız hərəkətlər etməsini sübuta yetirərək xx.xx.2023-cü il tarixində X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızı ilə xx.xx.2019-cu il tarixində aralarında olan nikah pozulduqda 04 avqust 2014-cü il təvəllüdlü Elnurun 6 yaşı olmuşdur. 04 avqust 2014-cü il təvəllüdlü Elnurun yetkinlik yaşına çatması üçün 12 il 144 ay 28800 manat hər ay 200 manat sabit pul məbləğində aliment hesablanmışdır. Onun tərəfindən isə Elnurun yetkinlik yaşına çatması üçün cavabdehə 12 il 144 aya görə 40000 manat hər aya 278 manat pul ödənilmişdir. Elnur cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızının himayəsində 31 ay olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2372/2019 nömrəli qətnaməsində sabit pul məbləğini Elnurun yetkinlik yaşına çatanədək saxlanması üçün nəzərə alaraq qətnamə çıxarmışdır. X11 xx.xx.2023cü il tarixinədək Cavabdeh himayəsində olmuşdur. Elnurun baxılması üçün aliment xx.xx.2023-cü il tarixinədək 8618 manat təşkil edir .Cavabdehə ödənilmiş 40000 manatdan Elnurun cavabdehin himayəsində olduğu dövrü çıxdıqda 31.382 manat qalır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianıqəbul etməyərək izahatında göstərdi ki, iddiaçıı İddiaçı ilə nikahları 2019-cu ildə pozulmuş və uşaqları xx.xx.2014-cü il təvəllüdlü Elnurun saxlanması üçün 200 manat məbləğində aliment kəsilmişdir. İddiaçı 2 ay aliment ödədikdən sonra barışmaq istəmiş və onlar barışmışdırlar. Bundan sonra İddiaçı kredit götürdüyünü, alimentə görə işində problem yaranacağını, işdən çıxarıla biləcəyini demiş və alimentdən imtinaya görə ərizə yazmasını istəmişdir. Ona 40000 manat pul verməmişdir. Notarial qaydada ərizə yazdıran vaxt onu videoya çəkmiş, ancaq pul verdiyi vaxt videoya çəkməmişdir. “Nəyə görə pulu verəndə də çəkməmişdir?” İddiaçı hər şeyi qısqanclıq zəminində etmiş, ona təsir göstərmiş, notarial qaydada ərizələr yazmağa məcbur olmuşdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil cavabdehlə eyni məzmunda çıxış edərək göstərdi ki, iddia tələbi əsassızdır. Həmin 40000 manat pulun İddiaçı tərəfindən cavabdehə verilməsi ilə bağlı nə görüntü, nə də qəbz vardır. Həmin məbləğ İcra İdarəsinin depozit hesabına köçürülməli idi. Pulun verilməsini təsdiq edən heç bir sənəd yoxdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 330405 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində pozulmuşdur. AZ-T 194221 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin bircə nikahlarından xx.xx.2014-cü ildə X11 anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, MŞS-MT030-2024-00669 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Namazova (Bayramova) Nərmin Nərmayıl qızı xx.xx.2024-cü il tarixdə, saat 11:30-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya xidmətinin göstərilməsinə görə 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-162/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı uşağın atasının himayəsinə verilməsi tələbinə dair iddia təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 atası İddiaçı yanında qalması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 1018/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-162/2023 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)- 162/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3798/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1018/2023 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1018/2023 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2372/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsində başlanılmış icraat zamanı uşağa yetkinlik yaşına çatanadək ödənilməli olan aliment məbləğinin tamlıqla tələbkarın xeyrinə ödənildiyi, eləcə də tələbkarın müvafiq ərizəsi nəzərə alınmaqla, “İcra Haqqında” Qanunun 20.1.5-ci maddəsinə uyğun olaraq icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə müvafiq icra sənədi üzrə icraata xitam verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2337/2020 nömrəli mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 2372/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında X18 xx.xx.2013-cü il tarixdə 137 akt qeydi ilə bağlanılmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 X2 yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. -Sumqayıt şəhəri 1 saylı notariat ofisində 8İ-8563 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixində anadan olmuş azyaşlı oğlu X7 dair atası İddiaçı tərəfindən dekabr ayına kimi ödəməli olduğu aliment borcunun tam şəkildə ödənildiyini, İddiaçı ilə barışdıqlarına görə alimentlə bağlı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. -Sumqayıt şəhəri 4 saylı notariat ofisində 8İ-2094 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, X1 Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən İddiaçı tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X7 18 yaşına kimi təyin olunmuş alimentin tam ödənildiyini, İddiaçı qarşı heç bir şikayəti olmadığını göstərmişdir. -Sumqayıt şəhəri üzrə İcra İdarəsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, X4 borclu İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın 18 yaşı daxil olmaqla alimenti tam ödədiyindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilməsini xahiş etmişdir. -X4 tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış ərizədən görünür ki, X4 ərizəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixində İddiaçı aralarında razılaşmalarına əsasən 40000 (qırx min) manat məbləği birdəfəlik X5 18 yaşı tamam olanadək artıqlaması ilə ödəmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdən X5 18 yaşı tamam olanadək ödəniş hər ay 200 manat nəzərdə tutulmaqla 28800 manat təşkil edir. İddiaçı isə razılaşmalarına əsasən gələcəkdə aliment artımının, inflyasiya və digər səbəbləri nəzərə alaraq artıqlaması ilə 40000 manat birdəfəlik xx.xx.2019-cu il tarixdə ödəniş etmiş və artıq ödənilən 11200 manat məbləği heç bir zaman ondan tələb etmək hüququ olmayacaqdır. Buna görə də Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2372/2019 nömrəli icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. -Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2372/2019 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. -Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2337/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası təmin edilməmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-3519/2020 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2337/2020 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2337/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2984/2021 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-3519/2020 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-3519/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2372/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X5 X2 yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrası ilə əlaqədar iddiaçı (keçmiş borclu) İddiaçı uşağın 18 yaşına çatanadək saxlanması üçün birdəfəlik 40000 manat aliment ödəmişdir. Sonradan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)- 162/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X5 iddiaçı (atası) İddiaçı yanında qalması qət edilmişdir. İddiaçı iddia etmişdir ki, uşağı X5 yetkinlik yaşına çatanadək birdəfəlik ödədiyi 40000 manat alimentin uşağın cavabdehin yanında qaldığı müddət nəzərə alınmaqla, uşağın onun yanında qaldığı vaxtdan xərclənməmiş 31382 manat aliment pulu cavabdehdən alınaraq uşağın mənafeyi üçün uşağın bank hesabına ödənilməlidir. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz edərək iddiaçının ona təsir göstərərək notarial qaydada ərizələr yazmağa məcbur etdiyini və pulun verilməsini təsdiq edən heç bir sübut olmadığını göstərmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq tədqiq edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh etirazının əsası kimi iddiaçının ona təsir göstərərək notarial qaydada ərizələr yazmağa məcbur etdiyini və pulun verilməsini təsdiq edən heç bir sübut olmadığını göstərsə də, iddiaçının ona təsir göstərməsinin nədə ifadə olunması və bunun nə ilə sübut olunduğunu əsaslandırmamış, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla yanaşı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verildikdən sonra həmin qərarı mübahisələndirməmiş, yenidən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2337/2020 nömrəli qətnaməsi ilə cavabdehin (hazırki iddia üzrə İddiaçı) məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artıqlaması ilə və vaxtından əvvəl birdəfəlik ödəmə şəklində iddiaçıya ödədiyi müəyyən edildiyi üçün aliment tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi iddiaçı tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artıqlaması ilə və vaxtından əvvəl birdəfəlik ödənilmiş, lakin sonradan alimentin ödənilməsinə səbəb aradan qalxmışdır. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş artıq qalan məbləği iddiaçıya qaytarmalı olduğu halda hüquqi əsas olmadan özündə saxlamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 31382 manat pul alınaraq xx.xx.2014-cü il təvəllüdlü X5 bank hesabına ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 184,5 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 31382 (otuz bir min üç yüz səksən iki) manat pul alınaraq xx.xx.2014-cü il təvəllüdlü X5 bank hesabına ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184,5 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3143/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3143/2024
09.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver