Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3193/2025 18.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkili Nümayəndə Fərhad oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı digər valideynin razılığı olmadan yetkinlik yaşına çatmayan uşağın ölkədən getməsi üçün icazə verilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı digər valideynin razılığı olmadan yetkinlik yaşına çatmayan uşağın ölkədən getməsi üçün icazə verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan istənilən anda anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2013-cü ildən rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 2 övladları xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 anadan olmuşdular. Cavabdeh Gəncə şəhər Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan rəsmi nikah pozulmuşdur və rəsmi nikahda anadan olan yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında saxlanılmışdılar. Doğulduğu andan bu yana yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 iddiaçının himayəsində saxlanılır. Cavabdeh uşaqlar doğulandan bu yana zəruri ehtiyaclarının ödənilməsi üçün heç bir maddi köməklik etməmişdir. İddiaçı yay tətillərində özü ilə birgə istirahətə getmək istəyir, lakin uşaqlar yetkinlik yaşına çatmadığı üçün bu mümkün olmayacaq. Yetkinlik yaşına çatmayan övladları gələcəkdə təhsilləri ilə bağlı, həmçinin səhhəti üzrə kurort zonalarına müayinə və müalicəsi üçün və eyni zamanda uşaqların mənəvi inkişafı üçün onların xarici ölkələrə səyahət etmək zərurəti yaranır. Onlar bununla bağlı cavabdehdən notarial qaydada yazılı razılıq əldə etmək istəsələr də, cavabdeh bundan imtina edir. Buna görə də hesab edirlər ki, uşaqlara cavabdehin (digər valideynin) razılığı olmadan ölkənin hüdudlarından kənara çıxarılmasına razılıq verilməsi barədə qanunvericiliyin tələblərinə əsasən aidiyyati üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət edib qətnamə qəbul edilməliyik. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi, vəkili Nümayəndə Fərhad oğlu xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək catası Cavabdeh razılığı olmadan istənilən anda anası İddiaçı ilə birlikdə müvvəqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddiaya etiraz edərək, izahatında qeyd etmişdir ki, ikinci uşağın atalığını mübahisələndirir, ona görə də irəli sürülən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 adlarında yetkinlik yaşına çatmayan iki uşaqları vardır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1240/2023 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında olan rəsmi nikah pozulmuş, onların birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2002-ci il tarixdə anadan olmuş X1 valideynlərinin boşanmasından sonra anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2013-cü ildən rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 2 övladları-xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 anadan olmuşlar. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1240/2023 saylı qətnaməsi ilə həmin uşaqların valideynlərinin boşanmasından sonra anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış uşaqlarını özü ilə Azərbaycan Respublikasından kənara apara bilmir, çünki uşağı dövlət sərhədindən çıxarmaq üçün digər valideynin (atanın) razılıq ərizəsi tələb olunur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi haqlıdır. Belə ki, iddiaçının özü və yetkinlik yaşına çatmamış uşaqları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubdurlar və yaşayış yeri üzrə Gəncə şəhərində qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı müvəqqəti olaraq özü ilə uşaqlarını başqa ölkəyə aparmaq istəsə də, buna nail ola bilmir, çünki uşaqların atasının razılığını əldə edə bilmir. Nəticədə yetkinlik yaşına çatmamış uşaqlarının sərbəst hərəkət etmək azadlığı pozulur və o mənsub olduğu dövlətdən başqa ölkəyə sərbəst gedib-gələ bilmir ki, bu da onun hüquqlarının məhdudlaşmasına səbəb olur. Məhkəmə nəzərə alır ki, baxılan işdə uşaqların ölkədən gedə bilməməsi ataları Cavabdeh buna razılıq verməməsi ilə əlaqədardır. Həmçinin qeyd edilməlidir ki, atanın razılığı olmadan uşağın başqa ölkəyə getməsi uşağın öz mənafeyinə xidmət edir və burada atanın mənafeyi əleyhinə yönələ biləcək hal müəyyən olunmur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilmişdir ki, valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmə qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Bu kimi razılıq olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının 7.18 və 7.19-cu bəndlərində qeyd edilmişdir ki, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. Baxılan işdə məhkəmə hesab edir ki, Cavabdeh etiraz dəlilləri irəli sürülən iddianın rədd edilməsinə əsas vermir və məhkəmə belə qərara gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 adlı uşaqların anaları İddiaçı ilə birlikdə, ataları Cavabdeh razılığı olmadan, Azərbaycan Respublikasının hüdudlarından kənara müvəqqəti olaraq getmələrinə icazə verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-3193/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3193/2025
18.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver