Məhkəmə qərarları › İş №e-2(125)-335/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-335/2023

21.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-335/2023 21.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əsgərov Sərxan Eldar oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 oğunun, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “valideynin əlavə xərclərdə iştirakı” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarxdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlrlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 8.07.2015-ci il tarixli 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment xx.xx.2015-ci il tarixdən hesablanaraq İddiaçı tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(043)-7498/2018 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında 28 oktyabr 2013-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Bundan başqa, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmələr tərəfindən müəyyən olunmuş iki uşağa görə hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment hazırki vəziyyətinə görə həddindən çoxdur. Faktiki olaraq hər uşağa görə 1/4 hissə aliment tutulduqda iddiaçının qazancının yarısı alimentin tutulmasına yönəlir. Həmçinin Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi hər ay aliment tutulur. Sadalan maddi hüquq normaya görə hər uşağa görə iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimenin tutulması nəzərdə tutulmuşdur. Eyni zamanda İddiaçının maddi vəziyyəti də, nəzərə alınmalıdır. Belə ki, pandemiya ilə bağlı iddiaçının uçuşları azalmışdır, iddiaçı 14 May 2022-ci il tarixdən rəsmi kirayə müqaviləsi əsasında ayda 400 manat ödəməklə kirayədə qalır. Bundan başqa, iddiaçının aylıq qazancından və digər gəlirlərindən tutqular aparıldıqdan sonra onun Paşa Həyat Sığortaya 1843 manat borcu qalır. Nəticə etibarı ilə, iddiaçının aylıq qazancından bütün tutqular aparıldıqdan sonra əmək haqqından ona heç nə qalmır. Odur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-cı tarixli 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkınlik yaşına çatanadək saxlanılması üçün idddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “valideynin əlavə xərclərdə iştirak” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 600 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə cavabdeh İddiaçı 2013-cü ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə X10 doğulmuşdur. Cavabdeh ailəsinə baxmadığından iddiaçı məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3114/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment xx.xx.2015-ci il tarixdən başlayaraq İddiaçı tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə allə qurmuşlar. Birgə nikahdan xx.xx.2021 -ci il tarixdə X8 doğulmuşdur. Cavabdeh1 aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, X17 Rayon Məhkəməsinin 2(043)-1011/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinli yaşına çatanadək saxlanması üçün İddiaçı xx.xx.2022-ci il tarixd” başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh1 birgə yaşayır. Aliment tələbinin məqsədi hazırki iddia tələbini qaldırmaq olmuşdur. Onların birgə yaşaması məhkəməyə təqdim edilmiş vəsatət təmin olunduqdan və sübutlar əldə olunduqdan sonra sübuta yetiriləcəkdir. İddiaçı alimentin azaldılmasının əsası kimi əmək haqqının azalmasını qeyd etsə də, Cavabdeh2 aliment köçürülən bank hesabından çıxarışdan görünür ki, əmək haqqında artımlar olmuşdur. İddiaçı əmək haqqının azalmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Kirayədə yaşamasını əsas gətirsə də, bu onu göstərir ki, gəliri yüksəkdir ki, 400 manat məbləğində kirayə müqaviləsi bağlamışdır. Bundar başqa kirayə müqaviləsi üzrə ödənişin həyata keçirilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Kirayə müqaviləsini formal olaraq bağlamışdır. İddiaçı və digər cavabdeh tərəfindən olunan hərəkətlərin məqsədi Cavabdeh2 ödənilən alimentin miqdarının azaldılmasına nail olmaqdır. X10 aktiv uşaqdır. İdmanla məşğul olur. Məktəbdən sonra hazırlıq məşğələlərinə gedir. Cavabdeh2 yaşayış yeri olmadığı üçün uşağı ilə birgə kirayə yaşayır. Uşağı idmana və hazırlıq məşğələlərinə apardığı üçün heç bir yerdə işləmir. Uşağın bütün xərclərini xeyrinə ödənilən alimentlə qarşılayır. Bütün bunlar qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş arayışlarla öz sübutunu tapır. Bundan paşqa X10 ağciyər fibrozu xəstəliyindən, kəskin formada xroniki bronxitdən və ürək genişlənməsindən əziyyət çəkir, mütəmadi olaraq müalicə olunur. Bu isə Cavabdeh2 maddi cəhətdən çətinlik yaradır. Daim dərman alınmalı və uşaq həkim nəzarətində olmalıdır. Qeyd olunanlarla bağlı aylıq 600 manatdan yuxarı xərc çəkilir. Odur ki, qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsi, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 600 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddianın rədd edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müəyyən olunmuş alimentin miqdarının azaldılmasına dair iddia tələbinin Cavabdeh1 münasibətdə 1/6 hissədə təmin olunmasına etiraz etmirlər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 770500 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-114/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment xx.xx.2015-ci il tarixdən hesablanaraq İddiaçı tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(043)-7498/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında 25 oktyabr 2013-cü il tarixdə 1017 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AZ 372513 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 25 oktyabr 2013-cü il tarixdə 1017 saylı akt qeydi ilə bağlanmış nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(043)-7498/2018 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 14 may 2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı ayda 400 manat kirayə haqqı ödəməklə X2 məxsus ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan "xxxx" Aviaşirkəti MMC-nin arayışından görünür ki, İddiaçı 24 iyul 2009-cu il tarixdən "xxxx" Aviaşirkəti MMC İL-76 HG-nin naviqator vəzifəsində işləyir. 2022-ci il mart ayından 2023-cü il fevral ayınadək cəmi hesablanmış əmək haqqı 79253.89 manat təşkil etmiş, əmək haqqından 12 ay ərzində 17732.4 manat və 14299.8 manat aliment tutulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, X10 Təhsil RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi X13ndə futbol idman növü ilə məşğul olur. İş materiallarında olan ərizədən görünür ki, X10 həftənin 5 günü fərdi hazırlığa gedir və Cavabdeh2 hazırlıq üçün hər ay 60 manat pul ödəyir. İş materiallarında olan ərizədən görünür ki, X10 həftənin 3 günü fərdi hazırlığa gedir və Cavabdeh2 hazırlıq üçün hər ay 50 manat pul ödəyir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının Cavabdeh1 qızının və İddiaçı bankda kart hesabı mövcuddur. İş materiallarında olan Cavabdeh2 adına "xxxx" ASC-nin Gəncə filialında kart hesabı mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Əli Vəlizadə xx.xx.2023-cü il tarixdə X9 PHŞ X1 müayinə olunmuş və hazırda onda “Dəqiqləşdirilməmiş kəskin bronxit”in olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar Ə.Vəlizadənin ambulator müalicəyə (desloratadin, montelukast), hipoallergik pəhrizə və kəskinləşmə dövründə stasionar müalicəyə ehtiyacı vardır. Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığı qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı 2013-cü ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə X10 doğulmuşdur. Cavabdeh ailəsinə baxmadığından iddiaçı məhkəməyə müraciət etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3114/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment xx.xx.2015-ci il tarixdən başlayaraq İddiaçı tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə allə qurmuşlar. Birgə nikahdan xx.xx.2021 -ci il tarixdə Şakirzadə (Vəliyev) Kamil Rauf oğlu doğulmuşdur. Cavabdeh1 aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1011/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aylıq qazancından bütün tutqular aparıldıqdan sonra əmək haqqından ona heç nə qalmadığını qeyd etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-cı tarixli 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq, xx.xx.2021-ci il tarixdə anadan olmuş Şakirzadə (Vəliyev) Kamil Rauf oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi alimentin miqdarının dəyişdirilməsi, qarşılıqlı iddia tələbi isə valideynin əlavə xərclərə cəlb edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə qüvvədə olan Ailə Mcəlləsinin aliment və valideynin əlavə xərclərə ödənilməsinə cəlb edilməsini tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, ilkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, ailə qanunvericiliyi aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulmasını nəzərdə tutmuşdur. Hazırda iddiaçı 2 uşağa münasibətdə ayrı-ayrılıqda qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment ödədiyindən ümumilikdə 2 uşağa görə qazancının 2/4 hissəsində, yəni yarısı miqdarında aliment ödəyir ki, bu da məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 76.1-ci maddəsinənin tələblərinə uyğun deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment ödəməsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətinə uyğun olardı. Alimentin 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda tutulması nəticəsinə gələrkən, məhkəmə həmçinin tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması barədə qanunvericiliyin tələblərini də nəzərə alır. Belə ki, hazırkı vəziyyətdə iddiaçının aldığı əmək haqqını nəzərə alsaq, iddiaçının hər uşağa münasibət ödəyəcəyi qazancının 1/6 hissəsində aliment həmin uşaqların həm qanunla müəyyən edilmiş yaşayış minimumuna uyğun təminatına, həm də uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına imkan verir. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkınlik yaşına çatanadək saxlanılması üçün idddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş Şakirzadə (Vəliyev) Kamil Rauf oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq, xx.xx.2021-ci il tarixdə anadan olmuş Şakirzadə (Vəliyev) Kamil Rauf oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi müəyyən edilməlidir. Məhkəmə ilkin iddia tələbinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-cı tarixli 2(043)- 114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkınlik yaşına çatanadək saxlanılması üçün idddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarını azaldaraq, xx.xx.2021-ci il tarixdə anadan olmuş Şakirzadə (Vəliyev) Kamil Rauf oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbin həmin hissəsini xərclərinin çox olması ilə əsaslandırmışdır. Lakin məhkəmə hesab edir ki, tələbin həmin hissəsi ailə qanunvericiliyin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına dair tələbi ilə ziddiyət təşkil etməklə yanaşı, həm də, uşaqların maddi və mənəvi tələbatlarının təmin edilməsi baxımından məqsədəmüvafiq deyildir. Bu baxımdam ilkin iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Əli Vəlizadə xx.xx.2023-cü il tarixdə X9 PHŞ X1 müayinə olunmuş və hazırda onda “Dəqiqləşdirilməmiş kəskin bronxit”in olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar Ə.Vəlizadənin ambulator müalicəyə (desloratadin, montelukast), hipoallergik pəhrizə və kəskinləşmə dövründə stasionar müalicəyə ehtiyacı vardır. Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığı qeyd olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 600 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 müalicəsi üçün 600 manat xərcin tələb olunmasını, həmin xərclərin nədən ibarət olmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ilkin iddia qismən təmin edildiyindən mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehlərin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı Cavabdeh2, 25 manatı isə Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-114/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarı azaldılsın və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkınlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq Cavabdeh2, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(043)-1011/2022 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən olunmuş alimentin miqdarı azaldılsın və xx.xx.2021-ci il tarixdə anadan olmuş Şakirzadə (Vəliyev) Kamil Rauf oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 İddiaçı qarşı xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 müalicə xərcləri üçün cavabdeh İddiaçı hər ay 600 manat pulun alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddia üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı Cavabdeh2, 25 manatı isə Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar