Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3657/2025 02.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklara ¾ payın tanınması və kredit borcunun bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, evin 3/4 hissələri üzərində İddiaçı mülkiyyət hüququnun tanınması, birgə nikah dövründə "xxxx" ASC-dən götürülmüş və hazırda banka qalan 15000 manat kredit borcunun ½ hissəsinin ilkin iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə cavabdeh X1 ödənilməsi və digər tələblər üzrə ilkin iddia üzrə iddiaçı Cavabdeh tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinə əsasən işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilərkən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı vəsatət ünvanladığını göstərərək, Gəncə Şəhər Məhkəməsinin icraatında olan ailə münasibətlərindən yaranan mübahisə tələbinə dair e-2(125)-187/2025 nömrəli mülki işlə əmlak və kredit bölgüsü tələbinə dair e-2(125)-3657/2025 nömrəli mülki iş hüquqi və faktiki baxımdan bir-biri ilə sıx bağlı olduğundan həmin mülki işlərin birləşdirilərək bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh mülki işlərin birləşdirilərək bir icraatda baxılmasına etirazı olmadığını göstərdi. Gəncə Şəhər Məhkəməsinin icraatında olan e-2(125)-187/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "birgə nikah dövründə alınan əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə alınmış və cavabdeh İddiaçı adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 0,04 ha (yaşayış məntəqələrinin torpaqları təyinatlı) torpaq sahəsinin bərabər paylara bölünərək 1/2 hissədə onun və 1/2 hissədə cavabdeh İddiaçı payları müəyyən edilməklə, həmin paylara mülkiyyət hüquqlarının tanınması, Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində özbaşına inşa etdirdikləri 4 otaqlı, dəhliz, mətbəx, sanitar qovşaqdan ibarət, kürsülü, bir mərtəbəli fərdi yaşayış evinə sərf olunmuş ümumi vəsaitin bərabər paylara bölünərək ½ hissədə payının dəyərinin cavabdeh İddiaçı alınaraq ona ödənilməsi, birgə nikah dövründə alınmış "Chevrolet Aveo" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi əsasında satılmış avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunaraq, bazar dəyərinin müəyyən edilməklə dəyərinin aralarında bərabər paylara bölünərək 1/2 hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi, birgə nikah dövründə alınan kosmetoloji avadanlığa xərclənmiş 3000 manat, mətbəx mebeli - 2400 manat, künc divan, 8 nəfərlik qabaq stolu, televizor altı 4000 manat, yataq mebeli 3100 manat, 2 jurnal stolu - 500 manat, cəmi 13000 manat məbləğin ½ hissəsinin 6500 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmiş və mülki iş üzrə kompleks məhkəmə mühəndis-tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü iki iş bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in (bundan sonra:-MPM) 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 169.4-cü maddəsinə əsasən bu maddədə göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklara ¾ payın tanınması və kredit borcunun bölünməsi tələbinə dair iddia ərizəsi üzrə e-2(125)- 3657/2025 nömrəli mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə alınan əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə Gəncə Şəhər Məhkəməsinin icraatında olan e-2(125)-187/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin və birləşdirilmiş işə e- 2(125)-187/2025 nömrəsi verilsin. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3657/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3657/2025
02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver