Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3839/2025 15.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçının gəlin köçdüyü və cehiz əşyalarının olduğu cavabdehə məxsus və sahibliyində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə azyaşlı övladı olan X7 ilə birgə köçürülmələri və ümumi istifadə hüququnun verilməsi, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı müdafiə edərək, izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh el adəti üzrə toy edərək faktiki ailə münasibətlərinı daxil olsalar da, onlar arasında olan ailə münasibətləri rəsmiləşdirilməmişdir, yəni aralarında nikah qeydi olmamışdır. İddiaçı cavabdehlə faktiki ailə münasibətlərinə daxil olduqdan sonra Cavabdeh sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə cehiz əşyaları ilə birlikdə gəlin köçmüş, azyaşlı övladı xx.xx.2016-cı il təvəllüdlü X7 da həmin ünvanda anadan olmuşdur. Daha sonra İddiaçı ilə Cavabdeh arasındakı münasibətlər pozulmuş və tərəflər müxtəlif ünvanlarda yaşamağa başlamışdır. İddiaçı məxsus cehiz əşyaları və toyda hədiyyə edilən qızıl-zinət əşyaları da Cavabdeh qalmış, hazırki tarixədək həmin əşyaların alınması mümkün olmamışdır. Belə ki, iddiaçının cavabdehlə faktiki ailə münasibətlərindən anadan olmuş azyaşlı uşağı ilə birgə yaşamağa yaşayış sahəsi yoxdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi isə dövlət qeydiyyatına alınmasa da Cavabdeh tərəfindən inşa edilmişdir, hazırda həmin ünvana sahiblik və istifadə hüququ Cavabdeh məxsusdur. Lakin Cavabdeh İddiaçı və azyaşlı övladı olan X2 mübahisələndirilən ünvanda yaşamağa imkan vermir. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə faktiki ailə münasibətlərində olmuşlar və aralarındakı nikah qeydə alınmamışdır. Onların bu münasibətindən xx.xx.2016-cı il tarixdə X7 anadan olmuşdur. Onlar arasındakı münasibətlər pozulduğundan o və İddiaçı müxtəlif ünvanlarda yaşayırlar. İddiaçı iddia etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa, İddiaçı məxsus cehiz əşyaları mübahisə edilən fərdi yaşayış evində olsa da İddiaçı cehiz əşyalarının çıxarılmasına dair heç bir mane törədilmir. Sonda Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 611231 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan xx.xx.2023-cü il tarili arayışın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri X13 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-7482/2025 nömrəli məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş Daşkəsən rayon AİK-nın xx.xx.1997-ci il tarixli 12 saylı qərarı əsasında 3.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair KOD 50613018, JN 142 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş Daşkəsən rayon AİK-nın xx.xx.1997-ci il tarixli 12 saylı qərarı əsasında 0.15 ha yaşayış məntəqəsinin torpaqları təyinatlı torpaq sahəsinə dair KOD 50613018, JN 172A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə və 0.21 ha yaşayış məntəqəsinin torpaqları təyinatlı torpaq sahəsinə dair KOD 50613018, JN 172 B nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ümumi birgə mülkiyyət hüququ ilə digər ailə üzvləri – X5, X3, Cavabdeh və X1 adlarına işlənilmişdir. Əlavə olaraq, ünvan 3 ünvanında (Yeni Qaydalarla: AZ 2019, ünvan 4 yaşayış evinin yerləşdiyi 0.0374 ha torpaq sahəsindən yalnız 0.0162 ha hissəsinin satılmasına dair Cavabdeh və X6 arasında 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2025-ci il tarixdə 4Ə-570 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X13 3 saylı Gəncə Ərazi İdarəsinə müraciəti əsasında torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi üçün icraatdadır. Məktubda qeyd olunan Elşən Böyükzadə küçəsi, döngə 4 ünvanında yerləşən daşınmaz əmlak Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-2580/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış informasiya sistemində İddiaçı və Cavabdeh barəsində yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Cavabdeh Müəttlim oğlunun mülkiyyətində olsa da fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı və Cavabdeh 2019-cu il tarixdə faktiki nikaha daxil olmuş, İddiaçı həmin ünvana gəlin köçmüşdür. Lakin tərəflər arasındakı nikah qeydə alınmamış və həmin şəxslərin birgə nikahından xx.xx.2016-cı il tarixdə X7 anadan olmuşdur. İddiaçı Cavabdeh qarşı iddiaçının gəlin köçdüyü və cehiz əşyalarının olduğu cavabdehə məxsus və sahibliyində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə azyaşlı övladı olan X7 ilə birgə köçürülmələri və ümumi istifadə hüququnun verilməsi, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci madddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə mübahisə predmeti hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən fərdi yaşayış evi ilə bağlıdır və qanunvericilikdə özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur, həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Buna görə də özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməli, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Qeyd olunanlara əsasən ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Məhkəmə tərəflər arasındakı mübahisənin maddi hüquqi əsasının tapılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225 və 228-ci maddələrinin, Mənzil Məcəlləsinin 30-cu maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünün, eləcə də tələbetmə hüququnun qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Azərbaycan Respublikas Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayr qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövündə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüququna mülkiyyətçisinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğundur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğundur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə 2019-cu ildə köçmüş və tərəflər arasındakı nikah qeydə alınmamışdır. Həmçinin mübahisə predmeti olan fərdi yaşayış evinə mülkiyyət hüququ da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi İddiaçı həmin fərdi yaşayış evinin tikintisi, yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı xərclərdə iştirak etməmiş, iştirak etsə belə Cavabdehla nikahı qeydə alınmadığından əmlak üzərində ümumi mülkiyyət (birgə mülkiyyət) hüququ yaranmamışdır. Bununla yanaşı İddiaçı və Cavabdeh arasındakı nikah qeydə alınmadığından Mənzil Məcəlləsinin 30-cu maddəsinə uyğun olaraq, Cavabdeh ailə üzvü, yaxud evin sahibindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilməmiş və buna mütənasib olaraq da İddiaçı mənzildən istifadə hüququ mövcud olmamışdır. Göründüyü kimi heç bir halda İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinə istifadə hüququ yoxdur. Buna görə də İddiaçı istifadə hüququnun olmadığı fərdi yaşayış evinə köçürülməsi həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olan Cavabdeh mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 1216/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2(102)-2223/2022 nömrəli, xx.xx.2024-cü il tarixli 2(102)-277/2024 nömrəli və digər qərarlarında da ifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-3839/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3839/2025
15.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver