Məhkəmə qərarları › İş №e-2(125)-3905/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3905/2024

09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3905/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı zərərçəkənlərə ödənilmiş ümumilikdə 7859,60 manat pulun və iddianın mıhkəmədə qaldırılması üçün ödənilmiş 98,60 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini, iddia ərizəsində “X5 qeyd olunmasını texniki səhv kimi qəbul edilərək işə mahiyyəti üzrə baxılarkən nəzərə alınmamasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh idarəetmə hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyi “Kamaz 5511” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə həmin nəqliyyat vasitəsində olan sərnişinlər: 1. X14 ağır dərəcəli bədən xəsarəti almış, nəticədə 1-ci dərəcəli əlil olmuşdur. 2. X6 yüngül dərəcəli bədən xəsarəti almışdır. 3. Yol kənarındakı təhlükəsizlik səddinə maddi zərər dəymişdir. 4.“VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta şəhadətnaməsinin 063045, 065682, 072407, 072070, 065685, 065683 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Kamaz 5511” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(076)-65/2019 nömrəli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh “Kamaz 5511” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan hüquqsuz olaraq idarə etmişdir. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. X1 1-ci qrup əlilliyinə görə 072070, 072407, 065682 saylı sığorta aktlarına əsasən 9120 saylı ödəniş tapşırığı ilə 500 AZN, 9284 saylı ödəniş tapşırığı ilə 2000 AZN, PRP**********471 saylı ödəniş tapşırığı ilə 1500 AZN olmaqla, ümumilikdə 4000 AZN sığorta ödənişi edilmişdir. X2 yüngül dərəcəli xəsarətinə görə 065683 saylı akta əsasən 4396 saylı ödəniş tapşırığı ilə 750 manat sığorta ödənişi edilmişdir. X5 yüngül dərəcəli bədən xəsarətinə görə 026691 saylı akta əsasən 1519 saylı kassa məxaric orderi ilə 750 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan “X3si Xidməti” MMC-nin təqdim etdiyi arayışa əsasən, Yol təhlükəsizlik səddinə 609.60 AZN maddi ziyan dəymişdir. 065685 saylı akta uyğun olaraq 4544 saylı ödəniş tapşırığı ilə 609.60 AZN sığorta ödənişi Azərbaycan Avtomobil yolları dövlət agentliyinin hesabına köçürülmüşdür. Nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2500 AZN zərər dəymişdir. 063045 saylı akta uyğun olaraq, PRP **********346 saylı ödəniş tapşırığı ilə X4 2500 manat sığorta ödənişi edilmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Orucov X15 rayon Məhkəməsinin hökmünə əsasən idarəetmə hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək, yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə olan 2 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti almasına və əmlaka zərər dəyməsinə səbəb olmuşdur. Buna görə də ona qarşı subroqasiya hüquqları yaranmışdır. Cəmi 7859.60 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, dəymiş zərəri zərərçəkənə ödəyir, pulun ondan tutulması ilə bağlı məhkəmə qətnaməsi çıxarılmış, iş hazırda icradadır. Onun adına sığorta olmamışdır. Hazırda cəzası davam edir, cəza müddəti dekabrda başa çatacaqdır. Maşın onun adına olmamış, sürücülük vəsiqəsi də olmamışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2018-ci il tarixli, PAT********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Kamaz” markalı, 57BL959 qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli, 063045 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2018ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 2106” markalı, 41BC513 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi həcmi 2500 manat təşkil etmiş, zərər məbləğindən 0.00 manat azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi 2500 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, PRP**********346 saylı ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 2500 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 065685 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2018ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yol təhlükəsizlik səddinə dəymiş zərərin ümumi həcmi 609,60 manat təşkil etmiş, zərər məbləğindən 0.00 manat azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi 609,60 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 4544 saylı ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına 609,60 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 065682 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2018ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X14 ağır dərəcəli xəsarət almış və sonuncunun sağlamlığına vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, PRP**********471 saylı ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 072070 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2018ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X14 birinci dərəcəli əlillik almış və sonuncunun sağlamlığına vurulan zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2000 manat təşkil etmiş, 1500 manat ödənildiyindən sığorta ödənişinin qalan məbləği 500 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 9120 saylı ödəniş tapşırığına əlavənin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 500 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 072407 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2018ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X14 birinci dərəcəli əlillik almış və sonuncunun sağlamlığına vurulan zərərlə bağlı maddi ziyanın ümumi məbləği 4000 manat təşkil etmiş, 2000 manat ödənildiyindən sığorta ödənişinin qalan məbləği 2000 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 9284 saylı ödəniş tapşırığına əlavənin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 2000 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 065683 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2018ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 yüngül dərəcəli xəsarət almış və sonuncunun sağlamlığına vurulan yüngül zərərə görə sığorta ödənişinin məbləği 750 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 4396 saylı ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 750 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh 7859,60 manat məbləğində zərərin əvəzinin könüllü olaraq ödənilməsi tələb olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(076)-65/2019 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə, saat 18:10-da Bakı-Qazax yolu 394-cü km ünvanda yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh X7 məxsus “Kamaz-5511” markalı 57BL959 dövlət qeydiyyat nömrəli avtomobili sürücülük hüququ olmadan idarə etməklə «X9» məxsus “Vaz 2106” markalı, 41BC513 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X14 ağır, X6 isə yüngül dərəcəli xəsarət almış və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 saylı MYİ MMC-yə məxsus 7 metr uzunluğunda dəmir sədd əzilmişdir. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, “Vaz 2106” markalı, 41BC513 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 2500 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “X3 Xidməti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dövlət hesabına inşa edilmiş birtərəfli yol təhlükəsizlik səddinə cəmi 609,60 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən təqdim olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2852/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və X12 müştərək qaydada 12410 manat məbləğində maddi, 5000 manat məbləğində mənəvi zərər və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq X10 ödənilməsi qət edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, X14 ağır dərəcəli bədən xəsarəti almış, nəticədə 1-ci dərəcəli əlil olmuş, X6 yüngül dərəcəli bədən xəsarəti almış, yol kənarındakı təhlükəsizlik səddinə və “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı iddia etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində X1 1-ci qrup əlilliyinə görə ümumilikdə 4000 manat, X2 yüngül dərəcəli xəsarətinə görə 750 manat, yol təhlükəsizlik səddinə dəyən ziyana görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına 609,60 manat və “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərə görə 2500 manat məbləğində sığorta ödənişləri edilmişdir. Cavabdehə qarşı subroqasiya hüquqları yarandığına görə həmin məbləğ cavabdehdən tutulmalıdır. Cavabdeh isə iddianı qəbul etməyərək dəymiş zərəri zərərçəkənə ödədiyini, işin hazırda icrada olduğunu və cəza müddətinin də hələ başa çatmadığını göstərərək iddiaya etiraz etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.» MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 936.2-cı maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından bəhs edən 25.1-ci maddəsinə əsasən icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından biri də bu Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş haldır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, -“İcbari sığortalar haqqında” Qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yolnəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir; -“İcbari sığortalar haqqında” Qanunun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir; - sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Göründüyü kimi, qanunvericilikdə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutulmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin törətdiyi sığorta hadisəsi ilə bağlı icbari sığorta ödənişinin məbləği 5000 manat həddində müəyyən olunmuşdur. Ona görə də bir sığorta hadisəsi ilə bağlı iddiaçının 5000 manatdan artıq 2859,60 manat məbləğində pulu tələb etməsinin hüquqi əsası olmamışdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5000 manat pul alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 70 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat və 70 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar