Məhkəmə qərarları › İş №e-2(125)-4162/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4162/2024

19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4162/2024 19.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14620 manat pulun və 134 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun Cavabdeh3 və Cavabdeh1 ilə normal münasibətləri olmuş və pul qazanmaq məqsədi ilə ilkin olaraq 2021-ci il avqust ayında Cavabdeh3 1000 ABŞ dolları məbləğində pul vermiş, həmin ilin oktyabr ayında Cavabdeh3 bacısı Cavabdeh1 ona 1500 ABŞ dolları pul qaytarmışdır ki, 500 ABŞ dolları məbləğində pul qazanc əldə edilmişdir. O, öz növbəsində onlara inanmış, həqiqətəndə “Ocos” şirkətinə yatırım etməklə pul qazanmaq olur və hissə-hissə olmaqla ümumilikdə 14620 manat məbləğində pulu 2021-ci i ilin oktyabr ayı ərzində Mələk Əliyevanın vasitəsi ilə Cavabdeh1 vermişdir. Sonradan sosial şəbəkələrdə “Ocos” şirkətinin rəhbəri Xəyal Yəhyayevin tutulduğunu görmüş və bu barədə Aynur Əliyevaya məlumat vermişdir. O, narahat olmamağını, anlaşılmazlıq olduğunu və 10-15 gün ərzində Xəyal bəyin çıxacağını bildirmişdir. Həmin vaxtan 10-15 gün keçdikdən sonra Cavabdeh1 və Cavabdeh3 pulu verməyəcəkləri təqdirdə şikayət edəcəyini bildirdikdə, onlar şikayət etməməyini xahiş edərək pulu Kifayət adlı şəxsə verdiklərini bildirmişlər. O, onlara inanmayaraq Gəncə şəhər Baş Polis İdarəsinə şikayət etmiş və araşdırılan material DİN-nin BMCMİ-nə göndərilmişdir. Həmin iş üzrə zərərçəkmiş kimi tanındıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, onun Aynurə və Mələyə verdiyi pullar “Ocos” şirkətinə yatırılmamışdır. Bundan sonra pulunu tələb etməyə davam etsə də, adları qeyd edilən cavabdehlərin əməllərində cinayət tərkibinin olmaması barədə Gəncə şəhər BPİ-nin İTİnin müstəntiqi polis kapitanı X76 tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli HK- 1\490 saylı qərarı ona təqdim edilmişdir ki, pulunu mülki qaydada iddia qaldırmaqla tələb etsin. Sözügedən cinayət işinin rədd edilməsi barədə qərarda Cavabdeh1 və Cavabdeh3 etiraf etmişdir ki, 14620 manat məbləğində pul onlara verilmişdir. Pulu digər cavabdehə verdiklərini bildirsələr də, izahat verən zaman həmin Cavabdeh2 ona pul vermədiklərini, yalan danışdıqlarını bildirərək qeyd etmişdir ki, Cavabdeh3 və Cavabdeh1 “Ocos” şirkətinə o, qoşsa da, onların özü sonradan investr olmuş və insanlardan aldıqları pullardan onun xəbəri olmamışdır. Hazırda cavabdehlərdən Cavabdeh3 və Cavabdeh1 sözügedən məbləği aldıqlarını etiraf etsələr də, həmin pulu qaytarmaqdan imtina etmişlər və bəhanələrlə onun pulunu qaytarmamışlar. Əvvəla pulu “Ocos” şirkətinə yatırdıqlarını bildirsələr də, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-120/2024 saylı hökmünə əsasən həmin pulun “Ocos” şirkətinə verilmədiyi müəyyən edilmiş və o, zərərçəkmiş statusundan çıxarılmışdır. Sonda o, məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, kripto valyutanın alınması üçün könüllü qaydada Mələk və Aynurəyə pul vermiş, verdiyi həmin puldan ona gəlir kimi 1500 manat ödənilmişdir, o, həmin pulları yatırım etdiyi hesab etsə də, “Ocos” şirkəti barəsində aparılan məhkəmə icraatının nəticəsində onun tərəfindən verilən pulların həmin şirkətə təhvil verilmədiyi müəyyən olunmuş və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardakı izahatlarında cavabdehlər pulları ondan təhvil aldığını göstərmişdir, buna görə həmin pulların qaytarılmasını hazırkı iş üzrə cavabdehlərdən tələb edir, bununla yanaşı, cavabdeh tərəfin ona məxsus olduğunu bildirdiyi səhifədə öz əksini tapan qrafik cavabdeh tərəfdən idarə edilirdi və bu hal onun veridyi pulların geri qaytarıldığını təsdiqləmir. İddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaya etiraz edərək bildirdi ki, iddiaçı onun vasitəsi ilə «Ocos» şirkətinə yatırım etmişdir, lakin məbləği dəqiq xatırlamır, iddiaçı qazanc əldə edə biləcəyi kimi, həmin pulları itirə biləcəyindən də xəbərdar idi və nəticədə həmin məbləği itirmişdir. Cavabdeh3 iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək bildirdi ki, iddiaçı Aynurə, Kifayət və onun vasitəsi ilə «Ocos» şirkətinə yatırım etmişdir, lakin məbləği dəqiq xatırlamır, iddiaçının «Ocos» şirkətinə yatırım etməsi iddiaçıya aid olan səhifəyə kripto valyutanın daxil olmasıyla təsdiqlənir, iddiaçı qazanc əldə edə biləcəyi kimi, həmin pulları itirə biləcəyindən də xəbərdar idi, nəticədə həmin məbləği itirmişdir, bundan başqa, o, iddiaçıdan pul yatırım etməsini xahiş etməmişdir, Kifayət iddiaçının qeydiyyatını həyata keçirmişdir, iddiaçı ona pul pay və ya borc verməmişdir. Cavabdeh1 iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 təmsilçisi iddiaya etiraz edərək bildirdi ki, iddiaçı, Cavabdeh1 yox, digər cavabdehlərə öz şəxsi iradə ifadəsini bildirərək qazanc məqsədi ilə pul vermişdir. Burada Cavabdeh1 iddiaçının adından hərəkət edərək sadəcə vasitəçinin xahişi ilə iddiaçının tapşırıq müqaviləsi əsasında hərəkət etmişdir. İddiaçı dəfələrlə bu məbləğə münasibətdə yüksək gəlir və qazanc əldə etmişdir. Cavabdeh1 təmsilçisi iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia etiraz edərək İlahəni tanımadığını və onunla hər hansı əlaqəsi olmadığını bildirmiş, iddianın təmin olunmamasını xahiş etmişdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı 22 aprel 2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə etmiş olduğu şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.6-cı (şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda) maddəsi ilə rədd edilmiş, İddiaçı Cavabdeh3 Əliqoca qızı və Cavabdeh1 Əliqoca qızı arasında olan pul mübahisəsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarda material üzrə izahatı alınmış Cavabdeh3 izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev 41, mənzil 8-də evladları ilə birlikdə yaşayır. Rasmi olaraq MN-nin Şəmkir rayonunda yerləşən N saylı hərbi hissəsində tibb bacısı işləyir. 2019-cu ilin dekabr ayından 2022-ci fevral ayına kimi İlahə onlarda kirayadə qalmışdır. Cavabdeh2 əvvəllər işlədiyi hərbi hissədə maliyədə işləmiş, lakin hazırda işləmir. 2020-ci ildə Kifayət iş yerinə gələrək «Ocos» şirkəti barədə məlumat vermiş və bildirmişdir ki, gəlin pul qoyun pul götürün. O da evə gəlmiş, bacısı Mayəyə və anasına bu barədə demişdir. Bundan sonra o və bacısı Malək həmin şirkalə 50 manat pul qoymuş, 100 manat götürmüş, sonra 100 manatı qoymuş, 200 manat götürmüşdür. Sonra 200 manat götürmüş, 300 manat götürmüş, bacısı Mələk də eyni şəkildə pul qoyub pul götürmüşdür. İddiaçı onlarda kirayədə qaldıqları müddət ərzində görmüşdür ki, o, «Ocos» şirkətinə pul qoyub pul götürür. Bundan sonra İddiaçı da 1000 ABŞ dollarını qoyub 1500 ABŞ dollar pul götürmüş, 2000 ABŞ dolları pul qoymuş, 3000 ABŞ dolları pul götürmüşdür. Onda olan məlumata görə İddiaçı sonda 14620 manat pul qoymuşdur ki, qazanc götürsün, lakin həmin vaxtı «Ocos» şirkətinin rəhbərliyi tutulduğu üçün İddiaçı qoyduğu 14620 batmışdır. İddiaçı ona verdiyi pulları Cavabdeh2 vermişdir ki, «Ocos» şirkətinə yatırsın. O, heç kimin pulunu dələduzluq yolu ilə mənimsəməmişdir. Həmin qərarda material üzrə izahatı alınmış Cavabdeh1 Əliqoca qızı öz izahatında göstərmişdir ki, o, yuxanda qeyd olunan ünvanda evladları ilə birlikdə kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyəti üzrə bildirmişdir ki, İddiaçı tanıyır. Belə ki, 2019-cu ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi o, bacısı Aynur gildə kirayədə qalmışdır. Cavabdeh2 əvvəllər bacısının işlədiyi hərbi hissədə maliyədə işləmiş lakin hazırda işləmir. 2020-ci ildə Kifayət bacısının iş yerinə gələrək «Ocos» şirkəti barədə məlumat vermiş və bildirmişdir ki, gəlin pul qoyun pul götürün. Bacısı da evə gəlmiş ona və anasına bu barədə demişdir. Bundan sonra o və bacısı Aynurə həmin şirkətə 200 ABŞ dolları pul qoymuş 300 ABŞ dolları götürmüş, sonra 300 ABŞ dollarını qoymuş 450 ABŞ dolları götürmüşdür. X143 da həmin şirkətə pullar qoyaraq qazanc götürmüşdür. Yekunda İddiaçı «Ocos» şirkətinə qazanc əldə etmək üçün 14620 manat pulu mənim və bacım Aynurənin vasitəsi ilə qoymuş ki, qazanc əldə etsin, lakin həmin vaxtı «Ocos» şirkətinin rəhbərliyi tutulduğu üçün onun bacısı Aynurənin və İddiaçı «Ocos» şirkətinə qoyduğu pulları batmışdır. İddiaçı «Ocos» şirkətinə yatırım etmək üçün verdiyi 14620 manat pulu o, və bacısı Aynurə tanışları Cavabdeh2 vasitəsi ilə «Ocos» şirkətinə yatırmışdır. Həmin qərarda material üzrə izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, Gəncə şəhəri N.Nərimanov prospekti ev 48, mənzil 26-da oglu ilə birlikdə kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İddiaçı tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Onun etmiş olduğu müraciəti ilə tanış olmuşdur. O, İddiaçı heç vaxt pul götürməmiş, onun müraciətində qeyd etdiyi 14620 manat pulu nə Cavabdeh1 nə də ki Cavabdeh3 ona verməmişdir. Cavabdeh3 dedikləri yalandır, o, Cavabdeh3 və Cavabdeh1 «Ocos» şirkətinə qoşmuşdur. Ancaq ondan sonra onların özləri inverst olmuşlar və onların kimlərdənsə aldıqları pullardan xəbəri yoxdur. Aynur Əliyeva və onun bacısı Cavabdeh1 yalan deyir, «Ocos» şirkəti bağlanan zaman bütün şəxslər üzərinə gələn zaman qorxmuş və evinə gələn şəxslərə demişdir ki, evini satıb pulları qaytaracaq. Ancaq sonradan məlum olmuşdur ki, Cavabdeh3 və onun bacısı Cavabdeh1 aldıqları pulları ona verməmişlər ki, o, «Ocos» şirkətinə yatırsın. İddiaçı 14620 manat pulunu onlar verməmişlər, Aynur Əliyeva və onun bacısı Cavabdeh1 hər ikisi yalan deyir. İddiaçı 14620 manat pulu Cavabdeh1 və Cavabdeh3 özündədir. Həmin puldan onun xəbəri yoxdur. Həmin ərəfələrdə Cavabdeh1 onun yanına Vüsalə adlı qadını gətirərək ondan 5000 manat pul alıb ona vermiş, Vüsalə adlı qadını yola saldıqdan sonra geri qayıdaraq həmin 5000 manat pulu ondan alaraq güya ki, həmin 5000 manat pulu özü «Ocos» şirkətinə yatıracağını demişdir. Eyni zamanda «Ocos» şirkətinin rəhbərliyi tutulan zaman Cavabdeh1 tanımadığı bir nəfər şəxslə onun yaşadığı evə gələrək həmin tanımadığı şəxsə güya ondan aldığı 30000 ABŞ dolları pulu «Ocos» şirkətinə yatırmaq üçün ona verdiyini bildirmiş, həmin şəxsdə ondan 30000 ABŞ dolları pul tələb etdiyini, həmin şəxsə Cavabdeh1 ona 30000 ABŞ dolları vermədiyini izah etdikdən sonra həmin şəxsin onun evindən çıxıb getdiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən, X182 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X182 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəza ilə qismən birləşdirilməklə X182 qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X108 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: X51 dəymiş 510 manat maddi ziyan; X109 9.000 manat; X52 900 dollar və ya 1530 manat; X227 450 dollar və ya 765 manat; X110 6050 dollar və ya 19.285 manat; X111 11.000 manat; X144 7.000 dollar və ya 11.900 manat X30 2 684 manat; X112 7000 manat; X12 27.000 manat; X113 1000 manat; X183 12.000 dollar və ya 20.400 manat; X31 1285,5 manat; X77 700 dollar və ya 1.190 manat; X53 3972 dollar və ya 6752 manat; X32 31.700 manat; X54 3.375 manat; X145 8.000 dollar və ya 13.600 manat; X55 50.000 manat; X146 21.000 dollar və ya 35.000 manat; X184 12.000 manat; X78 1970 manat; X18 20.400 manat; X8 9.700 dollar və ya 16.940 manat; X79 21.000 manat; X56 20.350 dollar və ya 34595 manat; X9 5.474 dollar 9305 manat; X114 4000 dollar və ya 6800 manat; X215 9.742 dollar və ya 16561 manat; X115 4.780 dollar və ya 8126 manat; X185 1.800 dollar və ya 3.060 manat; X33 15 000 dollar və ya 25500 manat; X57 3.150 dollar və ya 5355 manat; X34 3.850 dollar və ya 6545 manat; X80 5400 dollar və ya 9180 manat; X35 5.100 manat; X19 3.600 dollar və ya 6120 manat; X116 30.000 dollar 51000 manat; X117 22.100 manat; Coşkun Hamdinə 26.200 dollar və ya 44540 manat ; X186 680 manat; X20 17.550 dollar və ya 29835 manat; X58 1800 dollar və ya 3.060 manat; X147 16.000 dollarvə ya 27200 manat; İddiaçı 14.620 manat; X148 850 manat; X187 13.350 dollar və ya 22695 manat; X81 600 dollar və ya 1020 manat; X188 8.400 manat; X149 19.380 manat; X82 3.650 dollar və ya 6250 manat; X36 15.000 manat; X37 5060 manat; X83 25.000 dollar və ya 42500 manat; X59 3.500 dollar və ya 5950 manat; X3 15.300 dollar və ya 26010 manat; X189 1.300 dollar və ya 2210 manat; X104 300 dollar və ya 510 manat; X1 2600 dollar və ya 4420 manat; X84 3600 dollar və ya 6120 manat; X118 3000 dollar və ya 5100 manat; X85 16.000 dollar və ya 27200 manat; X5 1000 manat; X60 2.000 dollar və ya 3400 manat; X61 595 manat; X150 10.000 dollar və ya 17.000 manat, həmçinin 5.000 manat; X38 1500 dollar və ya 2550 manat; X86 4.300 dollar və ya 7310 manat; X62 6200 dollar və ya 10540 manat; X87 4200 manat; X151 600 dollar və ya 1020 manat; X350 22.000 dollar və ya 37400 manat; X39 10.400 dollar və ya 17680 manat; X2 3.800 dollar və ya 6460 manat; X63 900 dollar və ya 1530 manat; X152 10.000 manat; X119 20.000 manat; X40 10.000 dollar və ya 17.000 manat; X190 3.000 manat; X32 31.700 manat; X55 50.000 manat; X146 21 000 dollar və ya 35700 manat; X21 6200 manat; X216 1000 dollar və ya 1700 manat; X120 dəymiş 5541 ABŞ dolları və ya 9419 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmış; X.X.Yaxyayev cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, X.X.Yaxyayevin cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablanması, X.X.Yaxyayev barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş; X88 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X88 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; G.Q.Abdullayevanın 17 noyabr 2021-ci il tarixdən 19 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X88 qəti olaraq 11 (on bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X41 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: X51 dəymiş 510 manat maddi ziyan; X109 9.000 manat; X52 900 dollar və ya 1530 manat; X227 450 dollar və ya 765 manat; X110 6050 dollar və ya 19.285 manat; X111 11.000 manat; X144 7.000 dollar və ya 11.900 manat X30 2 684 manat; X112 7000 manat; X12 27.000 manat; X113 1000 manat; X183 12.000 dollar və ya 20.400 manat; X31 1285,5 manat; X77 700 dollar və ya 1.190 manat; X53 3972 dollar və ya 6752 manat; X32 31.700 manat; X54 3.375 manat; X145 8.000 dollar və ya 13.600 manat; X55 50.000 manat; X146 21.000 dollar və ya 35.000 manat; X184 12.000 manat; X78 1970 manat; X18 20.400 manat; X8 9.700 dollar və ya 16.940 manat; X79 21.000 manat; X56 20.350 dollar və ya 34595 manat; X9 5.474 dollar 9305 manat; X114 4000 dollar və ya 6800 manat; X215 9.742 dollar və ya 16561 manat; X115 4.780 dollar və ya 8126 manat; X185 1.800 dollar və ya 3.060 manat; X33 15 000 dollar və ya 25500 manat; X57 3.150 dollar və ya 5355 manat; X34 3.850 dollar və ya 6545 manat; X80 5400 dollar və ya 9180 manat; X35 5.100 manat; X19 3.600 dollar və ya 6120 manat; X116 30.000 dollar 51000 manat; X117 22.100 manat; Coşkun Hamdinə 26.200 dollar və ya 44540 manat ; X186 680 manat; X20 17.550 dollar və ya 29835 manat; X58 1800 dollar və ya 3.060 manat; X147 16.000 dollarvə ya 27200 manat; İddiaçı 14.620 manat; X148 850 manat; X187 13.350 dollar və ya 22695 manat; X81 600 dollar və ya 1020 manat; X188 8.400 manat; X149 19.380 manat; X82 3.650 dollar və ya 6250 manat; X36 15.000 manat; X37 5060 manat; X83 25.000 dollar və ya 42500 manat; X59 3.500 dollar və ya 5950 manat; X3 15.300 dollar və ya 26010 manat; X189 1.300 dollar və ya 2210 manat; X104 300 dollar və ya 510 manat; X1 2600 dollar və ya 4420 manat; X84 3600 dollar və ya 6120 manat; X118 3000 dollar və ya 5100 manat; X85 16.000 dollar və ya 27200 manat; X5 1000 manat; X60 2.000 dollar və ya 3400 manat; X61 595 manat; X150 10.000 dollar və ya 17.000 manat, həmçinin 5.000 manat; X38 1500 dollar və ya 2550 manat; X86 4.300 dollar və ya 7310 manat; X62 6200 dollar və ya 10540 manat; X87 4200 manat; X151 600 dollar və ya 1020 manat; X350 22.000 dollar və ya 37400 manat; X39 10.400 dollar və ya 17680 manat; X2 3.800 dollar və ya 6460 manat; X63 900 dollar və ya 1530 manat; X152 10.000 manat; X119 20.000 manat; X40 10.000 dollar və ya 17.000 manat; X190 3.000 manat; X32 31.700 manat; X55 50.000 manat; X146 21 000 dollar və ya 35700 manat; X21 6200 manat; X216 1000 dollar və ya 1700 manat; X120 dəymiş 5541 ABŞ dolları və ya 9419 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmış; G.Q.Abdullayeva cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, G.Q.Abdullayevanın cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablanması, G.Q.Abdullayeva barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş; X64 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X64 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Y.Ə.Məmmədovanın 16 iyun 2022-ci il tarixdən 18 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X64 qəti olaraq 11 (on bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X22 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: X51 dəymiş 510 manat maddi ziyan; X109 9.000 manat; X52 900 dollar və ya 1530 manat; X227 450 dollar və ya 765 manat; X110 6050 dollar və ya 19.285 manat; X111 11.000 manat; X144 7.000 dollar və ya 11.900 manat X30 2 684 manat; X112 7000 manat; X12 27.000 manat; X113 1000 manat; X183 12.000 dollar və ya 20.400 manat; X31 1285,5 manat; X77 700 dollar və ya 1.190 manat; X53 3972 dollar və ya 6752 manat; X32 31.700 manat; X54 3.375 manat; X145 8.000 dollar və ya 13.600 manat; X55 50.000 manat; X146 21.000 dollar və ya 35.000 manat; X184 12.000 manat; X78 1970 manat; X18 20.400 manat; X8 9.700 dollar və ya 16.940 manat; X79 21.000 manat; X56 20.350 dollar və ya 34595 manat; X9 5.474 dollar 9305 manat; X114 4000 dollar və ya 6800 manat; X215 9.742 dollar və ya 16561 manat; X115 4.780 dollar və ya 8126 manat; X185 1.800 dollar və ya 3.060 manat; X33 15 000 dollar və ya 25500 manat; X57 3.150 dollar və ya 5355 manat; X34 3.850 dollar və ya 6545 manat; X80 5400 dollar və ya 9180 manat; X35 5.100 manat; X19 3.600 dollar və ya 6120 manat; X116 30.000 dollar 51000 manat; X117 22.100 manat; Coşkun Hamdinə 26.200 dollar və ya 44540 manat ; X186 680 manat; X20 17.550 dollar və ya 29835 manat; X58 1800 dollar və ya 3.060 manat; X147 16.000 dollarvə ya 27200 manat; İddiaçı 14.620 manat; X148 850 manat; X187 13.350 dollar və ya 22695 manat; X81 600 dollar və ya 1020 manat; X188 8.400 manat; X149 19.380 manat; X82 3.650 dollar və ya 6250 manat; X36 15.000 manat; X37 5060 manat; X83 25.000 dollar və ya 42500 manat; X59 3.500 dollar və ya 5950 manat; X3 15.300 dollar və ya 26010 manat; X189 1.300 dollar və ya 2210 manat; X104 300 dollar və ya 510 manat; X1 2600 dollar və ya 4420 manat; X84 3600 dollar və ya 6120 manat; X118 3000 dollar və ya 5100 manat; X85 16.000 dollar və ya 27200 manat; X5 1000 manat; X60 2.000 dollar və ya 3400 manat; X61 595 manat; X150 10.000 dollar və ya 17.000 manat, həmçinin 5.000 manat; X38 1500 dollar və ya 2550 manat; X86 4.300 dollar və ya 7310 manat; X62 6200 dollar və ya 10540 manat; X87 4200 manat; X151 600 dollar və ya 1020 manat; X350 22.000 dollar və ya 37400 manat; X39 10.400 dollar və ya 17680 manat; X2 3.800 dollar və ya 6460 manat; X63 900 dollar və ya 1530 manat; X152 10.000 manat; X119 20.000 manat; X40 10.000 dollar və ya 17.000 manat; X190 3.000 manat; X32 31.700 manat; X55 50.000 manat; X146 21 000 dollar və ya 35700 manat; X21 6200 manat; X216 1000 dollar və ya 1700 manat; X120 dəymiş 5541 ABŞ dolları və ya 9419 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmış; Y.Ə.Məmmədova cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, Y.Ə.Məmmədovanın cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanması, Y.Ə.Məmmədova barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmadı hökm edilmiş; .İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər X182, X88 və X13 bank hesablarına dair "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-dən əldə edilmiş məlumatlar və təqsirləndirilən şəxslər X182, X88 və X13 «OCOS» şirkətini təbliğ etmələri və kriptovalyutanın satışı ilə bağlı çıxışlar etmələri ilə bağlı video görüntülərin əks olunduğu disklərin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınması hökm edilmiş; Zərərçəkmiş şəxs-mülki iddiaçılar: X42 63.750 manat maddi ziyan və 291 manat dövlət rüsumu hissəsində qismən, X121 47.118 manat maddi ziyan hissəsində qismən, X122 9000 dollar və ya 15.300 manat maddi ziyan tam, X89 30.301 manat maddi ziyan və 181 manat dövlət rüsumu hissəsində, X14 ona dəymiş 70.300 manat maddi ziyan hissəsində, X4 ona dəymiş 86.700 manat təşkil edən 51.000 dollar maddi ziyan, X90 ona dəymiş 37.400 manat təşkil edən 22.000 dollar hissəsində maddi ziyanın ödənilməsi barədə mülki iddiaları təmin edilsin və həmin məbləğlər müvafiq olaraq təqsirləndirilən şəxslər-mülki cavabdehlər X182, X88 və X10 tutularaq göstərilən zərərçəkmiş şəxs-mülki iddiaçılara ödənilməsi hökm edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabında saxlanılan 43.450 (qırx üç min dörd yüz əlli) manat pul vəsaiti müsadirə olunaraq, iş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxs-mülki iddiaçılar X65 dəymiş 63.750 manat maddi ziyan və 291 manat dövlət rüsumu, X153 dəymiş 9000 dollar və ya 15.300 manat maddi ziyan, X154 dəymiş 47.118 manat maddi ziyan, X123 dəymiş 30.301 manat maddi ziyan və 181 manat dövlət rüsumu, X23 dəymiş 70.300 manat maddi ziyan, X6 dəymiş 86.700 manat təşkil edən 51.000 dollar maddi ziyan, X124 dəymiş 37.400 manat təşkil edən 22.000 dollar maddi ziyan bərabər şəkildə bölünərək qeyd olunan zərərçəkmiş şəxs-mülki iddiaçılara ödənilməsinə yönəldilməsi hökm edilmiş; zərərçəkmiş şəxs-mülki iddiaçılar X42 3000 manat mənəvi ziyanın ödənilməsi barədə və X121 5000 manat mənəvi ziyanın ödənilməsi barədə mülki iddialları baxılmamış saxlanılmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüquqları olması izah olunmuş; Zərərçəkmiş şəxs-mülki iddiaçılar X66, X191, X91 barəsində olan epizodlar ittihamdan xaric olduğundan onlar tərəfindən verdiyləri mülki iddialar baxılmamış saxlanılsın və sonunculara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına görə mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüquqları olması izah olunmuş; Zərərçəkmiş şəxslər X192, X125,X67, X68, X217, X155, X156, X43, X157, X158, X159, X92, X160, X24, X278, X7, X161, X218, X219, X69, X193, X93, X194, X279, X70, X220, X44, X126, X162, X280, X195, X127, X163, X221, X25, X164, X128, X129, X165, X130, X140, X45, X26, X166, X196, X222, X46, X131, X132, X167, X168, X94, X95, X133, X103 qızı, X96, X197, X169, X15, X198, X170, X97, X98, X16, X171, X223, X224, X27, X134, X47, X11, X199, X50, X172, X200, X99, X225, X100, X173, X252, X174, X71, X135, X201, X202, X101, X72, X17, X175, X102 dəymiş maddi ziyanla bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı, “Ocos” şirkətinə ödənilməsi üçün verdiyi 14620 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmasını xahiş etmişdir. İddiaçı tələbini cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdehlərin izahatları və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə İddiaçı 14620 manat pulun aldatma, etibardan sui istifadə yolu ilə əldə etmələri və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodunun özlərini “Ocos” şirkətinin rəhbəriliyi kimi təqdim etmiş şəxslərə elan edilmiş ittihamdan çıxarılması ilə əsaslandırmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilmiş izahatlara əsasən, Cavabdeh3 İddiaçı verdiyi 14620 manat pulun batdığını, İddiaçı ona verdiyi pulları Cavabdeh2 «Ocos» şirkətinə yatırmaq üçün verdiyini və heç kimin pulunu dələduzluq yolu ilə mənimsəmədiyini bildirmiş; X251 Nağıyevanın «Ocos» şirkətinə yatırım etmək üçün verdiyi 14620 manat pulu o, və bacısı Aynurə tanışları Cavabdeh2 vasitəsi ilə «Ocos» şirkətinə yatırdığını bildirmiş; Cavabdeh2 İddiaçı heç vaxt pul götürmədiyini, onun müraciətində qeyd etdiyi 14620 manat pulu nə Cavabdeh1, nə Cavabdeh3 ona vermədiyini bildirmişdir. Məhkəmə icraatı zamanı Cavabdeh1 və Cavabdeh3 iddiaçıdan aldıqları və məbləğini dəqiq xatırlamadıqları pulları iddiaçının tapşırığı ilə “Ocos” şirkətinə təhvil verdiklərini bildirmiş, Cavabdeh2 isə iddiaçını tanımadığını və ona məxsus hər hansı pul məbləğini təhvil almadığını bildirmişdir. Beləliklə, vəkalət alan qismində Cavabdeh1 və Cavabdeh3 vəkalət verən qismində iddiaçıdan «Ocos» şirkətinə yatırım etmək üçün 14620 manat pulu və bu barədə şifahi tapşırığı aldığı müəyyən olunmuşdur. Cavabdeh1 və Cavabdeh3 iddiaçıya məxsus pulların “Ocos” şirkətinə təhvil verildiyini bildirmişdir. Lakin bu halı təsdiqləyən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, özlərini “Ocos” şirkətinin rəhbəriliyi kimi təqdim etmiş şəxslərin İddiaçı 14620 manat pulun aldatma, etibardan sui istifadə yolu ilə əldə etmələri və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin epizod elan edilmiş ittihamdan çıxarılmış, yəni cinayət işi üzrə təqsirləndirilən şəxslərin İddiaçı məxsus 14620 manat pulu təhvil alması öz təsdiqini tapmamışdır. Beləliklə, İddiaçı məxsus 14620 manat vəkalət alan Cavabdeh1 və Cavabdeh3 verilməsi müəyyən olunmuş, sonuncular tərəfindən həmin pulun “Ocos” şirkətinə təhvil verilməsi tapşırığını şəxsən və ya üçüncü şəxs vasitəsilə icra etməsi sübuta yetirilməmişdir. Buna görə vəkalət alan Cavabdeh1 və Cavabdeh3 tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verən iddiaçıya dəyən zərər üçün məsuliyyət daşıyır. Hazırda məhrum olan iddiaçı onun hesabına əmlak əldə etmiş Cavabdeh1 və Cavabdeh3 belə varlanma həyata keçirilməmiş əsasa söykəndiyi üçün 14620 manat pulun tutulmasını xahiş etmişdir. Bununla yanaşı, belə qaytarma tələbini istisna edən hallar müəyyən olunmamışdır. Bundan başqa, iddiaçı, məhkəmə icraatı zamanı cavabdeh tərəfdən ona 1500 manat pul qaytarıldığını bildirmişdir. Belə olan halda, daha çox ödəniş edilməsi müəyyən olunmadığından 14620 manat puldan 1500 manat pul çıxılmaqla (14620-1500=13120) 13120 manat pulun Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilməli, qalan hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzi qismində 129.36 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 13120 (on üç min yüz iyirmi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 (yüz iyirmi doqquz) manat 36 (otuz altı) qəpik pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar