Məhkəmə qərarları › İş №e-2(125)-4480/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4480/2024

22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4480/2024 22.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh Cavabdeh оğlundаn оnunlа birgə nigаhlarından аnаdаn оlmuş X1 (25 noyabr 2016-ci il təvəllüdlü) saxlanması üçün, uşaqların yetkinlik yaşına çatanadək barışıq sazişində nəzərədə tutulduğu kimi hər ay sabit pul məbləğində 200 manat alimentin onun xeyrinə tutulmasına və Bakı şəhəri 2 saylı Mediasiya Şurası tərəfindən aralarında bağlanmış xx.xx.2022-ci il tarixində barışıq sazişində nəzərdə tutulmuş 200 manat alimentin bu günkü müddətə qədər yığılmış 4800 pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarasınız çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cаvаbdеh Cavabdeh оğlu ilə 27 iyul 2015 tarixində rəsmi nigаhа girərək аilə həyаtı qurmuşlar. Lakin 17 oktyabr 2023-cü il tarixində Abşeron Rayon Məhkəməsinin 2(012)-4230/2023 saylı qətnaməsi ilə rəsmi nigahız pozulmuşdur. Cavabdehlə birgə nigаhdаn 1 övlаdı dünyаyа gəlmişdir: X2 (xx.xx.2016- təvəllüdlü) Cаvаbdеhlə rəsmi nigahı pozulmamışdan öncə xx.xx.2022-ci il tarixində uşağın anada qalması və uşagın saxlanması üçün hər ay 200 (iki yüz) manat alimentin ödənilməsi üçün aralarında mediasiyada barışıq sazişi bağlanmışdır. Lakin cavabdeh tərəfindən günü bu günəcən barışıq sazişində nəzərdə tutulan 200 aliment pulu bircə ay belə ödənilməmişdir. Cavabdeh bir ata kimi qazancını daim ailədən gizlətmişdir. Uşağılarının günü-gündən ehtiyacı artır və onun aldığı məvacib ilə onun ehtiyaclarını qarşılaya bilmir. Bir ana kimi övladının bütün xərclərini qarşılayır. Cavabdehin işi, qazancı kifayət qədər gəlir yeri olsada daim aliment ödənişindən dəfələrlə xəbərdarlıq etsəməsinə baxmayaraq, boyun qaçırmışdır. Eyni zamanda onu da qeyd edir ki, cavabdeh ilə aralarında Bakı şəhər 2saylı Mediasiya Şurası tərəfindən xx.xx.2022-ci il tarixində hər ay uşağın saxlanması üçün 200 manat aliment pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdehin günü bu günəcən həmin aliment pulunu ödəmədiyindən həmin aliment pulu 4800 manat olaraq yığılmışdır. Bu bахımdаn cаvаbdеhdən öhdəsinə götürdüyü uşağın saxlanması üçün yığılmış 4800 manat aliment pulunun və hər ay sabit pul məbləğində 200 manat аlimеnt pulunun məcburiаlınmаsı ilə bаğlıməhkəməyə mürаciət еtmək məcburiyyətindədir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Hazırkı iş üzrə iddiaçı cavabdehdən birgə nikahdan doğulmuş uşağın saxlanılması alimentin tutulmasını xahiş etmiş və tələbini tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə əsaslandırmışdır. Beləliklə, müəyyən olunmuşdur ki, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün tərəflər arasında barışıq sazişi imzalandığı üçün məhkəmədə araşdırmalı olan mübahisə mövcud deyil. Hazırkı tələb isə cavabdehin təsdiqlədiyi barışıq sazişini icra etməməsindən yaranmışdır. Belə olan halda, iddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq olunması üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etməlidir. Belə ki, qanunvericiliyin tələblərinə cavab verən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı ərizənin icraata qəbul edilməsindən imtina edilməli, mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq olunması üçün ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə birinci instansiya məhkəməsinə - iddiaçının ərizəsində qeyd etdiyi və Gəncə şəhərində yerləşən ünvanı nəzərə alınmaqla Gəncə Şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar