Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4492/2025 11.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, Borclu Kreditornə qarşı “icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi və ya möhlət verilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri Gəncə Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: Borclu Kreditornə qarşı “icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi və ya möhlət verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, icra işi üzrə borcundan qalmış borcun hissə-hissə icra edilməsi (möhlət verilməsi) barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, hazırda Borclu sözügedən tələbi qətnamənin icrası qaydasında - icra icraatı mərhələsində baxılmalı olan məsələ olmasına baxmayaraq, EMİS - Elektron Məhkəmə İnformasiya Sistemində icraatın növünü “əmr icraatı” kimi seçmiş, bununla da müraciət edən şəxsin onun müraciətinə icraatın hansı növündə baxılmasını tələb etdiyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, Borclu ərizəsində Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 1208/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə qalıq qalmış borcun hissə-hissə ödənilməsi və ya möhlət verilməsini mübahisələndirmiş, lakin, həmin aktı qəbul etmiş məhkəməyə (Gəncə Kommersiya Məhkəməsi) müraciət etmək əvəzinə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, hazırda qeyd olunan məsələ nə əmr nə də ki iddia icraatı qaydasında baxılmalı olmayan məsələdən ibarətdir. Başqa sözlə, Borclu Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1208/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə qalıq qalmış borcun hissə-hissə ödənilməsi və ya möhlət verilməsi barədə qətnamənin icrası qaydasında MPM-in 231-ci maddəsinin tələbinə müvafiq olaraq həmin məhkəməyə ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmənin qənaətinə əsasən Borclu Kreditornə qarşı “icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi və ya möhlət verilməsi” tələbinə dair ərizəsinin icraata götürülməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Borclu Kreditornə qarşı “icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi və ya möhlət verilməsi” tələbinə dair ərizəsinin icraata götürülməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-4492/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4492/2025
11.07.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver