Məhkəmə qərarları › İş №e-2(125)-4535/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4535/2024

14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4535/2024 14.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X4 və əşyaları ilə birlikdə cavabdehə məxsus Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2A ünvanda yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə 16 sentyabr 2015-ci ildə rəsmi nikaha daxil olmuşdur, gəlin köçdükdən sonra o, yoldaşının adına olan Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2A ünvanında yerləşən mənzilə qeydiyyata düşmüşdür. Hazırda iki azyaşlı övladı və o, həmin ünvanda ünvan 1 cavabdehlə 4 aydan çoxdur ki, faktiki ayrı yaşayırlar. Belə ki, nikahdan sonra ilk vaxtlardan cavabdehlə münasibətləri yaxşı olsa da, evlilik həyatına başladıqdan bir müddət sonra aralarında münasibətlər korlanmışdır. Hal-hazırda da ayrı yaşayırlar. Ayrı yaşadıqları müddətdə isə iki azyaşlı övladı ilə birgə kirayədə qalır. Kirayə qiymətlərindən də görünür ki, təyin olunacaq minimum alimentin miqdarı heç kirayə haqqını ödəmir. Cavabdeh tərəfindən qeydiyyatda olduqları mənzildə yaşamalarına maneələr mövcuddur. Ona görə də, məhkəmə qaydasında həmin ünvana əşyaları və iki azyaşlı övladı ilə birgə köçürülməsi ilə bağlı qətnamə qəbul edilməlidir. Eyni zamanda qanunvericiliyin tələblərinə görə onlar könüllü olaraq xx.xx.2024-cü il tarixdə “Tam Mediasiya” prosesindən keçmiş, nikahlarının pozulmasına, birgə nikahdan olan 2 azyaşlı xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 ana İddiaçı yanında qalmasına, uşaqlar xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 öz atası ilə həftə sonları əvvəlcədən uyğunlaşdırılmış saatda görüşməsinə, eyni zamanda nikahın pozulması üçün heç bir mübahisə olmadığına görə müddət gözləmədən nikaha xitam verilməsinə dair razılıq əldə edərək, müvafiq “Barışıq sazişi” imzalamışdırlar. Həmin sazişin 2-ci bəndində əsasən, birgə nikahdan doğulan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 öz atası ilə həftə sonları əvvəlcədən uyğunlaşdırılmış saatda görüşməsinə razılıq əldə olunmuşdur. Lakin, cavabdeh uşaqlarla olan ilk görüşdə onları qeyri-rəsmi yaşadıqları qadının yanına aparmış və bütün günü onunla keçirmişdir. Bu isə onu bir ana kimi narahat etmişdir. Həmin qadın uşaqlarına hər hansı bir xəsarət və ya psixoloji şiddət göstərə bilər. Cavabdeh uşaqları ilə görüşmək istəyəndə bildirmişdir ki, uşaqları babasının və nənəsinin yanına aparacaqdır. O isə bundan narahat olmamışdır. Bu baxımdan həmin evə köçmələrində fayda var ki, uşaqlar baba və nənəsi ilə də birlikdə yaşasınlar, cavabdeh babası və nənəsi adından uşaqlarını aparıb kənar şəxslərin yanında saxlamasın. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 064690 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2015-ci ildə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 281 nömrə ilə qeydə alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4542/2024 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş X5 və xx.xx.2021-ci ildə anadan olmuş X2 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-9085/2024 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2A ünvanında yerləşən daşınmaz əmlak 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2014-cü il tarixli, 4Ə-3330 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh hədiyyə edilmiş və onun adına xx.xx.2014-cü il tarixli, **********98- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2A ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə Cavabdeh adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2015-ci ildə ailə qurmuş, iddiaçı gəlin köçdükdən sonra Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2A ünvanında yerləşən mənzilə qeydiyyata düşmüşdür. İddiaçının iddia etdiyi Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2A ünvanında yerləşən fərdi yaşayış evi cavabdehin mülkiyyətindədir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4542/2024 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş və yetkinlik yaşına çatmayan uşaqlarının iddiaçının yanında qalması müəyyən edilmişdir. İddiaçı iddia etmişdir ki, iki azyaşlı uşağı və özü həmin ünvanda, yəni ünvan 1 cavabdehlə 4 aydan çoxdur ki, ayrılmış, ayrı yaşadıqları müddətdə iki azyaşlı övladı ilə birgə kirayədə qalmışdır. Hazırda cavabdeh tərəfindən qeydiyyatda olduqları mənzildə yaşamalarına maneələr mövcuddur. Təyin olunmuş minimum alimentin miqdarı isə heç kirayə haqqını ödəməyə belə kifayət etmədiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mnzil Məcəlləsi) 30.2ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər xx.xx.2015-ci ildə ailə qurmuşlar, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4542/2024 nömrəli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Göründüyü kimi Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iddiaçının həmin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmış olsa da cavabdehlə aralarında olan nikah pozulduğundan və tərəflərin ailə münasibətlərinə xitam verildiyindən cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, «Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar